PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil”
Bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Belə olan halda bu gün ermənilər anlamalıdırlar ki, sülh onlarını yeganə çıxış yoludur. Və bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. Və bu gün Ali Baş Komandanın bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı anlayırlar ki, Prezident İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Prezident İlham Əliyevin yürütdüyü diplomatiya nəticəsində müharibənin başa çatmasından sonra yaranan bu reallıqlar siyasi mərkəzlər tərəfindən qəbul edilir.
VAXTİLƏ «QARABAĞ ERMƏNİSTANDIR VƏ NÖQTƏ» DEYƏN ERMƏNİSTAN RƏHBƏRLƏRİ İNDİ MƏNİM SÖZLƏRİMİ TƏKRARLAYIRLAR: “QARABAĞ AZƏRBAYCANDIR! BÜTÜN BUNLAR BİZİM SON İKİ İL YARIM ƏRZİNDƏ APARDIĞIMIZ SİYASƏTİN NƏTİCƏSİDİR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıraraq müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək deyib: «Biz isə bunu qətiyyətlə rədd etdik. Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir». Qalib Komandan kimi Azərbaycan Prezidenti İlham Əliyev hər zaman açıqlamalarında bildirir ki, sülhün qorunması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi regionda əməkdaşlığa və iqtisadi inkişafa sərmayə qouluşu üsün real zəmin yaratmış olacaq. Və Ermənistan sülh müqaviləsinin yeganə çıxış yolu olduğun anlayır.
Prezident İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibə zamanı ölkə başçımız bildirib ki, 10 noyabrda imzalanan sənəd Bəyanatdır, sülh müqaviləsi deyil. Azərbaycan sülh müqaviləsinin bağlanmasında maraqlı olan tərəfdir. Və Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra sülhü təşviq edir, çünki regionumuzun sabitliyini, onun davamlı inkişafını istəyirik. Daima irəli getmək, Ermənistanla qonşu ölkə kimi normal yanaşı yaşamaq istəyirik. Etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizlik hüquqlarına zəmanət veririk. Ölkə başçısı Prezident İlham Əliyev Şuşada “Euronews” televiziyasına müsahibəsi zamanı bir daha sülhün vacib olduğunu vurğuladı və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə, erməni icmasına və Ermənistandakı ermənilərə bir sıra vacib mesajlarını çatdırdı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, “Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır.” Bəli, bu gün Azərbaycan bütün dünyada sülhsevər ölkə olaraq tanınır. Və erməni havadarları istisna olmaqla bütün dünya İkinci Qarabağ müharibəsinin Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı haqq savaşı olduğunu qəbul edir. Bunlarla yanaşı, qalib ölkənin öz düşməninə sülh təklif etməsi də görünməmiş hadisədir. Lakin bütün bunların fonunda qarşı tərəfin Azərbaycanın bu humanist addımını qiymətləndirməməsi yalnız onun sülh tərəfdarı olmadığının, əmin-amanlığı, təhlükəsizliyi təhdid etdiyinin göstəricisidir. Eyni zamanda, Azərbaycan yeganə ölkədir ki, qalib ölkə olsa da, düşməninə sülh təklif edir, regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına çalışır. Sülh müqaviləsi imzalanacaqsa, bu, yalnız Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında imzalanacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim sülh istədiyimiz ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik. Eyni zamanda, ölkə başçımız müsahibəsində açıq şəkildə bəyan etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq Konstitusiyamıza uyğun şəkildə ölkəmizdə yaşayan bütün xalqların istifadə etdiyi və faydalandığı hüquqlardan yararlana bilərlər. Əks halda, onlar ölkəni tərk etməlidirlər. Daha dəqiq desək, Qarabağda yaşayan ermənilərin iki yolu var. Təbii ki, Azərbaycan öz Konstitusiyası çərçivəsində bütün xalqların, vətəndaşların hüquqlarını qoruyur və buna təminat verir. Ona görə də bu məsələ bir daha Prezident İlham Əliyevin müsahibəsində xüsusilə qeyd olundu. Prezident İlham Əliyev Qarabağdakı dinc erməni əhali haqqında da mövqeyini növbəti dəfə bildirib: “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.”Dövlətimizin başçısı müsahibəsində açıq şəkildə bəyan edib ki, Qarabağda yaşayan ermənilər üçün Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur: “Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər.”
AZƏRBAYCANIN MÖVQEYİ BİRMƏNALIDIR, AÇIQDIR. AZƏRBAYCAN HAQQIN, ƏDALƏTİN TƏRƏFDARIDIR
İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söylədiyi kimi, bu gün Azərbaycanını mövqeyi birmənalıdır, açıqdır, haqqın, ədalətin tərəfdarıdır və bu gün bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar: «Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir». Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmrlərini tam icra etdiyini və icra edəcəyini bildirən dövlətimizin başçısı bildirib: «Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda, biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq». Çünki sözü ilə əməli üst-üstə düşən Qalib ölkənin Qalib Lideri, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 30 illik Qarabağ torpaqlarını vəhşi, işğalçı Ermənistanın əsarətində «Dəmir Yumruq» siyasətinə tabe olan Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu və dövlət başçımızın söylədiyi kimi: «İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq». Bu gün regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək deyib: «Biz isə bunu qətiyyətlə rədd etdik. Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir”. Bir sözlə, Prezident İlham Əliyev “Euronews”a verdiyi müsahibə son zamanlarda istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavab olub. Dövlətimizin başçısı bu platformadan məharətlə yararlanaraq həm bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin Azərbaycanın nəzarəti altında fəaliyyətinə aydınlıq gətirib, həm də Qarabağda yaşayan ermənilərin blokadaya alınması ilə bağlı yalanları ifşa edib, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin, Azərbaycanın atdığı hər bir addımın bütün regionda, dünyada sülhün əldə olunmasına xidmət etdiyini bir daha bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev onu da xatırlatdı ki, Ermənistan rəhbərliyi indiyədək digər öhdəliklərinin icrasından yayınmağa çalışsa da, sonda onları yerinə yetirməyə məcbur olub. Bu, həm də ona işarədir ki, Ermənistan bu öhdəliklərini də yerinə yetirməyə məcbur olacaq. Beləliklə, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.
RƏFİQƏ KAMALQIZI