PDF Oxu

Siyasət

  • 2 809

Marko Rubio və Kris Smiti Qubad İbadoğlu ilə hansı maraqlar birləşdirir? TƏHLİL

Marko Rubio və Kris Smiti Qubad İbadoğlu ilə hansı maraqlar birləşdirir? TƏHLİL

Hazırkı dağıdıcı müxalifət liderlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Çünki müxalifət düşərgəsində aydın düşüncəli, sağlam fikirli, açıq, demokratik mübarizə aparmaq gücündə və istəyində olan partiya sədrləri yoxdur. Səhvlərindən isə nəticə çıxarmırlar, öyrənməyə, təcrübə qazanmağa cəhd etmirlər. Sadəcə çalışırlar ki, daha çox xarici ağalarının göstərişlərini yerinə yetirsinlər, tələblərini reallığa çevirsinlər. Hələ də anlamırlar ki, məhz səhv, yanlış siyasətlərinin acı nəticəsi olaraq birillik hakimiyyətləri dönəmində Azərbaycan dövləti ağır faciələr yaşadı. Azərbaycan ərazilərini hərraca qoyulması və ermənilər tərəfindən işğal olunmasına şərait yaradılması siyasəti apardılar. Hətta öz məkrli planlarının həyata keçirilməsi üçün 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək, zor gücünə hakimiyyəti zəbt etdilər. İstəklərinə nail olduqdan sonra ölkəni uzun illər düzəldilməsi çətin olan faciələrə sürüklədilər. Bu gün də keçmişin ab-havası ilə yaşayırlar. Ancaq istəkləri əlçatmazdır. Çünki xalq qətiyyətlə onları rədd edir. İctimai münasibətdən nəticə çıxarmaqdansa, hələ də müxtəlif pafoslu açıqlamaları, mesajları ilə gündəmdə qalmağa çalışırlar.

Əli Kərimlinin söylədiklərini Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Seymur Həzi, Tofiq Yaqublu və digərləri də tutuquşu kimi təkrarlayırlar

Demək olar ki, dağıdıcı müxalifət ən azı KİV-lərin diqqət mərkəzinə çevrilmək üçün hər cür iyrənc vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Bildikləri halda ki, Qubad İbadoğlu cinayət törədib, mütəşəkkil dəstə ilə saxta pul kəsib, onu yaymağa cəhdlər göstərib, yenə də onu müdafiə etməyə, cinayətinə haqq qazandırmağa çalışırlar. Bu isə onu göstərir ki, Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri Q.İbadoğlu üzərindən öz çirkin şər və böhtanlarını yaymağa çalışırlar.

Qubad İbadoğlu ilə erməni lobbisi arasındakı münasibətlər hansı səviyyədədir ki, onun müdafiəsinə senatorları cəlb edir?

Əli Kərimlinin əndrabadi yanaşmasına münasibət bildirməzdən əvvəl qeyd edim ki, eyni sayıqlamanı “Milli Şura”nın trol dəstəsinin fəallarından hesab olunan Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Seymur Həzi, Tofiq Yaqublu və digərləri də tutuquşu kimi təkrarlayırlar. Diqqətçəkən məqam ondan ibarətdir ki, trol dəstəsinin sayıqlamalarının Azərbaycan cəmiyyətində etinasız qarşılandığını anlayan bəzi ermənipərəst dairələr ara-sıra özləri də dövriyyəyə daxil olub statuslar paylaşırlar. Onların arasında ABŞ senatorları Marko Rubio və Kris Smit də var. Azərbaycan qanunvericiliyinin tələbləri əsasında hüquqi məsuliyyətə cəlb edilmiş Qubad İbadoğlunu senatorlar Marko Rubio və Kris Smit kor-koranə müdafiə edirlər. Onlar üçün maraqlı da deyil, istintaq araşdırması necə gedir, ortaya hansı sübutlar qoyulub. Sadəcə, erməni lobbisnin istəyinə uyğun olaraq Azərbaycana qarşı jantaj siyasəti aparırlar. Chris Van Hollen, Ben Kardin kimi Marko Rubio və Kris Smit də erməni lobbisinin senatorları, yaxud ANCA-nın fəalları olduqları bəllidir. Yəni, bu senatorların hər biri karyeraları boyunca qondarma "erməni soyqırımı", qondarma "Artsax", Türkiyə və Azərbaycan əleyhinə kampaniyalar təşkil ediblər, erməni lobbisinin sifarişlərini yerinə yetiriblər. Qubad İbadoğlu bu senatorların, daha doğrusu, onları danışdıran erməni lobbisinin nəyinə lazımdır? Yaxud Qubad İbadoğlu ilə erməni lobbisi arasındakı münasibətlər hansı səviyyədədir ki, onun müdafiəsinə senatorlarını cəlb edir?

Dağıdıcı müxalifət eyni mənbədən - erməni lobbisindən qidalanır

Digər məsələ budur ki, Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli kimilər də bu ermənipərəst senatorların anti-Azərbaycan tezislərini təkrar və təbliğ edirlər. Görünən odur ki, eyni mənbədən - erməni lobbisindən qidalanırlar. Faktlara nəzər yetirsək məlum olar ki, əslində, bu şəxslərin bir-biri ilə əlaqələrinin tarixi Azərbaycanda keçirilən 2013-cü il prezident seçkiləri ərəfəsinə gedib çıxır. O zaman belə bir məlumat yayılmışdır ki, ABŞ senatorları Marko Rubio və Kris Smit, eləcə də İngiltərədəki qaranlıq dairələrin dəstəyi ilə Azərbaycan QHT-lərinə 25 milyon 345 min dollardan çox vəsait ayırıb. Vəsaitlər daha çox “Soros Fondu” və Oxfam kimi tanınan (Aclıq Çəkənlərə Yardım Komitəsi kimi (ingiliscədə adı belədir: Oxford Committee for Famine Relief) təşkilatı tərəfindən ayrılıb. Maliyyənin bölüşdürülməsini isə Q.İbadoğlu həyata keçirib. Nəticədə, dağıdıcı müxalifət Q.İbadoğlunun əliaçıqlığı nəticəsində 10 il ərzində 25 milyon 345 min dollar qrant qazanıblar ki, həmin vəsaitin də 10 milyon 650 min dolları məhz Q.İbadoğluna çatıb. Eyni zamanda, Q.İbadoğlu MKİ-nin fondu olan NED-in prototipi EED (European Endowment for Democracy), yəni Avropa Demokratiyaya Yardım Fondu tərəfindən ayrılan qrantlara da nəzarət edib. Məhz bu fond Ə.Kərimlinin təbliğat maşını hesab olunan “Meydan” TV-nin və “Azadlıq” qəzetinin saytının maliyyələşməsini həyata keçirib. Araşdırmalar nəticəsində bəlli olmuşdur ki, Avropa Demokratiyaya Yardım Fondu tərəfindən “Meydan” TV-nin və “Azadlıq” qəzetinin saytının hesablarına 475 000 min avro pul köçürülüb. Bu məlumatları “Milli Şura”nın sədri Cəmil Həsənli də etiraf etmişdir. Bildirmişdir ki, o, bir müddət Azərbaycanda “Soros fondu”nun üzvü olub: “Bakıda “Soros Fondu” fəaliyyət göstərəndə mən də bordun üzvü olmuşam. Hər ay 200 dollar əməkhaqqı yazırdılar”.

“Utanmasan oynamağa nə var ki”

ABŞ senatorları Marko Rubio və Kris Smitin, Corc Sorosun dəstəyi ilə ayrılan maliyyə vəsaitlərinin nəticəsidir ki, Qubad İbadoğlu, Cəmil Həsənli, Əli Kərimli və digərləri Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibət sərgiləyirlər.

Qısaca onu qeyd etmək olar ki, Q.İbadoğlu boğazdan yuxarı pafoslu fikirlər çox söyləyirdi. Əslində isə, özü araq, çaxır məclislərinin aludəçisi olub. Bu yerdə deyiblər, “utanmasan oynamağa nə var ki”. Özü başdan ayağa çirkabın içində, murdar işlərin yanında başqalarını günahlandır. Marko Rubio və Kris Smitin kimi senatorların da Q.İbadoğlunun yanında olmağa çalışmaları isə təbii haldır. Çünki belələri hər zaman haqqın, ədalətin yanında deyil, Azərbaycanın maraqlarına zərbə vurmağa hazır olan trolların yanında olublar.

İ.ƏLİYEV

Digər xəbərlər