PDF Oxu

Siyasət

  • 2 310

Tofiq Yaqublu Gürcüstana niyə gedir? ANALİZ

Tofiq Yaqublu Gürcüstana niyə gedir? ANALİZ

Hər kəsə məlum olan fakt ondan ibarətdir ki, dağıdıcı müxalifətin qazan dibi yalayan ünsürlərinin həyat fəlsəfəsi daha çox milli maraqlara və dövlətçilik mənafeyinə zərbə vurmaqdır. İstəklərinə nail olmaqda uğursuzluğa düçar olsalar da, fəaliyyətlərini davam etdirirlər. Yəni burunları divara, başlara daşa dəysə də, ətəklərindəki daşları yerə atmaq fikrində deyillər. Çünki aciz və zəif durumda olan dağıdıcı müxalifət maddi və mənəvi dəstək aldıqları xarici maraqlı dairələrdən geri çəkilməmək barədə xüsusi tapşırıq alıblar. Tapşırıqlara uyğun olaraq da hər cür şər və böhtan, müxtəlif xarakterli yersiz ittihamlardan istifadə edirlər. Xalqdan ayrı düşən dağıdıcı müxalifətin əsas hədəfi və niyyəti ölkəmizin sosial iqtisadi cəhətdən inkişaf etməsini, hərbi sahədə qüdrətli olmasını arzulamırlar. Elə ermənilər və ermənilərə hərbi, siyasi dəstək verən fransızlar, fars- molla rejimi kimi düşünür və hərəkət edirlər. Bu da “Milli Şura”nın , AXCP-nin və digər müxalif partiya və təşkilatların xarici qaranlıq dairələrdən maliyyə vəsaiti alması barədə indiyə qədər səslənən fikirlərin əsaslı olduğunu təsdiqləyir. Məhz bu və digər amillər səbəbindən cəmiyyət dağıdıcı müxalifəti revanşist ermənilərdən fərqləndirmirlər.

“Zibil yığnağına bənzəyən bu toplumun yaratdığı partiyanın əxlaq dəyərlərini görün”

Bəzi konstruktiv siyasət yürüdən müxalifət partiyaları və onların sədrləri də cəmiyyətə qarşı ermənipərəst mövqeləri ilə hörmətsizlik göstərən dağıdıcı müxalifət funksionerlərinə qarşı sərt ittihamlar irəli sürür, onları tənqid edirlər. Turan partiyasının başqanı Cahandar Bayoğlunun Azərbaycan Demokratik Rifah Partiyasının sədri Qubad İbadoğlu haqqında söylədiyi əsaslı fikirlərini misal olaraq göstərmək olar. C.Bayoğlu xatırladıb ki, o, 8 ay öncə Q.İbadoğlunun FETO ilə əlaqələrinin olması barədə məlumatlar söyləmiş və bu məlumatları müxtəlif vasitələrlə sübuta yetirmişdir: “Son günlər bu iddia gerçək oldu. Qubad İbadoğlu bu gün FETO ilişkilərinə görə yarğılanır. Yarğı sürecində Qubad İbadoğlu ilə bağlı açıqlamalarımı davam etdirmək niyyətində deyildim. Amma özünü ADR rəhbərlərindən sayan Hüseyin Məlik adlı birisi öz FB səhifəsində mənə qarşı alçakça yazı yazaraq söyüş söyməkdən çəkinməmişdir. Partiya sədr müavinlərindən biri Ədalət Yusifov da ona qoşulub... Zibil yığnağına bənzəyən bu toplumun yaratdığı partiyanın əxlaq dəyərlərini görün. Belə partiyaların varlığı Azərbaycana yaxşı heç nə vəd etmir. Bu arada Əli Kərimlinin yandaşları da orada onlardan geri qalmır”.

Tofiq Yaqubli Tbilisidən Bakıya 75 min avro pul gətirəcək

Dağıdıcı müxalifətə qarşı eyni ittihamlarla Vəhdət partiyasının sədri Tahir Kərimli, BAXCP sədri Qüdrət Həsənquliyev, BAP sədri Elşad Musayev və digərləri də çıxış ediblər. Haqlı tənqidlərdən nəticə çıxarmaqdansa, dağıdıcı müxalifətin şivən məxluqları qarşı tərəfi sosial şəbəkələrdə təhqir edirlər. Görünən ondan ibarətdir ki, söyüş və təhqir elementlərindən daha çox “Milli Şura”nın tüfeyli məxluqu Tofiq Yaqublu adlı birisi çıxış edir. Bu məxluqa “təhqir etmə” deyən, “bəsdir söyüş söymə”- məsləhəti verən, “ağıllı ol” deyib, öyüd-nəsihət verən olmadığından özünü yüyənsiz at kimi aparır. Sosial şəbəkələrdə çoxsaylı səhifələrə nəzər yetirsəniz, orada T.Yaqublunun söyüşdən, təhqirdən, şər və böhtandan ibarət statuslarını görmək olar. Təbii ki, ona bunu yazmağa məcbur edirlər. Ancaq kifayət qədər yaşı və başı olan birisini dövlətçiliyə şər atmağa məcbur etmək, bir qədər şübhələr və suallar yaradır. Ya bu adam həqiqətən də ermənipərəst dairələrin girovudur, ya da siyasətçi deyil. Bir qədər əvvəl REAL partiyasının katibi Natiq Cəfərli demişdi ki, T.Yaqublu siyasətçi deyil. Üstünə təhqirlər yağdırılanda N.Cəfərli T.Yaqubluya xəbərdarlıq statusunda yazmışdır ki, onu Ə.Kərilmlinin trol dəstəsi söysə də, bu məsələdə T.Yaqublunun da xüsusi rolu var: “Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın!”. N.Cəfərlinin yazdıqlarına istinadən demək olar ki, həqiqətən də T.Yaqublu siyasətçi deyil, sadəcə, bədbəxti aldadıb, siyasi tora salıblar. Necə ki, Cəmil Həsənlini müxtəlif yalan vədlərlə aldadıb elmdən uzaqlaşdırdılar və siyasətə cəlb etməklə özlərinə tay etdilər. İndi də C.Həsənli çox çalışsa da siyasət bataqlığından çıxa bilmir. Eləcə də T.Yaqublu artıq zibilin içindədir, istəsə belə siyasətdən gedə bilməz. Əks halda uzun illərdir ki, aldığı pul-paranı geri qaytarmalıdır ki, bunu da etməyə T.Yaqublunun imkanı çatmaz. Bu baxımdan özünü atıb xarici ağalarının qucağına. Onlar nə sifariş versələr, nə tapşırıq versələr edir. İndi də deyilənlərə görə, Gürcüstana çağırılıb. Sadəcə, özünü bic və çoxbilmiş kimi göstərməyə çalışır. Yəni, çağırılan yerə birbaşa Bakıdan deyil, Moskvaya, oradan isə Tbilisiyə getməyi planlaşdırır. Məlumatlı mənbənin iddiasına görə, T.Yaqublu Tbilisidə “Soros” Fondunun Cənubi Qafqaz üzrə nümayəndəsi ilə görüşəcək və gələcək əməkdaşlıq, görülməsi olan işlər, nəzərdə tutulan planlar ətrafında söhbətlər aparacaq. Təbii ki, AXCP -nin keçmiş müavini kimi Azərbaycana gələndə özü ilə Əli Kərimliyə çatdırılacaq 75 min avro pulu gətirəcək.

İ.ƏLİYEV

P.S. Tofiq Yaqublunun “Soros” Fondunun Cənubi Qafqaz üzrə nümayəndəsi ilə görüşündən daha geniş və detallı məlumatları Tbilisidə olan mənbəmizlə dəqiqləşdirməklə növbəti sayımızda oxuya bilərsiniz.

Digər xəbərlər