PDF Oxu

Siyasət

  • 2 207

Rəsmi İrəvanın “siyasi hayasızlığı” yenə fiaskoya uğradı ŞƏRH

Rəsmi İrəvanın “siyasi hayasızlığı” yenə fiaskoya uğradı ŞƏRH

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixində növbədənkənar iclasında Ermənistan və Erməni lobbisi rüsvayçı şəkildə növbəti dəfə məbluğ oldu və növbəti separatçıların və erməni hökümətinin növbəti avantürası fiasko ilə nəticələndi. Hazırda erməni icmasının separatçı rəhbəri qondarma vəzifəsində və bütövlükdə Xankəndini tərk edəcəyi xəbəri geniş yayılıb. Artıq erməni lobbisi məğlubiyyətləri üçün “günah keçilərini” müəyyən ediblər. Erməni müxalifəti isə bu prosesi fərqli şərh edir və məğlubiyyətlərini qəbul edirlər. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan: "Ehtimal edirəm ki, Ermənistan və Azərbaycanın müəyyən dairələri arasında BMT-yə müraciət etmək barədə razılaşma olub. Onlar erməni cəmiyyətini bir daha əmin etmək istəyir ki, Azərbaycanın Laçın dəhlizini açmamaq kimi hüququ var".Oskanyan Laçın yolu üzərində Azərbaycanın legitim hüququna işarə etməklə, başqa yolun olmadığını göstərir. Lakin, yanıldığı məqam odur ki, Ermənistan hökumətinin bu fiaskonu Azərbaycanla qabaqcadan razılaşdırılmasını qeyd etməsidir. Oskanyan bunu şərh edəndə bunu Paşinyan hökümətinin siyasi məsuliyyətsizliyi kimi qiymətləndirmək əvəzinə Paşinyan hökümətini satqınlıqda günahlandırır. Biz əsla imkan verə bilmərik, Azərbaycan legitim hüququndan Ermənistan daxili siyasətində istifadə edilsin. Rəsmi İrəvan bu prosesinin nəticəsini bilə-bilə bu riskə getdi. Lakin Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti bu fiaskonu şərtləndirdi. Möhtərəm cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz: “Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”. Bunu Azərbaycan diplomatiyasının növbəti uğuru qiymətləndirmək. Hələ bir ay əvvəl Rəsmi İrəvan Paşinyanın Azərbaycanı Rusiyaya şikayəti zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Paşinyana şillə kimi cavabından heç bir nəticə çıxarmadı. Deməli, 2020-ci il Üçtərəfli bəyanatına istinad edən Paşinyana Putinin “dəhliz”, “yol”, terminologiyasına fikir verməyək, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına önəm verməli olduğunu vurğuladı. Bundan nəticə çıxarmayan rəsmi İrəvan, yenidən “siyasi hayasızlığa” əl atdı.Siyasi hayasızlığın bir fayda verməsini anlayan Nikol Paşinyan indi isə Azərbaycan təklif etdiyi Ağdam-Xankəndi yoluna yönələrək: “Biz Rusiya sülhməramlılarından (RSK) humanitar yükü qəbul edib Laçın dəhlizinin blokadaya alınması səbəbindən humanitar böhranın yarandığı Dağlıq Qarabağa daşınmasını xahiş etdik. Humanitar yükün çatdırılması isə sülhün bərqərar olması səylərinə töhfə verəcək və regionda etimadın qurulması istiqamətində müsbət bir addım olacaq.” Halbuki, Rusiya sülhməramlıları bu yoldan istifadəyə üstünlük vermədiklərini göstərirlər. Bu isə rəsmi İrəvan üçün şərtlərin daha da ağırlaşdığını göstərir. Azərbaycanın növbəti diplomatik uğuru rəsmi İrəvan üçün sülh şərtlərini daha ağırlaşdırdı.

Abbas Pənahov
YAP Nəsimi rayon təşkilatının sədr müavini

Digər xəbərlər