PDF Oxu

Siyasət

  • 1 844

Oyun başa çatdı: separatçı rejim yalvarır – ŞƏRH

Oyun başa çatdı: separatçı rejim yalvarır – ŞƏRH

Yaxud bu da baş tutmasa, artıq nəyin-necə və nə vaxt olacağı an məsələsinə çevrilir...

Xankəndidə qalan separatçı tör-töküntülərinin avqustun 25-də rəsmi Bakı ilə görüşün təşkil edilməsi üçün Rusiyaya ünvanladığı müraciətləri məlum olduğu kimi cavabsız qalıb. Moskva bu barədə susur və bunun da səbəbi var...

Hətta bunun ardınca, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ərazisi də göstərilir. Məsələ həm də ondadır ki, separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan görüşün “təhlükəsiz yerdə” keçirilməsini istədiklərini açıqlamışdı. Separatçılar “təhlükəsiz yer” dedikdə Bakının şərt olaraq irəli sürdüyü əraziləri – Bərdə, yaxud Yevlax şəhərlərinə getməkdən imtina edir, onlar daha çox Rusiya sülhməramlılarının nəzarətində olan yerdə danışmaq istəyirlər. Hətta bunun ardınca, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ərazisi də göstərilir. Lakin...

Lakin Nersisyanın açıqlamasında əsas diqqətçəkən məqamlardan biri “Bakı ilə danışıqların xalqa açıq olması” ilə bağlı dedikləridir. Separatçı bildirir ki, “təşəbbüs göstərmək, xalqa açıq dialoq aparmaq lazımdır”.

Rusiya da, artıq bir sıra kozırlarını itirdiyinin fərqinə varıb

Rejim qalıqları bir tərəfdən Rusiyaya Bakı ilə görüşün təşkil edilməsi üçün yalvarır, digər tərəfdən, “dialoq xalqa açıq olmalıdır” deyir. Bu fakt isə onların düşdüyü çıxılmaz vəziyyətdən xəbər verir.

Başqa tərəfdən, Rusiya da artıq bir sıra kozırlarını itirdiyinin fərqinə varıb. Daha doğrusu, rəsmi Bakının sərt, qətiyyətli, zaman-zaman isə kəskin mövqeyi, özünün suveren ərazilərində qarşısına qoyduğu məqsədlərini realizə etməsi Kremlin necə deyərlər, yaxasını kənara çəkməsi ilə nəticələnib.

Misal üçün, Bakı Ağdam yolundan istifadədə israrlıdır və Qarabağdakı erməni nümayəndələri ilə Yevlax, daha sonra Bərdədə görüşün keçirilməsini, Ağdam marşrutu və reinteqrasiya məsələsinin müzakirəsini təklif etdi. Ağdam yolundan istifadənin alternativi yoxdur, bunu separatçılar da anlayır.

Xankəndidə günlərdir cavab gözləsələr də, nəticə yoxdur

Məsələn, erməni mənbələr ötən həftə məlumat yayırdı ki, Araik və başının dəstəsi Ağdam yolundan istifadəni müzakirə edir, yaxın günlərdə bununla bağlı qərarı açıqlayacaq. Bu məlumat separatçılar tərəfindən təkzib olundu. Halbuki, Nersisyanın açıqlamaları Ağdam yolunun açılmasını qəbul etmək məcburiyyətində qaldıqlarını göstərir. Lakin separatçılar öz oyunlarını oynamağa da cəhd edir. Onlar Ağdam yolunun açılması ilə razılaşmaq məcburiyyətində olsalar da, bununla bağlı müzakirələrin Yevlaxda, yaxud Bərdədə yox, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilməsinə çalışır, Rusiyanı vasitəçiyə, özlərini “tərəfə” çevirmək istəyirlər.

Başqa tərəfdən, Xankəndidə günlərdir cavab gözləsələr də, nəticə yoxdur. Çünki Bakı onların istəklərini qəti şəkildə rədd edir. Yeganə yol Bakının təklif etdiyi ərazidə Ağdam marşrutunu, ümumiyyətlə, reinteqrasiya prosesini müzakirə etməkdir.

Bu da baş tutmasa, artıq nəyin-necə və nə vaxt olacağı an məsələsinə çevrilir...

Afət Tahirqızı

Digər xəbərlər