Araşdırmalar təsdiq edir ki, satqın və xəyanətkar insanın qanında mənfi yüklü elementlər olur. Yəni, xəyanətkar insan anadan gəlimə xəstə olur. Bu baxımdan, kimlərinsə sonradan deməsi ki, filankəs təzyiqlərə, təhdidlərə dözməyib məsləyinə və əqidəsinə xəyanət etdi, bu, yanlış və əsassız yanaşmadır. Ola bilər insan fərdlərdən və qruplardan narazı qalsın. O da ola bilər ki, şəxs narazılığını xoşlamadığı insanı tənqid və təhqir etsin. Lakin bir şəxsin dövlətçiliyə və xalqa qarşı qarayaxma kampaniyası aparması heç bir halda başa düşülən deyil. Necə ola bilər ki, yediyin qazana hörmətsizlik edəsən və doğulub boya-başa çatdığın, qoynunda bəsləndiyin, çörəyini yeyib, suyunu içdiyin Vətəninə düşmən kəsiləsən, müxtəlif xarici maraqlı dairələrlə iş birliyinə gedərək, dövlətinə qarşı satqınlıq edəsən? Deməli, haradasa belə şəxsin qanında xəyanətə meyilli elementlər var.
Dağıdıcı müxalifət satqınlığa meyillidir?
Sevindirici haldır ki, dünyanın ən güclü, qüdrətli dövlətlərindən olan Azərbaycanda satqınların, xəyanətkarların sayı bir o qədər çox deyil. Bunu biz əyani şəkildə 44 günlük Vətən savaşında gördük, xalq yeddidən yetmiş yeddiyə qədər “Dəmir yumruğ”un ətrafında birləşərək yağı düşməni məhv edib, torpaqlarımızı işğaldan azad etdi. Təəssüf ki, istər 44 günlük Vətən Müharibəsi zamanı, istərsə də parlaq qələbədən sonra aramızda əvvəldən kök salmış bir neçə nəfər siyasi partiya funksioneri oldu. Həmin xəyanətkarlar qələbəmizə kölgə salmaq, xalqın sevincinə xələl gətirməyə çalışdılar. 44 günlük Vətən Müharibəsi zamanında AXCP, “Milli Şura” rəhbərliyi erməni terror maşınının ifşa edilməsi üçün beynəlxalq birliklərə, ayrı-ayrı dövlətlərə göndərilən etiraz bəyanatlarına, müraciətlərə qoşulmadılarsa, qələbədən sonra da Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu və onların trol dəstələri ənənəvi amplualarına uyğun davranış nümayiş etdirdilər. Hətta 2022-ci il sentyabrında Qaragöl istiqamətində Azərbaycan ordusu mövqelərini bir qədər irəli çəkib, mövqelərini möhkəmləndirərkən Ə.Kərimli Sevinc Osmanıqızı adlı müəyyən qaranlıq dairələrin fəal trolunun TV-sinə müsahibəsində bu yerdəyişmənin yolverilməz olduğunu bildirmişdir. Hətta cəfəng iddia irəli sürərək, qeyd etmişdir ki, ermənilərlə münasibətləri yaxşılaşdırmaq üçün Azərbaycan ordusu şərti sərhəddən geri çəkilməlidir.
“Sorosun uşaqları” qrupunda ən fəal trol Tofiq Yaqublu hesab olunur
Sonrakı mərhələdə “Sorosun uşaqları” siyahısında ən fəal trollardan olan Tofiq Yaqublu utanıb, çəkinmədən həyasızcasına bildirmişdir ki, “Zəngəzur dəhlizi Azərbaycan dövlətinin avantürasıdır”. Əsas trollardan olan T.Yaqublu başqa bir paylaşdığı statusunda yazır: “Siyasi partiyalar haqqında qəbul edilmiş yeni qanunun məqsədinin siyasi partiyaların fəaliyyətinin hüquqi qaydada qadağan olunması olduğunu demişdik. Bunun ardınca İnzibati Xətalar Məcəlləsinə faşizm mahiyyətli dəyişikliklər edildi. Həmin dəyişikliklərə görə, əgər bir partiya qeydə alınmazsa və ya hansısa partiyanın qeydiyyatı ləğv edilərsə, kimsə onun üzvü olduğunu desə, onu ağır maliyyə cəzaları gözləyir... Təbii ki, biz müxalifət olaraq geri çəkilməyəcəyik, demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik və heç bir maneə bizi bu yoldan çəkindirə bilməz. Amma xalq bu faşizmin revanşına biganə qalmamalıdır, hətta müxalifəti dəstəkləməsə belə, onu qəbul etməlidir ki, siyasi fəaliyyət qadağan olunmuş ölkədə onun yaşayışı daha da çətinləşəcək və dözülməz olacaq. Beynəlxalq birlik də bu faşizmin revanşı prosesinə seyrçi qalmamalı və ya qeyri-adekvat qınayıcı münasibəti ilə kifayətlənməməlidir”. Sual edirəm, hansısa azərbaycanlı T.Yaqublu kimi cəfəng fikir söyləyə bilərmi? Əsla. Deməli, həqiqətən də, T.Yaqublu anadangəlimə xəstədir, Onun damarlarında şübhəli elementlər var ki, bu da onun milli və dövlətçilik maraqlarına zidd fikirlər yaymağa məcbur edir. Düzdür, bu məsələdə maliyyə mərkəzlərinin də xüsusi rolu var. Yəni, T.Yaqublunun pula hərisliyini bildiklərindən onu öz məkrli torlarına salıblar.
Satqınları heç kim, o cümlədən də himayədarlar da bağışlamırlar
Anlaqsız və savad baxımdan səthi biliklərə malik olduğundan, T.Yaqublu asanlıqla hörülən tora düşüb. İndi də tapşırıqları yerinə yetirir. Mükafatı və qonorarı da az deyil. Yəni, hazırda T.Yaqublunun adına bağ evi, bər-bəzəkli yaşayış evi, obyekti, bahalı avtomobili, Tbilisi şəhərinin mərkəzində 4 otaqdan ibarət malikanəsi var. Yaxın günlərdə isə T.Yaqublu Sorosun bölgə üzrə nümayəndəsi təyin olunacaq. Məsələ T.Yaqublunun Gürcüstana nəzərdə tutulan səfəri zamanı rəsmiləşəcək. Məlumdur ki, T.Yaqublu Rusiya vasitəsi ilə Tbilisiyə getməyə hazırlaşır. Təbii bir həftəlik səfəri zamanı o, ata yurdunda deyil, ona bağışlanan malikanəsində qalacaq. Görüşləri də zəngin və həm özünün, həm də Ə.Kərimlinin maraqlarına uyğun olacaq. T.Yaqublunun Soros Fondunun Cənubi Qafqaz üzrə nümayəndəsi və ABŞ-ın Tbilisi şəhərindəki səfirliyinin əməkdaşları ilə görüşləri planlaşdırılır. Ötən sayımızda qeyd etdiyimiz kimi, T.Yaqublu Bakıya qayıdarkən Ə.Kərimliyə çatdırılacaq pul gətirəcək. Əsas tədarükü növbəti mərhələ üçün nəzərdə tutulan planları və layihələri olacaq. Bu baxımdan, T.Yaqublu yaxın vaxtlarda yeni, cəfəng ideya və təkliflərlə çıxış etsə, təəccüblənməyə dəyməz. Çünki bədbəxt aldığı maliyyə vəsaitləri qarşılığında tapşırılan ideya və təklifləri də səsləndirməlidir. Əks halda, kimliyi üzə çıxarılar və ifşa edilər. Satqınları isə heç kim, o cümlədən də himayədarlar da bağışlamırlar.
İ.ƏLİYEV