PDF Oxu

Siyasət

  • 4 610

Azərbaycana verilən dəyər müsbət addımların nəticəsidir ŞƏRH

Azərbaycana verilən dəyər müsbət addımların nəticəsidir ŞƏRH

Sovet İttifaqının dağılması ilə, dünyanın geosiyasi xəritəsində soyuq müharibə dövrünün başa çatmasından sonra, böyük dəyişikliklər baş verdi, yeni müstəqil dövlətlər yarandı. Bununla yanaşı, xalqların və dövlətlərin inteqrasiya proseslərinə cəlb edilməsi kimi funksional həlli olan yeni problemlər ortaya çıxdı, müxtəlif sahələrdə, o cümlədən dövlətlərarası diplomatik əlaqələrin qurulması, yaranmış hərb ocaqları və o dövrün digər çətinlikləri, bir çox ölkələri ciddi imtahana çəkdi. Azərbaycan, tarixinin yeni müstəqillik dövrünün ilk illərində, istər daxili siyasətdə istərsə də xarici siyasətdə ağır böhranla üzləşdi. Təbii ki, elmi nöqteyi-nəzərdən, buna bir çox obyektiv və subyektiv səbəblər var idi. Ən əsas səbəblərdən isə, ölkəmizin o dövründəki hərbi-siyasi rəhbərliyinin zəif iradəsi və sözügedən proseslərdən tam səriştəsizlik idi. Hər bir dövlətin xarici siyasətinin əsasını təşkil edən diplomatik əlaqələrin qurulması da, uğurla seçilmirdi. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, Azərbaycan ayağa qalxmağa başladı. Müdrik rəhbərin əsas fəaliyyət istiqamətlərindən biri, xarici siyasət idi. Azərbaycan Respublikasının diplomatik əlaqələr qurmağa başladığı ilk dövlətlər sırasında Orta Asiya dövlətləri olmuşdur. Təbii ki, bizi Mərkəzi Asiyanın ayrı-ayrı dövlətləri ilə ortaq tarix, mədəniyyət, adət-ənənələr, iqtisadi və siyasi maraqlar bağlayır. Bütün bunlar Azərbaycanla bu dövlətlər arasında münasibətlərin xarakterini müəyyən edir və faktiki olaraq, bizim Mərkəzi Asiya siyasətimizin vektorunu təşkil edir. Bu regionda bizə yaxın olan ölkələrdən biri də Özbəkistandır. Azərbaycan və özbək xalqları arasında tarixi əlaqələrin qədim kökləri vardır ki, bu da qardaş ölkələr arasında müasir əlaqələrin əsaslarından biridir. Xalqlarımız yaxın milli adət və ənənələr, ortaq dil qrupu, mədəniyyət və din birləşdirir. Hər iki xalq türkdür. Əsrlər boyu hər iki xalqın fərqli xarakterli tarixi transformasiya dövrləri olmuşdur. Buna baxmayaraq, genetik cəhətdən güclü türk amili, bugünkü gərgin dünyada özünü göstərir, beynəlxalq münasibətlər sistemində nüfuzlu yer tutur. Ölkələrimizin təbii sərvətlərlə kifayət qədər zəngin, qədim tarixə və zəngin mədəniyyətə malik olmasına baxmayaraq, ikitərəfli münasibətlərin inkişafında şəxsiyyətin rolunu istisna etmək olmaz. Dövlətin formalaşmasında və inkişafında şəxsiyyətin roluna tarixdə hörmətli yer verilməlidir. Çünki səriştəli və bacarıqlı rəhbərlər olmadan, heç bir mənəvi və maddi sərvət lazımi dəyər daşımır. Müxtəlif miqyaslı dövlətlər, o cümlədən Orta Asiyanın türkdilli dövlətləri ilə siyasi və diplomatik əlaqələrin bərpasının əsl memarı Ulu öndər Heydər Əliyev idi. Ümummilli lider hakimiyyətə gələnə qədər, Azərbaycanla Özbəkistan arasında münasibətlər soyuq idi. Ulu Öndər bu vəziyyəti düzəltmək üçün, inanılmaz səylər göstərməli oldu. Onun səyləri, türk xalqları arasında tarixən formalaşmış və beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin yaradılmasına və inkişafına yönəlmişdi. Məhz Ulu Öndər, 1993-cü ildə hakimiyyətə gələrək, Azərbaycanla Özbəkistan arasında münasibətləri normallaşdıra bildi. Özbəkistan Respublikası 1992-ci il aprelin 28-də bu barədə təklif alsa da, 1995-ci il oktyabrın 2-də diplomatik münasibətlər quruldu yəni, yalnız Ümummilli Heydər Əliyev hakimiyyətə gəldikdən sonra. Siyasi və diplomatik əlaqələr bərpa olundu, səfirliklər açıldı. Əvvəlki illərin səhvləri nəzərə alınaraq, düzəldildi. Ulu öndər Heydər Əliyevin praqmatizmi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar sahələri əməkdaşlıq və qarşılıqlı fayda əsasında qurulmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov qarşılıqlı səfərlər etdilər. Eyni zamanda imzalanmış sənədlər, iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafının strateji yolunu müəyyən etdi.Dahi şəxsiyyətlər tərəfindən möhkəm təməl əsasında qurulmuş Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətləri, bu gün də müdrik dövlət başçılarının rəhbərliyi ilə, ölkələrimiz arasında uğurlu əməkdaşlıq və münasibətlərin gündən-günə daha da çiçəklənməsinə davam edir. Ölkə başçılarının qarşılıqlı və davamlı dövlət səfərləri tarixi əhəmiyyətə malikdir və xüsusi əhəmiyyət kəsb edir. 2022-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanda üç dəfə olub: 21-22 iyun - dövlət səfəri, 15-16 sentyabr tarixlərində cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənd sammitinin fəxri qonağı olub, noyabrın 10-11-də isə Türk Dövlətləri Təşkilatının Özbəkistan IX Zirvə toplantısında iştirak edib. 2023-cü ilin martında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev artıq ölkəmizə səfər edib.

Cari ilin 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana növbəti rəsmi səfəri baş tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev ilə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirilib. Geniş tərkibdə görüşü başa çatdıqdan sonra, Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”, “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”, “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”, “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”ni imzaladılar. Ümumilikdə, səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb və bu onu göstərir ki, qarşılıqlı əlaqələrimizin uğurla möhkəmlənməsi mərhələli şəkildə yenilənir və daha da inkişaf edir. Mətbuata bəyanatlarla çıxış edən dövlət Başçıları, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin dərinliyinə və gələcək perspektivlərinə toxunaraq tam məmnunluq ifədə etdilər, və bu da təbiidr. Cənab İlham Əliyev xüsusi vurğuladığı kimi, cənab Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməyindən sonra, ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətə layiqdir. Bu, bir daha onu göstərir ki, Azərbaycana beynalxalq müstəvidə verilən dəyər ciddidir və müsbət addımlarımızın nəticəsidir. Eləcə də bütün sahələrdə-beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müzakirə olunaraq, münasibətlərimizin inkişafının gələcəyini müəyyən edilməsi qarşılıqlı fəaliyyətin daha da dərinləşməsinə, strateji tərəfdaşlıqdan xəbər verir. Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycanın işğaldan azad olunan Füzuli şəhərində Mirzə Uluqbəyin adını daşıyan 940 şagirdlik məktəb, cənab İlham Əliyevin dediyi kimi: "Əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq".Azərbaycanın uğurlarına və cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətlə hər zaman fəxr və sevinc hisslərini bildirən Özbəkistan Prezidenti, Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izlədiyini və qürur duyduğunu vurğuladı. Görüşdən şadlıq və məmnunluq bildirən cənab Şavkat Mirziyoyev bildirdi ki: "Bizim hər bir görüşümüz, hər bir danışığımız bu günkü çox ciddi çağırışlara ümumi baxışımız fonunda bizə ortaq məxrəcə gəlməyə imkan verir ki, iqtisadiyyatlarımız, xalqlarımız, həmçinin regionlarımız bu çağırışlardan ən az itki ilə çıxsın". Uzun illərdir ki, böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Azərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Ölkələrin hər biri regional və beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqedən çıxış edir. Ümumiyyətlə, hər iki ölkə beynəlxalq aləmdə bir-birinə dəstək verir, beynəlxalq təşkilatlara üzvlüklə bağlı səsvermə zamanı bir-birinin namizədliyini dəstəkləyir. Xüsusi vurğulamaq vacibdir ki, BMT Baş Assambleyasının 66-cı sessiyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçilməsi üçün səsvermə zamanı, Özbəkistan Azərbaycanın namizədliyini dəstəkləyib. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Özbəkistanın mövqeyi həmişə prinsipial və dəyişməz olub. Bu ölkənin rəhbərləri dəfələrlə bəyan ediblər ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı onun tərkib hissəsi hesab edir. Yuxarıda göstərilən bütün arqumentlər ikitərəfli münasibətlərə ciddi əlavə təkan verir, xalqlarımızın parlaq gələcəyi və dövlətlərimizin çiçəklənməsi üçün möhkəm zəmin yaradır.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər