Reallıqları bir daha nəzərdən keçirmək üçün tarixə diqqət yetirsək məlum olar ki, əcdadlarımızın da erməni vəhşi toplumunun aramıza sızmasında bu və digər formada dəstəyi olduğunu görmək olar. Yəni, bəzən öz qılıncımız özümüzü kəsməsinə şərait yaratmışıq. 1434-cü il də Qaraqoyunlu hökmdarının Azərbaycanın Qərb əyalətləri üzrə əmiri Rüstəmdən erməni Qriqori Makuli 7 kənd alıb. Hazırkı Eçmiədzin əyaləti də alınan kəndlər siyahısında olub. Bizim faciəmizin kökü məhz o dövrdən qoyulub desək, səhv etmərik. Xaricdən hərbi, siyasi dəstək alan və müxtəlif ərazilərdən köçürülmələr qəbul etməklə ermənilər torpaqlarının sərhədlərini genişləndiriblər. Rusiyanın ermənilərdən alət kimi istifadə etmələri isə erməni terrorçu millətin işinə yaramışdır. Xüsusilə də, XVII əsrin əvvəllərində Səfəvi şahı II Təhmasibin yanında nökərçilik edən Zaxar adlı erməninin hesabına ermənilər Rusiya ilə əlaqələrini genişləndirmişlər. Məhz Zaxar gizli formada ermənilərin Rusiya ilə əlaqələr qurmasına nail olub. Hətta Rusiyaya daha yaxın olmaq üçün hədiyyə olaraq ikinci Şah Təhmasibə verilən Osmanlı imperatorunun kürsüsünü və qamçısını oğurlayaraq birinci Pyotrun atası Rus çarı I Alekseyə bağışlayıblar. Hazırda həmin kürsü Moskvada almaz fondunda saxlanılır. Dünyada ən dəyərli kürsülərdən hesab olunur. Bu kürsü almaz və brilyantla bəzədilib. İstər o dövrün, istərsə də indiki beynəlxalq qanunlara görə, oğurluq əmlakı qəbul edən və ya alan oğru qədər məsuliyyət daşıyır. Ermənilərin oğurlayaraq I Pyotra verdikləri qızıl kürsü də oğurluq olduğu üçün hər iki tərəf məsuliyyət daşıyır. Bu mənada, Türkiyə hökuməti ən azı oğurluq əmlakının geri qaytarılması üçün beynəlxalq məhkəməyə müraciət etsə, bu, gec də olsa haqqın bərpası kimi dəyərləndirilə bilər. Eyni zamanda, dünya birliyinin bir daha ermənilərin özgəsinin əmlakına göz dikmək ənənəsinin tarixi kökləri olduğunu görmüş olarlar.
Oğurluq əmlakı qəbul etdikdən sonra rus çarı ermənilərin bir xristian kimi himayə olunması haqqında fərman imzalayıb
Ermənilərin oğurluq əmlakı rus çarı I Alekseyə verilməsindən sonra onlar üçün Qafqazda yaşıl işıq yandırılmışdır. I Aleksey ilk dəfə olaraq ermənilərin bir xristian kimi himayə olunması haqqında fərman imzalayıb. Adıçəkilən fərman ermənilərin qorunması məsələsini gündəmə gətirir. XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyası tarixən Azərbaycan ərazisi olan Dərbənd, Borçalı, Gəncə, Şəki, Şirvan, Lənkəran, Qarabağ, İrəvan və Naxçıvan bölgələrini işğal etməyə başlamışdır. Bu, azmış kimi, Osmanlı İmperiyasına olan nifrətini gizlədə bilməyən Çar Rusiyası daha məkrli planı həyata keçirməyə başlamışdır. I Pyotr 1723-cü ildə Bakını işğal etdikdən sonra orada və Dərbənd şəhərində erməniləri yerləşdirməyə başladı. 1768-ci ildə II Yekatrina ermənilərin qorunma altına alınması haqqında fərman imzaladı. 1801-ci ildən müasir Azərbaycan əraziləri işğal olunmağa başlayır. Qərbi Azərbaycandan azəri türklərinin ilk deportasiyası 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra baş vermişdir. Belə ki, Şəmşədil və Lor Pəmbək əyalətlərinin rusların əlinə keçdikdən sonra yerli əhali oranı zor gücünə tərk etməyə məcbur edilmişdir. Bunu 13 iyul 1801-ci ildə erməni əsilli general Lazarevin Qafqaz ordusu komandanı Knorrinqə göndərdiyi raportda da öz əksini tapmışdır: “Pəmbək əyalətinin 14 kəndinin 5-6 min nəfərə qədər əhalisi İrəvan xanlığının ərazisində özlərinə sığınacaq tapmışdır”. 1802-ci ildə çar I Aleksandr öz məktubunda Azərbaycan türklərinin qənimi olan N.Sisiyanova yazırdı: “Nəyin bahasına olursa-olsun Azərbaycanın bu və ya digər xanlıqlarında ermənilərdən istifadə olunmalıdır”. 1804-cü ildə İrəvan xanlığından qaçan və Rusiya təəbəliyini qəbul edən 2 minə qədər haylar həmin boşaldılan kəndlərə yerləşdirilmişdir. Elə həmin il rus ordusu Qarapapaqların yaşadığı Şörəyel mahalını işğal edirlər. 1807-ci il rus-türk müharibəsindən sonra onlar İrəvan xanlığının və Qars paşalığının ərazisinə köçmək məcburiyyətində qalırlar. 1805-ci ildə (XIX əsr) Qarabağ xanlığı ilə Rusiya arasında müqavilə bağlanılıb. Həmin müqavilə əsasında Qarabağ xanlığı Rusiyaya tabe olur. Məhz bundan sonra 1804-cü ildə Gəncə, 1806-ci ildə Bakı, 1809-cu ildə Lənkəran Rusiya tərəfindən işğal olundu. Ən gec işğal olunan ərazilər İrəvanla Naxçıvan olmuşdur. Rusiya 1826-cı ilə qədər bu əraziləri tam işğal edə bilməmişdir.
İrəvan tarixi Azərbaycan şəhəridir
XIX əsrin əvvəllərində İrəvan xanlığı 15 mahaldan ibarət idi: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Sürməli-Dərəkənd, Parçanis, Saatlı, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə. Ruslar 1804-1813-cü illər ərzində İrəvan şəhərini tutmağa iki dəfə cəhd etsələr də, cəhdləri boşa çıxmışdır. Rus ordusu yalnız 1827-ci ilin 26 iyununda Naxçıvanı, 20 sentyabrında Sərdarabadı, 1 oktyabrda isə İrəvan qalasını tuta bildilər. İrəvan qalasının tutulması zamanı başda Eçmiadzin arxiyepiskopu Nerses olmaqla, ermənilər satqınlıqla məşğul olmuşdular. İrəvan işğal olunan zaman ətraf kəndlərdə yaşayanlar oranı məcburi şəkildə tərk etməli olmuşlar. Bu fakt qraf Paskeviçin 27 iyul 1827-ci ildə qraf Nesselroda göndərdiyi məktubunda da öz əksini tapmışdır: “Qarapapaqlardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa, tanınmış Uluxanlı tayfasından 600 ailə Bəyazidə, müsəlman kurdləri-səlallılar Muşa köçmüşlər. Qarapapaqlılardan digər 800 ailə Arazı keçərək İrəvan xanı Hüseyn xanın qardaşı Həsən xanın dəstəsinə qoşulmuşlar. 700 ailə kürdcamədənlilər, 400 ailə birukinlilər, 400 ailə dovşanlılar, 200 ailə çobankerinlilər, 1000 ailə zilani-kürdləri də onlarla birlikdə Türkiyəyə keçmişlər”. 10 fevral 1828-ci il də imzalanan “Türkmənçay” müqaviəsindən və 21 mart 1828-ci ildə imperator I Nikolayın fərmanı ilə əzəli Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində “erməni vilayəti” yaradıldı ki, onun da 9700 əhalisinin 7331-i azəri türkləri idi. “Türkmənçay” müqaviləsinin XV bəndinə uyğun olaraq 1828-1830-cu illər ərzində İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə İrandan 40 min, Türkiyədən isə 84600 erməni köçürüldü. Hərbi müdaxilə zamanı yüzlərlə kənd boşaldıldı və minlərlə insan qətl edildi. Bütün bu soyqırımı siyasətinə baxmayaraq, rus imperiyasının apardığı siyahıya almaya əsasən, 1897-ci ildə İrəvan quberniyasında 313 178 azəri türkü yaşayırdı. Erməni tarixçilərinin bəzi əsərlərində tarixi hadisələr, faktlar “böyük Ermənistan” ideyası naminə birtərəfli qaydada təhrif olunur. Guya “böyük Ermənistan” adlı mif yüz illər boyu Xəzər dənizindən Qara dənizədək olan sahəni əhatə edirmiş.
O zamandan Qarabağ Azərbaycandır!
Azərbaycanın Kiçik Qafqaz dağlarının cənub-şərq ətəklərindən başlayaraq Kür və Araz çayları arasındakı ərazisini əhatə edən tarixi Qarabağ vilayəti qədim dövrlərdə və erkən orta əsrlərdə Qafqaz Albaniyasının tərkibində olmuşdur. Artsax adlanan yer Albaniyanın əyaləti olmuş, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri tərkibində Qarabağ adlanmışdır. Albaniyanın Artsax vilayəti 12 kiçik inzibati ərazi vahidindən ibarət olmuşdur. 14 may 1805-ci il tarixdə “Kürəkçay” sülh müqaviləsinə görə Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçmiş, 1822-ci ildə isə rəsmi olaraq ləğv edilib Qarabağ əyalətinə çevrilmişdir. 1840-cı il islahatı ilə Qarabağ əyaləti ləğv olunaraq əvəzində Şuşa qəzası yaradılmış, qəza əvvəl Kaspi vilayətinin, 1868-ci ildən isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olmuşdur. XIX əsrin 20-ci illərində Yermolovun tələbi və təkidi ilə keçirilən siyahıyaalmada Qarabağ regionunda yaşayan 18.563 ailədən yalnız 1559-u (cəmi 18 %-i) erməni, 80 faizi isə azərbaycanlı ailələri, qalan 2 faizi isə digər millətlər olmuşdur. Bundan bir neçə il sonra (1832-ci il) aparılan kameral sayıma görə, İran və Türkiyədən köçürülən erməni abidələrinin hesabına Qarabağda ermənilərin sayı xeyli artmışdır. XIX əsrin 20-30- cu illərində Zaqafqaziyaya o cümlədən, Qarabağa 200.000 erməni köçürülür. (N.İ.Şavrov: Novaya uqroza russkom u delu v Zaqafkazye; predstoyaşaya rasprodaja Muqani i narodtsam. SP-b.1911, s.59). İlk dəfə olaraq, rus ordusu indiki Ermənistan ərazisindən- 14 kənddən azərbayacanlıları deportasiya etdilər. Yəni, azərbaycanlıların deportasiya olunmasının tarixi 200 il əvvələ gedib çıxır. Azərbaycanlıların deportasiya olunduğu həmin ərazilərə ermənilərin köçürülməsi həyata keçirilib. Rusiya ilə indiki fars-molla rejimi arasında gedən 1804- 1813 və 1826- 1828-ci illər müharibəsindən sonra imzalanan “Gülüstan” (1813-cü il 12 oktyabr) və “Türkmənçay” (1828-ci il 10 fevral) müqavilələri ilə Azərbaycan Rusiya və indiki fars-molla rejiminin məkrli işğalçılıq siyasətinin acı nəticəsi olaraq faciələr dolu həyat yaşamağa məhkum edildi. Azərbaycan xalqı iki yerə bölündü və Azərbaycanın şimalı Rusiyanın, cənubu isə Qacar dövlətinin (1936-cı ildən bu dövlət İran adlandırıldı-İ.Ə.) idarəçiliyinə keçmiş oldu. Diqqətçəkən müdhiş məqam ondan ibarətdir ki, Rusiya çarı 1-ci Nikolay 21 mart 1828-ci ildə Naxçıvan və İrəvan ərazisində erməni məhəllələrinin yaradılması haqqında 16 maddədən ibarət olan qərar qəbul etdi. Eyni zamanda, Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, ermənilərin qonşu dövlətlərin ərazisindən Naxçıvan, İrəvan və Qarabağa köçürülməsi prosesi həyata keçirilməyə başladı. Bunun da nəticəsində azərbaycanlılar öz vətənlərində, doğma yurdlarında sıxışdırılmağa başlamışlar.
Biz bizə aid olanlara sahib olacağıq
Rusiya ilə Turkiyə arasında 1828-1829, 1877- 1878 müharibələrinin sonlarında da ermənilərin Türkiyədən Azərbaycan ərazilərinə köçürülməsi siyasəti həyata keçirildi. Ümumilikdə, 1829- 1830-cu illərdə indiki fars-molla rejiminin nəzarət etdiyi qədim Azərbaycan torpaqlarından 40 min, Türkiyədən isə 84 min 600 erməni Azərbaycanın müxtəlif ərazilərində yerləşdirilmişdir. 1905-1907-ci illərdə Rusiyada baş verən qarışılıqlardan istifadə edərək, planlı şəkildə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Qazax, Ordubad, Eçmiadzin və Cavanşir bölgələrində ermənilər və onların havadarlarının törətdiyi qırğınlar nəticəsində yüz minlərlə azərbaycanlı, gürcü, kürd, yəhudi, ləzgi və digər xalqların nümayəndələri məhv edilmişdir. İrəvan və Gəncə quberniyalarının 200 kəndi, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının 75 kəndi dağıdılmış, əhalisi isə deportasiya edilmişdir. 1905- 1907-ci il hadisələrindən sonra azəri türklərinə qarşı repressiya gizli formada həyata keçirilmişdir. Bunu ozamankı statistik məlumatlar da təsdiq edir. Belə ki, əgər İrəvan quberniyasının 5 qəzasında ümumi əhali 1916-cı ildə 1831-ci illə müqayisədə 40 dəfə artmışdırsa, həmin müddət ərzində azəri türklərinin sayı cəmi 4,6 dəfə artmışdır. Bu tükürpədici rəqəmlər erməni şovinistlərinin Rusiya imperiyasının himayəsi altında həyata keçirdikləri «türksüz Ermənistan» planını açıb göstərir. 8 avqust 1905-ci il - Şuşada Cənubi Azərbaycandan olan 17 nəfər azərbaycanlı fəhlə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilir. Həmin gün Vəng kəndinin 300-dən çox silahlı erməni sakini quldurcasına yaxınlıqdan keçən azərbaycanlı karvanına basqın edirlər; tacirlər öldürülür, əmlakları talanır. Sonra ermənilər qonşu müsəlman kəndinə basqın edərək, burada kənd sakini Abbas bəyi, onun oğlunu, qardaşını və bir neçə nökər-naibini amansızlıqla öldürürlər. Az sonra kəndin bütün sakinləri erməni yaraqlıları tərəfindən qəddarcasına öldürülür, onların evləri isə yandırılır. Ermənilərin başladıqları Şuşa qırğını 10 gündən çox davam edir. 15 avqust 1906-cı il - Son bir həftə ərzində müsəlmanların yaşadıqları Oxçu, Şəbədək, Xələc, Qatar, Karxana, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Moltalar, Batuman, Atqız, Pirdavud, Zutul, Güman, İyilti, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq və digər kəndlər erməni quldur birləşmələri tərəfindən dağıdılıb talan edilir. Erməni qətliamları və xaricdən hayların Azərbaycan torpaqlarına köçürülməsi prosesi sonrakı illərdə də davam etmişdir. Nəticədə Azərbaycanın tarixi torpaqlarında oyuncaq erməni dövləti yaradıldı. Bu baxımdan, tam əsasla və sənədlərlə qeyd etmək olar ki, indiki Ermənistan bizə məxsusdur. Biz o yerlərə mütləq yenidən qayıdacağıq. Biz bizə aid olanlara sahib olacağıq. Necə ki, 30 il erməni işğalı altında olan Qarabağ və ətraf ərazilər Yenilməz Sərkərdə, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən azad edildi.
İ.ƏLİYEV