Qardaş, dost ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı dövlətlərarası, eləcə də regionun ümumi tərəqqisində, sabitliyin, sülh və əmin-amanliğın bərqərar olmasında əhəmiyyət kəsb edir. Müasir dövrümüzdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli mühüm layihələr icra olunur. Bir-birinin ardinca həyata keçirilən tədbirlər, imzalanan müqavilələr qarşılıqlı münasibətlərdə mövcud təməli daha da möhkəmləndirib. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan Azərbaycan və Türkiyə arasında əlaqələr 44 günlük Vətən müharibəsinin ilk günündən sonuna qədər "Can Azərbaycan" deyib, yanımızdan bir an belə kənarlaşmayan qardaş Türkiyənin mənəvi, siyasi dəstəyi ilə bir daha özünü təsdiqləmiş oldu. “Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi“, - deyə dövlət başçımız bildirmişdi.2021-çi ilin iyulun 15-də Qars müqaviləsindən 100 il sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada Bəyannamənin imzalanması iki qardaş ölkənin müttəfiqliyinin rəsmi təminatı oldu. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə işbirliyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul etməsi əlaqələrin davamıdır. Prezident İlham Əliyev Yaşar Gülərin Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə işbirliyi ilə bağlı böyük səylər göstərdiyini və töhfələr verdiyini vurğulayaraq bu işbirliyinin çox yaxşı səviyyədə olduğunu qeyd etdi. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra Azərbaycana həyata keçirdiyi ilk dövlət səfərinə toxunaraq, bu səfər zamanı Hərbi Hava Qüvvələrinin yeni MərkəziTürkiyənin milli müdafiə naziri torpaqlarımızın işğaldan azad edilməsinə toxunaraq, şəhidlərimizin ruhunu ehtiramla yad etdi, Azərbaycan əsgərlərinin fədakarlıq və qəhrəmanlıqlarının heç zaman unudulmayacağını dedi. Yaşar Gülər qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın beynəlxalq aləmin önəmli və nüfuzlu üzvünə çevrilməsi böyük qürur hissi doğurur. Nazir iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin və təmasların əlaqələrimizin daha da güclənməsi işinə çox müsbət təsir göstərdiyini bildirdi və azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi.Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan-Türkiyə arasında hərbi sahədə də əməkdaşlıq uğurla inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də isə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib. Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Metin Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra ölkəmizə səfər etməsinin önəmi qeyd edildi və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edildi.
Təbii kİ, ikitərəfli münasibətlər, qardaş ölkələrin strateji müttəfiqlər kimi regionda yaratdiqları tarixi reallıqlar sülhə, təhlükəsizliyin qorunmasına töhfəsini verir. Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qoyulmuş dostluq və qardaşlıq münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Zümrüd BAYRAMOVA