PDF Oxu

Siyasət

  • 11 702

"Ermənilər şərtlərə boyun əyməyə məcburdurlar" MÜNASİBƏT

"Ermənilər şərtlərə boyun əyməyə məcburdurlar" MÜNASİBƏT

“Çox təəssüf ki, BMT TŞ-nın iclasında iştirak edən dövlətlərin əksəriyyəti birmənalı mövqe tutaraq, “separatizmə yox!” mövqeyindən çıxış etmədi. Erməni haray-həşirinin təsirinə düşən bir neçə dövlətin təmsilçisi Qarabağ ermənilərinin “humanitar fəlakət” içərisində olduğunu iddia etdilər və BMT Beynəlxalq məhkəməsinin ədalətsiz qərarını icra etməyə çağırdılar”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, anlamaq istəmədilər ki, problem “humanitar yardım” və onun çatdırılması deyil: “Əgər belə olsaydı, əldə olunan razılaşma icra olunar və əvvəlcə Ağdam-Xankəndi və sonra Laçın dəhlizi humanitar yardımların çatdırılması üçün istifadə olunardı. Bundan sonra Yevlaxda görüşən Azərbaycan hakimiyyətinin və Qarabağ ermənilərinin təmsilçiləri ermənilərin hüquq və təhlükəsizlik problemlərini müzakirə edərdilər. Ancaq ermənilər bu razılaşmaları pozdular və Qarabağ erməniləri “müstəqillik”, “öz müqəddəratını təyinetmə” kimi qəbul edilməz separatist şüarları səsləndirməyə davam etdilər. Buna kəskin təpki verməli olan nüfuzlu beynəlxalq qurumun təmsilçiləri özlərini kar və kor yerinə qoydular, ermənilərin sülh sazişinin imzalanmasını düyünə salan hərəkətlərini görməzdən gəldilər. Beynəlxalq birliyin bu mövqeyi Qarabağ ermənilərini hələ də ümidləndirir və onlar havadarları ilə birlikdə “humanitar fəlakət” şousunu davam etdirirlər. Şübhə yoxdur ki, bu şou hələ bir müddət də davam edəcək və ermənilər bu məsələnin üçüncü dəfə BMT TŞ-da müzakirəsinə nail olmağa çalışacaqlar. Bir şey aydındır. Azərbaycan öz ədalətli mövqeyindən qətiyyən güzəştə getməyəcək və separatçılara qarşı mübarizəsini dönmədən davam edək. Ümid edək ki, ABŞ başda olmaqla Qərb dövlətləri mövcud vəziyyəti, nəhayət, obyektiv qiymətləndirəcəklər və Qarabağ ermənilərinin və Ermənistanın pozuculuq fəaliyyətinə layiq olduğu münasibəti bildirəcəklər. Əgər belə olmasa, ermənilərin özlərinə məxsus “istedadla” təqdim etdikləri “humanitar fəlakət” şousu dünya birliyini tam bezdirənə qədər hələ bir müddət davam edəcəkdir”.

GÜLYANƏ

Digər xəbərlər