PDF Oxu

Siyasət

  • 2 558

Bəşəriyyət erməni vəhşiliyindən dəhşətə gəlir TƏHLİL

Bəşəriyyət erməni vəhşiliyindən dəhşətə gəlir TƏHLİL

Erməni vəhşi toplumunun Azərbaycan xalqına qarşı törətdiyi qətliamlar, soyqırımı aktları demokratik düşüncəli dünya xalqlarını dəhşətə gətirib. Bəşəriyyət bəlkə də tarix boyu erməni vəhşiliyi kimi vəhşilik görməyib, yazılı kitablardan oxumayıb. XX əsrin əvvəllərində baş verən erməni vəhşilikləri Zəngəzur, Naxçıvan və Qarabağ ərazilərində daha intensiv xarakter almışdır. 1918-ci il daşnak quldur dəstələrinin Naxçıvan və Dərələyəz qəzalarına, eləcə də Qarabağa qanlı hücumları ilə də yadda qalmışdır. Daşnak quldur dəstələrinin təşkilatçı və başçılarından biri, Azərbaycan və Türkiyə milli demokratik hərəkatının qatı düşməni olan Andranik Ozanyanın silahlı, quldur dəstəsi Yaycı, Aza və digər kəndlərində rastlarına gələn bütün türk əhalisini qırdı. Təkcə Yayıcı kəndindən 2500 nəfəri öldürərək, meyitlərini Araz çayına tökmüşdür. Az müddət ərzində Andranik Ordubad dairəsinin əsas hissəsini, Culfa stansiyasını və ətraf kəndlərin bir hissəsini öz nəzarəti altına aldı.Andranikin həyasızlıq və təkəbbürü o yerə çatdı ki, iyunun ortalarında o, Naxçıvan şəhərini tutmağa cəhd göstərdi, lakin onun bu təşəbbüsü baş tutmadı. Belə olanda daşnaklar Nehrəm kəndinə hücum etdilər, lakin burada da onlar güclü müqavimətə rast gəldilər. 1918-ci il ərzində Naxçıvan kəndləri dəfələrlə erməni quldurlarının hücumlarına məruz qaldılar. Lap elə əvvəllərdən bu hücumların məqsədi Naxçıvanı zəbt edib Ermənistana birləşdirmək idi. Demək olar ki, “Türk qoşunları çəkilən kimi, Andranik güc tətbiq etməklə Yaycı, Düqlyan və Qulubəy Dizə kəndlərinin əhalisini qırdı”. Andranikin quldur dəstəsi ancaq Zəngəzur qəzasının ərazisində 120 kəndi tamamiiə yandırmış, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, Ərikli, Məlikli, Pulkənd, Şəki, Qızılcık, irlik, Paxlalı, Dərə Abbas, Əlili, Kürdlər, Sisiyan, Ərəfsə, Şəhərcik və s. azəri kəndləri yer üzündən silinmişdir. O zaman Azərbaycan Respublikası Xarici İşlər Naziirliyinin məlumatında qeyd olunurdu ki, yayın əvvəli üçün ermənilər “təqsirli və təqsirsizləri ayırd etmədən 400-dən çox müsəlman kəndini qılıncdan keçirib yandırmışlar. Dağıntı və qırğının mənzərəsi görəni dəhşətə gətirirdi. Evlər yandırılır, əhalinin əmlakı əlindən alınırdı, adamlara rəhm etmirdilər, uşaqları, qadınları, qocaları doğrayırdılar... Yaxınlarda çiçəklənən kəndlər xarabazara çevrilmişdi”. 1918-ci il mayın sonunda Naxçıvan və Şərur - Dərəiəyəz qəzalarının əhalisi Kərim xan İrəvanlının başçılığı ilə Mehmet Vahib paşanın yanına xüsusi nümayəndə heyəti göndərərək, Andranikin quldur dəstələrini dağıtmağı və Naxçıvan diyarına qoşun yeritməyi xahiş etdi. 1918- ci il iyunun əvvəlində 9 və 11-ci türk qoşunları diviziyaları Uluxanlıdan Naxçıvana hərəkət etdilər.

Ermənilər məqsədli şəkildə Azərbaycan ərazilərinə köçürülüb

Azərbaycanın görkəmli tarixçi alimi, AMEA-nın müxbir üzvi Y.Mahmudov arxiv sənədləri əsasında dəqiqləşdirmişdir ki, indiki Ermənistan Respublikasının ərazisində 1918-1920-ci illər ərzində İrəvan Quberniyasında 211 müsəlman kəndləri yandırılmış və 22 min nəfər öldürülmüşdür. Erməni dilində nəşr olunan “Aşxadavor” (“Zəhmətkeş”) qəzetinin 2 noyabr 1919-cu il 231-ci sayında göstərilirdi ki, ancaq İrəvan şəhəri və onun ətrafındakı 88 kənddə 1920 ev yandırılmış və 131 970 nəfər türk öldürülmüşdür. Həmin illər ərzində Zəngəzur mahalında (indiki Sisiyan və Qafan) 112 kənd dağıdılmış, 10 min nəfər məhv edilmiş və 50 min nəfər qovulmuş, Göycə mahalında (indiki Çambarak və Vardanes) 22 kənd dağıdılmış və 22 min nəfər öldürülmüş; Dərələyəz mahalında (indiki Exnadzor və Vayk) 7695 ev yandırılmış və 57530 nəfər öldürülmüşdür. AMEA İnsan Hüquqları İnstitutunun araşdırıcı qrupu tərəfindən müəyyənləşdirilmişdir ki, təkcə 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən 400 min azərbaycanlı, 120 min gürcü, 22 min ləzgi, 15 min kürd və 3 minə qədər yəhudi öldürülmüşdür. Əlbəttə, ermənilər tərəfindən tonqallarda yandırılan körpə uşaqları, qarınları xəncərlə yırtılmış hamilə qadınları, üzlərinə bıçaq, xəncər və süngü ilə xaç şəkli çəkilmiş qızları, ayaqları nallanmış gəncləri, kürəklərinə qaynar samovar bağlanmış oğlanları, başlarına mismar çalınmış cavanları, qulaqları, bədənlərinin müxtəlif orqanları kəsilmiş kişiləri, yem üçün quduz itlərə atılan məsum körpələri, kəsilmiş saçlarından çatı toxunan qadınları, kürəklərinə qızdırılmış dəmirlə möhür vurulmuş günahsız insanları, ağlasığmaz işgəncələrdən sonra çılpaq-çılpaq ağaca asılmış qocaları, deyiləsi və yazılası işgəncələri unutmaqmı olar? Quldur daşnaq birləşmələrinin viran etdiyi yüzlərlə Azərbaycan kəndlərini yaddan çıxarmaqmı olar? Andranik, Qay, Yapo, Keri, Sancan, Aşot, Saqo, Murad, Soqrad, Baqrat, Aram, Beda, Konyan, Njde, Dro, Lalayan, Purimyan, Sarkisyan, Hamazasp, Şaumyan kimi daşnak qaniçənlərin silahsız azərbaycanlılara qarşı törətdikləri qətliamlar, vəhşiliklər qalaq-qalaq kitablara sığmaz.

Ermənilərin vəhşi toplum olduğunu elə ermənilərin özləri də etiraf edirlər

1932-ci ildə Z.Korkodyanın İrəvanda çap olunmuş “Sovet Ermənistanının əhalisi. 1831-1931” kitabında göstərilmişdir ki, əgər Ermənistanda 1918-ci ildə 575 min azəri türkü var idisə, artıq 1920-ci ildə onların sayı 100 minə düşmüşdü. Qalanları isə ya qırılmış, ya da deportasiya olunmuşdur. 25 sentyabr 1918-ci ildə “Azərbaycan” qəzeti yazırdı: “Türkiyənin Avropa müharibəsində iştirakında daşnaklar özlərinin böyük arzularını ən yaxın vaxtlarda həyata keçirmək imkanı gördülər. Lakin “böyük Ermənistan” xülyası etnik cəhətdən təmiz ərazinin yaradılmasını tələb edirdi. Əvvəlcə Qars və Qars vilayətinin müsəlman əhalisinin sistematik surətdə döyülməsi başlayır”. Diqqətinizi belə bir fakta cəlb etmək istəyirik ki, rəsmi tarixdə göstərildiyi kimi, Qars vilayətində türk qoşunları deyil, məhz erməni qoşunları cinayət və dəhşətlər törətmişdi. “Azərbaycan” qəzeti 13 noyabr 1918-ci ildə yazırdı: “İrəvan quberniyasının hər yerində müsəlmanların həyatı tükdən asılı idi; bu vaxt erməni ştabının əmrilə 200-dən çox müsəlman kəndi qılıncdan keçirilmiş, yandırılmış və 200 mirıə yaxın müsəlman kəndlisi evsiz-eşiksiz qalmışdı; bütün bunlara aclıq və xəstəlik də əlavə edilmişdi”. Qars vilayətində erməni qoşunları dinc əhaliyə qarşı qəddarlığının həddi olmayan vuruşa başladılar. Bu, həmin erməni hərbi hissələri idi ki, “Brest-Litovsk” sülh müqaviləsinə görə Rusiya Respublikası bunları tərxis edib buraxmalıydı. Ermənilər özləri Qarsın dinc əhalisinə qarşı daşnak başkəsənlərinin göstərdikləri vəhşilikləri qismən də olsa təsdiq edirdilər. 30 iyun 1930-cu ildə ermənicə “Kommunist” qəzetində dərc ediimiş “Müstəqil Ermənistan” məqaləsində qeyd edilirdi: “On illərlə ya ölüm, ya azadlıq”,- deyə bağıran daşnak qatillər, avantüristlər və satqınlar, quldur mauzerçilər... inqilabi Bakını hədələyirlər”. Qars vilayəti azad edildikdən sonra türk ali baş komandanlığı Qafqaz cəbhəsindəki qüvvələri yenidən təşkil edib, 4 və 1-ci ordu korpuslarını Yaqub Şövqi paşanın komandanlığı altında Qars qoşunları qrupunda birləşdirdi. Qars qoşunları qrupunun qarşısına keçmiş İrəvan quberniyasının bütün bölgələrini tutmaq və burada yaşayan müsəlman əhalini müdafiəsi və himayəsi altına götürmək vəzifəsi qoyulmuşdu. 8 may 1918-ci ildə 1-ci ordu korpusunun komandiri, general Kazım Qarabəkir paşa Gümrünü (Aleksandropolu) tutmaq əmri aldı. 10 may 1918- ci ildə türk qoşunları Arpaçayı keçdilər, şimaldan və cənubdan Gümrüyə yaxınlaşmağa başladılar və mayın 15-də günün sonuna yaxın türk qoşunları şəhəri tutdular. Türk qoşunlarının irəliləməsi daşnaklar arasına vəlvələ salmışdı. Amma Türkiyəyə olunan xarici müdaxilə Türk ordusunun Ermənistanın içərilərinə doğru irəliləməsinin qarşısını aldı. Bundan istifadə edən ermənilər azərbaycanlılara qarşı genişmiqyaslı soyqırıma başladılar.

Erməni toplumu tamamilə mövcuduğunu itirəcək

1918-ci ilin noyabrında Cənub-Qərbi Qafqazın müsəlman əhalisi daşnak qırğınlarından xilas olmaq üçün kömək məqsədilə ilk dəfə olaraq Osmanlı imperiyasına üz tutdu. Məğlub edilmiş Osmanlı imperiyası isə öz xalqına və qardaşlarına köməyi göstərmək iqtidarında deyildi. Artıq 1918-ci il noyabrın 4-də “Türkiyə ilə həmsərhəd qəzalara köçmüş” İrəvan quberniyası müsəlmanlarının nümayəndələri Bakıya gəlmişdilər ki, özlərinin faciəli vəziyyətləri haqqında məlumat versinlər. Türk qoşunlarının köçürülməsi başlamışdı, lakin qoşunlar hissə-hissə çıxırdılar. Buna baxmayaraq, müsəlmanların nümayəndə heyəti Azərbaycana müraciət etməyi və qırğının qarşısını almağa kömək istəməyi özlərinin borcu hesab etdilər. Bununla əlaqədar olaraq “Azərbaycan” qəzeti 4 noyabr 1918-ci ildə yazırdı: “Bütün Zaqafqaziyada erməni-müsəlman münasibətlərinin qurbanı olmuş İrəvan müsəlmanlarının səsini bütün Azərbaycan xalqı eşitməlidir. İrəvan quberniyasının sağ qalmış müsəlman əhalisinin məhv olmaqdan xilas etmək üçün hər şey etməliyik, bu, bizim vətəndaşlıq borcumuzdur”. Maraqlıdır ki, o zaman ABŞ-dakı erməni lobbisi inadkarlıqla Ermənistan mandatı almaq istəyirdi. Bu məqsəd qabarıq sürətdə Qafqazda ingilis-amerikan siyasətində həyata keçirilirdi. 1918-ci il noyabrın 28-də hərbi komitənin iclasında Lloyd Corc və Kerzon Ermənistan və Konstantinopolun Amerikanın iradəsi altına verilməsi haqqında fikir irəli sürdülər. Bu fikirlərə tərəfdar olan Vilson da qeyd edirdi ki, “Ermənistan özü bir tərəfdən türklərə, digər tərəfdən isə bolşeviklərə qarşı müqavimət göstərə bilməz”. Bu ölkələrin başçılarının belə mövqeyi ermənilərin iştahını daha da qıcıqlandırır, orılarda belə illüziya yaradırdı ki, hər şeyə izin verilir. Onlar şura iclasında daşnaklar “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq iddialarını açıq sürətdə bildirdilər. Lakin bu cəfəng iddialar ermənilərin başlarına bəla oldu. Dünyda elə bir xalq, dövlət yoxdur ki, erməniləri bu kimi cəfəng iddialara görə tənqid etməsinlər. Artıq qətiyyətlə demək olar ki, erməni toplumu himayədarlarının yersiz və əsassız iddialarının qurbanı olmaqdadırlar. Proses belə davam etsə və ağılsız iddialarından əl çəkməsələr erməni toplumu tamam ilə mövcuduğunu itirəcək.

İ.ƏLİYEV

Digər xəbərlər