PDF Oxu

Siyasət

  • 1 802

Dağıdıcı müxalifətin sonu yaxınlaşır ANALİZ

Dağıdıcı müxalifətin sonu yaxınlaşır ANALİZ

İnsanda ağıl, sağlam düşüncə, təmiz vicdan yaxşı şeydir. Olmadısa, vay o insanın halına. Səbəbsiz yerə deyilmir ki, milyardlarla puldan, var-dövlətdənsə həyat yolunda yoldaşın ola biləcək ağılın olsa, daha yaxşıdır. Dahi şairimiz Nizami Gəncəvi deyirdi: “İnsana arxadır onun kamalı, ağıldır hər kəsin dövləti, varı”. Təəssüf ki, bugünkü müasir dünyada ağılına güvənənlərin sayı bir o qədər çox deyil. Yəni, hər cür çirkin vasitə və üsullardan istifadə etməklə var-dövlət əldə etməyə daha çox cəhdlər göstərilir. Hətta siyasi həyatda vurnuxanlar belə özlərinin bilik və bacarıqlarına deyil, kimlərinsə dəstəyinə arxalanırlar. Misal olaraq, bu gün Azərbaycanın dağıdıcı müxalifətinin pul qazanmaq üçün hər fürsətdə xarici maraqlı dairələrlə əməkdaşlıq etmələrini göstərmək olar. Hansı ki, həmin məkrli xarici dairələr Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək imicini ləkələməyə, qazandığı uğurlara kölgə salmağa çalışırlar. Dağıdıcı müxalifət həmin xarici qüvvələrin Azərbaycan dövlətinə olan qərəzli münasibətini bildikləri halda onlarla əməkdaşlıq edirlər. Nədən ki, onlardan maddi və mənəvi dəstək alırlar. Təbii bu yerdə ağıla böyük zərurət var. Ağıllı insan dövlətinə, xalqına qarşı düşmən münasibət sərgiləyən qüvvələrlə əməkdaşlıq etməz. Görünür, dağıdıcı müxalifət üçün ağıldan öncə puldur. Dəfələrlə sübuta yetirilib ki, Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli və digərləri müxtəlif xarici fondlardan maddi dəstək alıblar. Təbii ki, alınan pullara görədir ki, T.Yaqublu, C.Həsənli eynən Koçaryan, Sarkisyan, Vardanyan kimi danışır. Onlar deyirlər ki, Azərbaycan Qarabağda “Humanitar fəlakət” yaradır. T.Yaqublu və C.Həsənli də sayıqlayırlar ki, Azərbaycan dövləti Laçın sərhəd keçidi məntəqəsini humanitar yüklərin daşınması üçün açmalıdır. Ə.Kərimli isə daha çox müxtəlif gülüş doğuran, təəccüb yaradan açıqlamaları ilə gündəmə gəlməyə, diqqət mərkəzinə çevrilməyə çalışır.

Ə.Kərimlinin öz liderinə qarşı etdiyi riyakarlıqlar, pisliklər heç zaman səhifələrdən silinməyəcək

Bir zaman AXCP-nin qurucusu Əbülfəz Elçibəyi gözdən salan, tədbirlərdə çıxışlarını məsxərəyə qoyan Ə.Kərimli bu gün onun adı ətrafında müsbət fikirlər söyləyir. Məsələn, sosial şəbəkədə paylaşdığı statusunda Ə.Elçibəy haqqında tərifli fikirlər bildirir: “Bu gün Əbülfəz Elçibəyi məzarı başında hörmətlə yad etdik. Xalqımızın yaxşı sözü var: pisi görməsən, yaxşının qədrini bilməzsən. Biz də indi başa düşürük ki, ölkədə demokratik, sadə, təvazökar prezidentin olması nə böyük fürsət imiş. Allah Əbülfəz Elçibəyə rəhmət eləsin”. Burada deyiblər, “utanmasan oynamağa nə var ki”. Zamanında Ə.Elçibəyi “Azadlıq” qəzetində və digər mətbu orqanlarda təhqir etdirən, hətta onun zəhərlənməsində əli olan Ə.Kərimli indi özünü qatı Elçibəyçi kimi təqdim etməyə çalışır. Fakt isə inkar olunmazdır. Yazılanlara və deyilənlərə görə, Ə.Elçibəyin zəhərlənməsini Ə.Kərimli həyata keçirib. Ə.Elçibəyin yaxın dostlarından olan və siyasi arenada bayraqdar kimi tanınan Elman Türkoğlu Əbülfəz Elçibəyin zəhərləndiyini bildirib: “Bu işdə əsas rolu Əli Kərimov oynayıb. Bu oyunun içində isə bir sıra insanlar vardı. O vaxtlar AXCP-nin daxilində yaradılmış “klassik”lər birbaşa Əbülfəz Elçibəyi, “Yurd” isə Əli Kərimlini müdafiə edirdi. “Yurd”çuların əsas məqsədləri Əli Kərimli partiyanın rəhbəri postuna gətirilməsi idi. Həmin vaxt partiyada Əli Kərimliyə yaxın qüvvələrin hər vəchlə Elçibəyi rəhbərlikdən uzaqlaşdırmağa, Əli Kərimovu AXCP-nin rəhbəri postuna gətirməyə çalışırdılar. Deyirlər ki, guya Ordubadda soyuqdəymədən xəstəlik tapdı. Söylənilənlər yalandır. Bəzi şəxslər Elçibəyin guya 1991-ci ilin 20 avqustunda yaralandığını əsas gətirərək bunun da təsirli olduğunu ortaya atırlar. Guya həkimin onu müalicə etməsinə imkan verilməyib. Bu versiya da həqiqətə uyğun deyil. Əbülfəz Elçibəy Əli Kərimlinin ad günündə - 1999-cu ilin 28 aprelində zəhərlənib”. E.Türkoğlu Əbülfəz Elçibəyin Əli Kərimlinin evində zəhərləndiyini bildirib: “Hafiz Hacıyev düz deyir, ad günü mərasimində. Amma Elçibəyin yox, Əli Kərimlinin doğum günü tədbirində. Zəhərlənmə Əli Kərimlinin evində baş verdi. Çünki onu hansısa şadlıq sarayında, restoranda həyata keçirmək çətin idi. Əgər şadlıq sarayında baş tutsaydı, işə aşpaz da qatılmalı idi. Bu isə sirrin açılması baxımından təhlükəli idi. Amma planı ev şəraitində həyata keçirmək daha məqsədəuyğun idi. Zəhəri İrandan gətirmişdilər. Onun uzunmüddətli dozası var”.

E.Türkoğlu onu da qeyd edib ki, hələ Elçibəyin cənazəsi Türkiyədən gətirilməzdən öncə, 2000-ci ilin avqustunda qəzetlərə müsahibə verərək bildirdim ki, Əbülfəz bəyi zəhərləyiblər. İnanmırsınızsa, həmin dövrün qəzetlərini açıb, baxa bilərsiniz. Bununla bağlı müsahibələrim həmin dövrdə “Şərq”, “Yeni Müsavat” qəzetində dərc olunub. “Ədalət” qəzetindəki müsahibəni məndən ozamankı Baş redaktor Aqil Abbas özü almışdı. Həmin müsahibədə bütün fikirlərimi hissə-hissə bildirmişəm. O vaxt elə bir dövr idi ki, bu işin üstünü ört-basdır etmək üçün bəzi adamlar Əli Kərimlinin müdafiəsi üçün danışırdılar. Bəzi şəxsləri öyrədib danışdırırdılar. Mən onların layiqli cavablarını verib, yerlərində otuzdurdum”.

Bir sözlə, faktlar və sübutlar göz qabağındadır. Aylar, illəri əvəzləsə də məkrli, ziyankar əməllər unudulmur və yaddan çıxmır. Ə.Kərimlinin də öz liderinə qarşı etdiyi riyakarlıqlar, pisliklər heç zaman səhifələrdən silinməyəcək. Nəhayət, bir gün etdiklərinə görə, cavab verməli olacaq.

İ.ƏLİYEV

Digər xəbərlər