Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı BRIKS assosiasiyasının (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) yeni üzvləri olacaqlar. Braziliyanın UOL portalının Cenevrə müxbiri Cəmil Şad çərşənbə günü bildirib ki, əsas seçim meyarlarından biri coğrafi amil olub ki, bu da assosiasiya daxilində regional tarazlığı təmin etməlidir.
Şadın sözlərinə görə, bu prinsipə uyğun olaraq, bloka daha bir Afrika ölkəsinin də qoşulması nəzərdən keçirilir. Bundan əlavə, gələcəkdə Braziliya hakimiyyəti İndoneziyanı ittifaqın bir hissəsi kimi görmək istərdi, lakin Cakarta hələ BRİKS-ə qoşulmağa hazır deyil.
BRIKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçirilir. Bundan əvvəl Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Naledi Pandor bildirmişdi ki, BRİKS ölkələrinin liderləri assosiasiyaya yeni üzvlərin qəbulu prinsiplərini əks etdirən sənəd üzərində razılığa gəliblər. Ümumilikdə 22 ölkə BRIKS-ə üzv olmaq üçün müraciət edib. Venesuela BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib. Bu barədə avqustun 3-də ölkənin icraçı vitse-prezidenti məlumat verib. 2023-cü ildə Banqladeş, Misir və Efiopiya da ərizə təqdim edib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, BRİKS-ə qoşulmaq istəyən ölkələrin sayı iyirmiyə yaxınlaşır. Qabon, Konqo Demokratik Respublikası, İndoneziya, Komor Adaları İttifaqı, Kuba, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bu cür niyyətləri açıq şəkildə bəyan edib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu qeyri-rəsmi dövlətlərarası təşkilatdır. BRİKS qısaltması bu ölkələrin ingiliscə adlarından götürülüb. Təşkilat üzv ölkələr arasında iqtisadiyyat, maliyyə, təhsil, elm, mədəniyyət və digər sahələrdə hərtərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. BRİKS ölkələri iqtisadi artım üçün yüksək potensiala malikdir. Onlar ümumi torpaq sahəsinin təxminən 30% -ni tutur, dünya əhalisinin 40%-dən çoxu orada yaşayır. Bu dövlətlərin payına dünya buğda və düyü bitkilərinin demək olar ki, yarısı, eləcə də dünya qızıl ehtiyatlarının təxminən 15%-i düşür.
Göstəricilər və assosiasiyanın mümkün genişlənməsi haqqında ətraflı məlumat üçün infoqrafikaya baxın:
