PDF Oxu

Siyasət

  • 2 476

Prezidentin rəhbərliyi ilə düzgün mövqedə olan Azərbaycan ŞƏRH

Prezidentin rəhbərliyi ilə düzgün mövqedə olan Azərbaycan ŞƏRH

Cari ilin 16 vqust tarixində Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib. İclasda Azərbaycanın haqlı olduğu bir daha sübut olunub və Ermənistanın iddiaları puç olub. BMT Təhlükəsizlik Şurasına ermənilər tərəfindən edilən müraciətin tam iflasa uğraması beynəlxalq hüququn, məhz Azərbaycanın tərəfində olduğunu təsdiqlədi. Cəbhədə əldə edilmiş uğurlardan sonra Azərbaycanın ardıcıl diplomatik qələbələri Ermənistanın artıq əsl üzünü dünya ictimaiyyətinə nümayiş etdirməyə vadar etdi. Bütün dünya ermənilərin iddialarının ancaq siyasi oyunlar olduğunu başa düşdü. Ona görə ki, bu addımların əsas məramı, məqsədi danışıqların uzadılması, sülh müqaviləsinin ləngidilməsi, erməni diaspor təşkilatlarından, lobbi siyasətini həyata keçirən qurumlardan istifadə edərək, “humanitar təhlükə” adı ilə şou göstərməkdir. Lakin Azərbaycan suveren dövlətdir. BMT tərəfindən Qarabağ da daxil olmaqla onun ərazi bütövlüyü tanınır və Azərbaycanın Laçın yolunda qurduğu nəzarət buraxılış məntəqəsi legitimdir. Həmçinin Ağdam yolu da humanitar məqsədlə ermənilər tərəfindən istifadə edilə bilər.Maraqlı məqamlardan biri də budur ki, müzakirələrdə BMT Təhlükəsizlik Şurasının üzvlərindən heç biri hansısa blokada sözünü, soyqırımı ifadəsini dilinə gətirmədi. Həmçinin heç kim bizim nəzarət buraxılış məntəqəsinin legitimliyinə şübhə ilə yanaşmadı. Qarabağdakı erməniləri yerli əhali kimi göstərərək bildirdilər ki, onlara humanitar yardımın edilməsi məhz Azərbaycanın razılığı ilə həyata keçirilməlidir. Bu, o deməkdir ki, Ermənistanın müraciəti havadarları tərəfindən dəstəklənsə də, heç bir fakta söykənmədiyi üçün Birləşmiş Millətlət Təşkilatı tərəfindən qəbul olunmadı. Son üç ildə xarici diplomatiyamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış işlər, ölkə başçısının Brüssel və Moskva formatında görüşləri, Azərbaycan-Ermənistan XİN rəhbərləri arasında Vaşinqton formatında keçirilən görüşlər nəticə etibarı ilə bizim haqlı tərəf olduğumuzu, ərazi bütövlüyü və suverenliyimizin dünya dövlətləri tərəfindən dəstəkləndiyini ortaya qoydu. Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin məhz çıxışları bir daha göstərdi ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasət əhəmiyyətlidir. Burada Çin, Rusiya, ABŞ və Qoşulmama Hərəkatının üzvləri olan bir sıra dövlətlərlə qurulan münasibətləri xüsusi vurğulamaq olar. Diplomatlar Birləşmiş Millətlər Təşkilatındakı həmkarlarına bir daha göstərdilər ki, Azərbaycan müstəqil dövlətdir, Xankəndi-Ağdam yolu açıqdır.Azərbaycan xarici və daxili siyasətdə düzgün mövqedədir. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycan ərazisində öz vətəndaşları ilə problemləri həll edə biləcək dövlətdir. “Laçın” buraxılış məntəqəsinin fəaliyyəti legitimdir və birmənalı şəkildə bu, Azərbaycanın, daxili və xarici siyasətdə ən mühüm qələbələrindən biridir. Nəticə də göstərdi ki, bütün beynəlxalq hüquq və normalar Azərbaycanın tərəfindədir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər