PDF Oxu

Siyasət

  • 2 303

Gültəkin Hacıbəylidən iddia: “Əli Kərimli bomba partladacaq” ANALİZ

Gültəkin Hacıbəylidən iddia: “Əli Kərimli bomba partladacaq” ANALİZ

Müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri siyasətdə vurnuxub mənasız açıqlamalar vermək, sosial şəbəkələrdə ironiya ilə qarşılanan statuslar paylaşmaqla məşğuldur. Yəni, ciddi bir layihə, əsaslı ideya ortaya qoya bilmirlər. Bu da onların siyasi arenada qara zolaqdan çıxa bilməməsinə gətirib çıxarır. Düzdür, özlərinə madd imkanlar qazandıra biliblər. Lakin bu fəaliyyət onları cəmiyyətin gözündən salıb ittiham obyektinə çevirib. Yenə də istiqamətlərini dəyişmirlər. Yerli və xarici məkrli qüvvələrlə əlaqələrini, əməkdaşlıq münasibətlərini davam etdirirlər. Sədrlik kreslosunu da, məhz buna görə tərk etmək istəmirlər. Dəfələrlə sübuta yetirilib ki, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu və digərlərilə iş birliyinə getməklə onlardan maliyyə yardımları alıblar. Ancaq siyasətdə uğur qazana bilməyiblər. Çünki müxalifət başbilənlərindən birinin, bir zaman dediyi kimi, “pul qoyub pul götürmək olar, amma pul qoyub siyasətdə uğur əldə etmək olmaz”.

Müxalifət özü-özünü korlayıb

Əksər müxalif partiya sədrləri az qala yaşlarının yarısını siyasətə qurban versələr də, qazandıqları, ancaq xalqın ittihamı, tənqid və iradları olub. Ağa qara demək, xalqın sevincinə, hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq onların həyat tərzidir. Müxalifətin siyasi proseslərdə uğursuzluğa düçar olmasını şərtləndirən əsas amillərdən biri də, onların yanlış baxışlara malik olmaları və milli maraqlara zidd siyasət yürütmələridir. Bu baxımdan, bəzən o fikir vurğulanır ki, dağıdıcı müxalifət elə AXCP sədri Əli Kərimlinin acınacaqlı vəziyyətinə bənzəyir. Düzdür, mövcud ağır vəziyyəti dəyişmək üçün müxalif partiyaların rəhbərliyinə yeni simalar və yeni qüvvələr gəlir. Bir növ şəxsləri bəxtlərini, yəni şanslarını yoxlamağa cəhd göstərənlər adlandırmaq olar. Amma nə yazıqlar ki, əksər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduqları siyasət aləmində hörmət və izzət sahibi ola bilmədilklərindən uğursuzluğa düçar olub, kor-peşman əski mövqelərinə qayıdırlar. Səbəb də ondan ibarətdir ki, siyasi arenaya çıxan yeni simalar indiki korlanmış müxalifət funksionerlərinin cərgəsində əriyərək, sıradan çıxır və ya elə onların bir tayı olurlar. Misal üçün müxalifətin yeni siması hesab olunan Seymur Həzini misal olaraq göstərmək olar.

Seymur Həzinin qarnının ağrısı nədir? Onu və ağasını nə narahat edir?

Seymur Həzi əndrəbadi danışıqları, sərsəm fikirləri, baş-ayaq açıqlamaları ilə tamamilə özünü yandırıb. Bir qədər əvvəl isə belə fikir söylənilirdi ki, S.Həzi sağlam mövqeyi, açıq fikirləri ilə müxalifətin yeni siması ola bilər. Elə ki, lideri Ə.Kərimlinin tədbirlərində bir neçə dəfə iştirak etdi, oldu onun tayı. Başladı sayıqlamağa, cəfəng fikirlər səsləndirməyə. O gün də yazıb ki, sülh danışıqlarının uzanması ilə Ermənistan yenidən Rusiyanın dairəsinə qayıtdı: “Vaşinqton danışıqlarından narazılıq ifadə etmək, əslində, BMT-dəki prosesin davamıdır. BMT müzakirələrində açıq görsənirdi ki, Bakı və İrəvan Kremlin təsirində hərəkət edir. Hər iki tərəf Qərbi günahkar çıxararaq Rusiyanı "unutdurmaq" istəyirdi. Görünür ki, Kreml yenidən hansısa hərbi toqquşmalara zəmin yaradır”. Birincisi, bu məxluq hələ də başa düşmür ki, Ermənistan onsuz da çar ikinci Aleksandrın dövründən, yəni 1801-ci ildən Rusiyanın qucağında olub və elə rusların siyasi, hərbi dəstəyi ilə bəslənilib. Heç bir zaman Ermənistan Rusiyanın qucağından düşməyib. İkincisi isə, toqquşmalar baş verə bilməz. Çünki Ermənistan o gücə və imkana malik deyil. 44 günlük Vətən Müharibəsindəki “Dəmir yumruq”la verilən dərs, min il sonra belə ermənilərin başlarını qaldırıb, sakit nəfəs almağa imkan verməyəcək. Hansısa məqamda səslərini çıxarmağa cəhd edəcəklərsə, o zaman Azərbaycanın Müzəffər ordusu onların səslərini batıracaq. Necə ki, Fərrux kəndi, Daşbaşı yüksəkliyi, Qaragöl istiqamətində səslərini çıxarmaq istədilər, lakin ordumuz onları məhv edib, on kilometrlərlə kənara tulladı. Bu, məlumdur. Sual oluna bilər, görən, S.Həzinin qarnının ağrısı nədir? Onu və ağasını nə narahat edir?

Gültəkin Hacıbəyli Əli Kərimliyə də yaltaqlanır

Fikir verilsə məlum olar ki, mövqelərini dəyişib, müxalifət cinahına qoşulan əksər simasızlar eyni ilə S.Həzinin yerişini yeriyirlər. Bir zaman hakimiyyətin alovlu müdafiəçisi olan və yığdığı maliyyə imkanları hesabına bahalı istirahət mərkəzlərində kef edən Gültəkin Hacıbəyli indi dönüb olub qatı müxalifətçi. Həm də Ə.Kərimli kimi desantın yanında dayanıb, onun haqqında tərifli sözlər söyləyir. Hərdən elə tərifli ifadələr seçir ki, eşidənlər və ya oxuyanlar G.Hacıbəyliyə nifrətlərini gizlədə bilmirlər. O gün də paylaşdığı statusunda yazır: “Yaxın vaxtlarda Ə.Kərimli bomba partladacaq”. İlk məqamda elə anlaşılır ki, Ə.Kərimli hərbi düşərgələrə gedib, oyuncaq hesab etdiyi silah-sursatları partladacaq. Ancaq statusun sonunu oxuyub, bitirəndə məlum olur ki, Ə.Kərimli gündəmi dəyişmək üçün nəsə etməyə hazırlaşır. Şübhələr yaranır, ya G.Hacıbəyli Ə.Kərimlini barmağına dolayır, ya da həqiqətən də, ona yaltaqlanır. Çünki şou-biznes aləmində tez-tez eşidirik ki, filan şou əhli filan vaxtı bomba partladacaq. Sosial şəbəkələrdə də oxumuşuq ki, filan vaxtı filan müğənni və ya rəqqasə xanım şou aləmini bir-birinə vuran performans nümayiş etdirəcək. Həqiqət ondan ibarətdir ki, şou tamaşaçıları elan edilən vaxtı gözləyirlər. Həmin vaxtı nə olacağını şou nümayəndəsi bilir və tamaşaçılara məlum olur. Ancaq Ə.Kərimli özünü siyasətçi hesab edir. Bomba-filan partlatmaq yəqin ki, onluq deyil. Ə.Kərimli yalnız şər və böhtanlar səsləndirə və ya hansısa ləyaqətli vətən oğluna ittihamlar irəli sürə bilər. Bu da ki, adi şeylərdir. Cəmiyyət də Ə.Kərimlinin xarakterinə öyrəncəlidir. Ona görə də, yuxarıda qeyd etdiyim kimi, Azərbaycan ictimaiyyəti dağıdıcı müxalifətə, o cümlədən, Ə.Kərimliyə nifrət edir.

İ.ƏLİYEV

Digər xəbərlər