“Erməni separatçılarının Ağdam və Xocalı istiqamətlərində əl atdıqları təxribatlarda bir- birini tamamlayan, ancaq həm də fərqli maraqlar var. Əvvəla Ağdam ətrafında vəziyyətin deskalasiyasına getməklə seperatçılar rəsmi Bakının Laçın dəhlizinə alternativ olaraq göstərdiyi Ağdam-Xankəndi yolunun heç də təhlükəsiz olmaması barədə iftira və yalanla dolu informasiyanı beynəlxalq birliyə sırımaq istəyirlər.” Bunu politoloq Elşən Manafov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, təxribatları ilə separatçılar düşünürlər ki, Azərbaycanı bu yolun alternativliyi ilə bağlı məsələyə yenidən sövq edə bilərlər: “İkincisi isə, gərginliyin artırılması ilə separatçılar Rusiya sülhməramlılarını silaha əl atmaga sövq etmək istəyirlər. Burada isə fərqli maraqlar var, birincisi, sülhməramlıları münaqişə tərəfləri arasında əməliyyatlara cəlb etməklə Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik yaratmaq, Rusiyanın guya ki, separatçıların tərəfində çıxış etməsi ilə bağlı illyuzalar yaratmaqla Azərbaycan ictimaiyyətində antirusiya ovqatını qızışdırmaq, Rusiya sülhməramlılarının beynəlxalq hüquqa nəzərən rəftar etdikləri halda isə Rusiyanı Azərbaycanpərəst mövqe sərgiləmək də ittiham etməklə rəsmi İrəvanın sifarişini yerinə yetirmək, İrəvana isə bu səpkili ismarıc hava və su qədər vacibdir, zira onun Qərbdəki havadarları artıq neçə ildir ki, Paşinyan rejimindən Rusiya ilə münasibətlərə yenidən, Qərbin təlqin etdiyi maraqlar müstəvisindən baxmağı və müvafiq qərarlar qəbul etməyi tələb edirlər. Nəhayət, eskalasiyanın güclənməsi Qarabağdakı separatçı rejimin öz daxilində Aruturyan və Vardanyan tərəfdarlarının öz aralarında gedən mübarizənin reallıqlarından da irəli gələ bilər. Bütün hallarda bu rəsmi Bakıya separatçı rejimə qarşı antiterror əməliyyatının həyata keçirilməsi ilə bağlı qərarı qəbul etməyə hüquqi əsas verir, BMT TŞ-dəki məlum müzakirələrdən sonra rəsmi Bakının belə bir qərarı qəbul edəcəyi yaxın perspektivin gündəmi olacaq”.
GÜLYANƏ