PDF Oxu

Siyasət

  • 2 337

"Kimsənin bu adamla şəxsi-qərəzliyi yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Kimsənin bu adamla şəxsi-qərəzliyi yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Avropa Parlamentinin Xarici İşlər Komitəsinin bəyanatında ciddi bir anlaşılmazlıq var. Əvvəla, mənə maraqlıdır ki, belə bir bəyanat rəsmi şəkildə dərc edilib, yoxsa hələ mövzu sadəcə Qubad İbadoğlunun qardaşının dilindən tirajlanır?". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.Deputat sözlərinə belə davam edib: "İkinci məsələ: Əgər həqiqətən belə bəyanat varsa, Komitənin bütün üzvləri həmin bəyanata dəstək çıxıblarmı, yoxsa elə bu da ancaq Kaljuranda və Zovkonun özfəaliyyətidir? Yəni, ilk olaraq bunlar dəqiqləşdirilməlidir. Amma əgər həqiqətən bu rəsmi sənəddirsə, o zaman qaldırılan tələblərə də, iradlara da ancaq heyrət etmək olar. Niyə? Çünki Qubad İbadoğlu bütün tibbi prosedurlardan keçir və zəruri dərmanlarla təmin olunur. Kimsənin də bu adamla şəxsi-qərəzliyi yoxdur. Üstəlik, hələ qarşıda məhkəmə var. Hər şey orada aydın olacaq. Avropa indidən niyə özünə əl qatıb ki? Niyə məsələni dərhal siyasiləşdirirlər ki?O ki qala fundamental azadlıqların mövcudluğuna...Avropa da, onun sözçüləri və təmsilçiləri də bilsinlər ki, həmin azadlıqlar Azərbaycanda Avropanın özündən ən az min dəfə daha çoxdur və daha yaxşı qorunur. Qubad İbadoğlu isə siyasi fəaliyyətinə görə deyil, konkret ittihamlar üzərindən həbsə alınıb. Mövcud prossesual hərəkətlərin aparılması da qanunvericiliyin bütün tələblərinə uyğundur.Azərbaycan hüquqi dövlətdir və hər kəs qanunazidd əməllərinə görə məsuliyyət daşıyır. Siyasətçi də, qeyri-siyasətçi də. Hamı və hamı! Eyni zamanda Qubad İbadoğlu...".

Ayşən Vəli

Digər xəbərlər