“Azərbaycan dövlətçiliyinin qorunmasında Xüsusi Dövlət Mühafizə Xidməti çalışanlarının böyük əməyi var. Dövlət əhəmiyyətli və strateji obyektlərin qorunmasında bu fədakar hərbçilərin iştirakı yüksək qiymətləndirilir. Azərbaycan cəmiyyətində onların fəaliyyətinə böyük hörmət var”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat sözlərinə davam edərək bildirib ki, Xüsusi Dövlət Mühafizə Xidmətində qulluq etmək böyük bir şərəf sayılır: “Xüsusi Dövlət Mühafizə Xidməti işçiləri yalnız strateji obyektlərin qorunmasında deyil, eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsində də böyük rol oynayıblar. Onların arasında şəhidlər, qazilər və müharibə veteranları da var. Bugünkü gündə bu sahədə çalışan şəxslər üzərlərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirirlər. Onların fəaliyyəti Azərbaycan dövlətçiliyinin qorunmasında, əmin-amanlığın təmin olunmasında əhəmiyyətli rola sahibdir. Peşə bayramı münasibətilə onları təbrik edir, fəaliyyətində uğurlar arzulayır və bu fəaliyyətlə qürur duyduğumuzu bildirmək istəyirik”.
Ləman Sərraf