PDF Oxu

Siyasət

  • 1 985

"Macarıstan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Macarıstan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan - Macarıstan əlaqələri strateji əməkdaşlıq üzərində qurularaq dostluq və qardaşlıq müstəvisində möhkəmlənməkdədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib. Onun sözlərinə görə, Macarıstan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir: "Amma Macarıstanla əməkdaşlığımızın dərinləşməsinin dinamikası son bir ildə daha da sürətlənmişdir. Macarıstan Avropa İttifaqına üzvdür və bu ölkə ilə əməkdaşlığımızın genişlənməsi Avropa İttifaqına daxil dövlətləri ilə əməkdaşlığımızın genişlənməsinə impuls verir.Bu gün dünyada baş verən siyasi və iqtisadi proseslər ölkələrarası münasibətlərə yenidən baxılmasını və özlərinə yeni partnyorların seçilməsini vacib etmişdir. Rusiya-Ukrayna müharibəsinin baş verməsi ilə bağlı tətbiq olunmuş sanksiyalar mövcud ənənəvi təchizat və nəqliyyat marşurutlarına yenidən baxılmasını aktuallaşdırmışdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində illər əvvəl ölkəmizin nəqliyyat sektorunun inkişaf etdirilməsi və beynəlxalq dəhlizlərin ərsəyə gətirilməsi ilə bağlı həyata keçirilmiş layihələr bugünkü yeni reallıqda Azərbaycanın dünya üçün əhəmiyyətini artırmışdır. Macarıstan ölkəmizin beynəlxalq daşımalarda yaratdığımız yeni imkanlardan istifadə edir və ölkəmizin üzərində beynəlxalq daşımalara başlamışdır. O cümlədən Macarıstan Zəngəzur dəhlizinin açılmasını dəstəkləməklə beynəlxalq daşımaların daha səmərəli olmasına töhfə verir".Deputat sözlərinə belə davam edib: "Azərbaycanın təşkilatçılığı və iştirakı ilə istifadəyə verilmiş Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac edəcəyimiz qazın həcminin artırılması ilə bağlı Avropa komisarı ilə saziş imzalanmışdır. Bu sazişə uyğun olaraq Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilmiş, Həmrəylik Halqasında birləşən Ruminya və Macarıstan arasındakı xətlərdə interkonnektorlar inşa edilərək Xəzər dənizində istehsal olunan mavi yanacağı ilin sonuna qədər Macarıstana, sonra da digər Avropa ölkələrinə ixrac etməyimizə imkan yaranacaqdır. Xəzər dənizində təsdiq olunmuş qaz ehtiyatları ən azından 100 ildə Avropa İttifaqını qazla təchiz etməyimizə imkan verəcəkdir. Macarıstanla əməkdaşlığımız ancaq təbii qazın ixracı ilə kifayətlənmir. Həm də Azərbaycanda istehsal olunacaq yaşıl enerjisinin Macarıstana ixracı ilə bağlı razılıq əldə olunmuşdur. Belə ki, Azərbaycan, Gürcüstan, Ruminya və Macarıstanın iştirakı ilə Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik kabel xətləri çəkilərək yaşıl enerjimiz Avropaya idxal olunacaqdır.Azərbaycanla Macarıstan qarşılıqılı investisiyalar yatırmaqla da əməkdaşlığı genişləndirir. Macarıstanla qida sənayesi və əczaçılıq sahəsində əməkdalığımız genişlənir. Macarıstanın aviadaşıyıcıları Azərbaycana birbaşa təyyarə reyslərini təşkil etməklə turizm sektorunun inkuşafına töhfə verir. O cümlədən Macarıstanla təhsil sahəsində əməkdaşlığımız genişlənir. Azərbaycanlı 200 tələbə Macarıstan dövləti hesabına təhsil alır. O cümlədən tələbələrə Macarıstan dövləti təqaüdlər verir. Həm də Macarıstanla peşə təhsili sahəsində gələcəkdə əməkdaşlığımız müzakirə olunur.Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasında dost ölkələrin iştirak edəcəyini bildirmişdir. Bu gün Macarıstan şirkətlərinin Qarabağda tikinti-quruculuq işlərinin həyata keçirilməsi əsl dostluğun göstəricisidir.Azərbaycan və Macarıstan Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Ölkələrimiz təmsil olunduğu beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir və ədalətli qərarların qəbul olunmasına töhfə verir.Prezident İlham Əliyevin Macarıstanın Milli Günü münasibətilə keçirilən tədbirlərə dəvət alması dövlət başçıları arasındakı şəxsi dostluq və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərindən irəli gəlir. Səfər çərçivəsində dövlət başçımız tədbirlərə dəvət olunmuş digər dövlətlərin başçıları ilə qeyri-formal şəraitdə səmimi söhbətlər etməsinə imkan əldə edir. Bu gün dövlət başçılarının müzakirə etməli olduqları məsələlər çoxdur. Dövlət başçımızın Macarıstana bu səfəri də Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə və dostlarımızla münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcək".

Ayşən Vəli

Digər xəbərlər