“Ermənistan normal dövlət deyil, qərblə Rusiyanın, bütün digər beynəlxalq və geopolitik məsələlərdə bir-birinə düşmən olan iki tərəfin birgə layihəsidir. Yəni, Ermənistan layihə dövlətdir. Və nə qədər ki, bu toplum layihəlikdən çıxıb normal dövlət ola bilməyəcəksə, onlardan düşünülmüş, ağıllı siyasi addımlar gözləmək sadəlövhlükdür”. Bunu "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, haylar nə qədər sülhdən, mehriban qonşuluqdan danışsalar da, hamısı boğazdan yuxarı səslənən söz yığınından başqa bir şey deyil: “Çünki onlar nə düşünürlərsə düşünsünlər, nə deyirlərsə desinlər, layihə müəllifləri ipini hara çəkəcəksə, ora getmək məcburiyyətindədirlər. Fransa tarixən həmişə Qafqaza göz dikən imperialist ölkələrdən olub. Sadəcə, türklə savaşmaqdan hər zaman çəkindiyinə görə risq etməyib. Osmanlının çöküşündən və İran adlanan məmləkətin farslaşdırılmasından sonra Qafqaz iştahasını gerçəkləşdirmək istəyib, buna da nail ola bilməyib. Ötən əsrin əvvəllərində Paris Sülh Konfransının əli ilə burada Ermənistan adlı layihə-dövlət qurulmasına nail olsa da, Lenin Rusiyası onun bu arzusunu da yarıda kəsdi”.Təşkilat sədri bildirdi ki, Rusiya SSRİ dağılandan sonra yenidən Qafqaza iştahası yaranıb: "Bunun üçün Azərbaycana və Gürcüstana təsir rıçaqları olmadığından öz layihəsinin əli ilə bunu reallaşdırmağa çalışır. Həm də BMT Təhlükəsizlik Şurasının üzvü olmasından yararlanmaq istəyir ki, son üç ildə o şurada təmsil olunmayan Azərbaycanın həmin şuranın toplantılarında firənglərin başına vurduğu qapazlar göz qabağındadır. Təbii ki, özünü dünya gücü hesab edən bir ölkə bunları həzm edə bilmir və erməni lobbisi ilə əl-ələ verib Ermənistan vasitəsilə istəklərinə nail olmaq istəyir. Qaldı müsəlman "qardaşımız" İranın fars-molla rejiminə, bu da hər kəsə bəllidir ki, Ermənistanla yanaşı, İranda da qeyri-türk dövləti yaratmağı qarşılarına məqsəd qoyan qərbin bəzi dövlətləri ordakı fars-şah rejimini də, fars-molla rejimini də özünün geopolitik məqsədlərini həyata keçirmək üçün yaradıb. Belə olduğu təqdirdə fars-molla rejiminin Hindistandan, ya Rusiyadan gələn hərbi yükləri rahatlıqla erməni qardaşlarına daşımasında təəccüblü bir şey yoxdu. Beləliklə, üçtərəfli şou tamaşalarını hələ bundan sonra da müşayiət edəcəyik. Kim bilir onların şou mətbəxlərində indi hansı ssenarilər hazırlanır! Amma onların hamısını indiyə kimi necə ifşa eləmişiksə, bundan sonra da eləcə ifşa edəcəyimizə şübhə eləmirəm. Çünki ədalətin də gücü bizim əlimizdədi, ağıllı, ölçülüb-biçilmiş, siyasi-diplomatik güc də, hərbi güc də. Bu oyunlar o zaman bitər ki, haylar özlərinə hesabat verib, düşdükləri bataqlıqdan çıxmağın gerçək yolunu axtarmaq istəsinlər. Onu da ki, belə tezliklə gözləməyinə dəyməz. Hələ başlarına o qədər qapaz dəyməlidir ki, bəlkə olmayan beyinlərində şüur yarandı və acınacaqlı duruma düşdüklərinin, onları bu duruma salanların kimliklərinin fərqində olalar".
GÜLYANƏ