PDF Oxu

Siyasət

  • 2 863

Keçmişdən bu günə uğurla inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələri ŞƏRH

Keçmişdən bu günə uğurla inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələri ŞƏRH

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri xalqlarımızın dostluq münasibətlərinin göstəricisidir. Cənab Prezident öz çıxışı zamanı vurğulamışdır ki, bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.Sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı təhlil etdik. Ötən ay Şuşada Hökumətlərarası Komissiyanın növbəti iclası keçirildi. Komissiya qarşılıqlı əlaqə məsələlərinin bütün spektrini ətraflı şəkildə təhlil etdi. Enerji sahəsində yaxşı perspektivlər var. Bizim enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Biz nəqliyyat-logistika sahəsində yük axınının artmasını, ən əsası isə bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik. Bu gün biz bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər üçün öncədən müəyyənləşdirəcək məsələləri müzakirə etdik.Azərbaycan və özbək xalqları bir-biri ilə ictimai-siyasi, mənəvi və dini tellərlə möhkəm bağlıdırlar. Tarixi, dili, dini, mədəniyyəti, adət-ənənələri eyni çeşmədən qaynaqlanan Azərbaycan və Özbəkistan bütün dövrlərdə məhz bu prinsipləri əsas götürərək aralarındakı münasibətləri daim inkişaf etdirmişlər.

Xatırladım ki, Özbəkistan strateji məhsul olan pambıq istehsalında keçmiş Sovet İttifaqının ən qabaqcıl respublikası olduğundan hər il pambıqçılıq üzrə Azərbaycanın nümayəndə heyəti Özbəkistana gedir, Özbəkistanın nümayəndə heyəti isə Azərbaycana gəlirdi. Bu münasibətlərin özü də Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsinə dəyərli töhfələr verirdi. Qürur hissi ilə deyə bilərik ki , Azərbaycan dünyanın müxtəlif coğrafi məkanlarında yerləşən əksər ölkələrlə yaxından əməkdaşlıq edir, dostluq münasibətləri qurur, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir. Belə ölkələrdən biri də dost, qardaş, eyni soya, eyni kökə, eyni dinə mənsub olan Özbəkistandır. Özbəkistanla Azərbaycan arasında əlaqələrin günümüzdə yüksək səviyyədə olması təkcə bu iki dövlətin, iki xalqın eyni dinin və eyni kökün daşıyıcıları olması ilə bağlı deyil. Digər mühüm əlamətlər və bağlılıqlar da vardır ki, məhz həmin amillər bu gün Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olmasına imkan yaradır. Özbəkistan-Azərbaycan münasibətləri bütün istiqamətlərdə inkişaf edir və irəlidə də yeni-yeni əməkdaşlıq üçün böyük perspektivlər var. Həmin perspektivlərin tezliklə reallaşdırılacağı isə heç bir şübhə doğurmur. Çünki bunun üçün ortada həm siyasi iradə, həm də istək, arzu var.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər