PDF Oxu

Siyasət

  • 3 935

Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi ŞƏRH

Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi ŞƏRH

Müstəqilliyi qazanmaq nə qədər çətin olsa da, onu qoruyub saxlamaq ondan da çətindir və şərəfli yoldur. Bu yolda Ulu öndər Heydər Əliyev əvəzsiz xidmətlər göstərib. Biz, orta nəslin nümayəndələri, Heydər Əliyevin bir vətəndaş kimi xalqına və Azərbaycan dövlətçiliyinə necə xidmət etdiyini gələcək nəsillərə çatdırmalıyıq. Heydər Əliyev öz vətəni, milləti qarşısında vətəndaş borcunu layiqincə yerinə yetirib. Heydər Əliyev Azərbaycanın milli azadlıq hərəkatı tarixində özünəməxsus yer tutur. Onun qətiyyətli və dönməz olması Heydər Əliyevin əsas xüsusiyyətlərindən birindən idi.

Gənclərimizin bir fərd kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ulu Öndərin gənclər siyasəti hər zaman xüsusi yer tutur.

Gənclik elə qüvvədir ki, məhz onun təhsili və elmi sayəsində dövlətin gələcəyi qurulur. Buna görə də Heydər Əliyev gənclərə diqətlə və qayğı ilə yanaşır, bütün sahələrdə düzgün istiqamətləndirilməsinə kömək edirdi. Gənclərin istənilən sahədə düzgün istiqamətləndirilməsi ölkənin gələcəyinin inkişafında və onun qorunub-saxlanılmasında əsas amillərdəndir.

Heydər əliyev həm birinci həm də ikinci hakimiyyət dövründə gənclərin qarşısında duran problemləri kökündən həll etməyə köməklik etdi. Bu baxımdan azərbaycan gəncliyinin təşkilatı yaranmasına zərurət doöğruldu. 1994-cü il iyulun 26-da Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər cəmiyyətin ayrılmaz hissəsidir. Dövlətimizin təhlükə altında qaldığı bir vaxtlarda Heydər Əliyev gənclərlə görüşür, onların fikir və mülahizələrini dinləyirdi. O dövrdən başlayaraq Azərbaycan gəncliyi hər tərəfli iknişaf etdi istər elm sahəsində istər ictimai-fəalliq işlərində istərsə də vətənpərvərlikdə.

Vətnimizin bugünü də gələcəyi də gənclərimizin fəaliyyətindən aslıdır. Vətən uğrunda, torpaq uğrunda Qabağa gedənlərin əksəriyyəti gənclər idi. Gənclərimizin yüksək vətənpərvər ruhda olması hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarıxı görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Qələbənin təməlində sözsüz ki, Heydər Əliyev siyasəti, uzaqgörənliyi, düzgün mövqe tutmuş, vətənpərvərlik ruhda inkişaf edən gənclik və Heydər Əliyev məktəbin davamçısı Ali baş komandan İlham Əliyev durur.

Bu gün respublikamızda 120 uşaq və gənclər təşkilatı fəaliyyət göstərir ki, onların əksəriyyəti konfederativ qurum olan Azərbaycan Respublikası Gənclər Təşkilatının Milli Şurasında (ARGTMŞ) birləşib. Sevindirici haldır ki, bu qurum Avropa qitəsində ən nüfuzlu beynəlxalq, qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumunun tamhüquqlu üzvü seçilmişdir. 8 beynəlxalq təşkilat (“Azərbaycan Skautlar Assosiasiyası” İctimai Birliyi, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası" - "Bakı İctimai Birliyi (ELSA)", "Avropa Gənclər Parlamenti" - "Azərbaycan İctimai Birliyi", "Avropa Tələbələr Forumu" - "Bakı İctimai Birliyi" (AEGEE),” Erasmus Tələbə Şəbəkəsi " - "Azərbaycan İB" (ESN), “Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi, Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyası İctimai Birliyi (AIESEC), Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi ) bu ARGTMŞ-nın üzvüdür.

1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I forumunda Ümummilli lider Heydər Əliyev öz nitqində demişdi: “Hər bir azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcəy yolu kimi qəbul etməlidir və öz həyatının qurarkən özünü həyat fəaliyyətinə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən, özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycannın bu günü, gələcəyi haqqında düşünməlidir… Azərbaycan müstəqilliyinin inkişaf etdirmək üçün, qurmaq üçün möhkəmləndirmək üçün və onu əbədi etmək üçün vaxt lazımdır. Ancaq, eyni zamanda, hər gün çalışmaq lazımdır, hər gün fəaliyyət göstərmək lazımdır. Buna görə də sizin əsas vəzifəmiz bundan ibarət olmalıdır.

Bunun üçün Azərbaycanın Əsas Qanunu var, Konstitusiyası var. İndi bütün gənclərin fəaliyyəti artıq keçmiş ideoloji tələblərdən, ideoloji prinsiplərdən azaddır. Hamımız üçün bir məqsəd var, müstəqil Azərbaycan Respublikası və onun Əsas qanunu – Konstitusiyası var. Hesab edirəm ki, keçən il bizim ən böyük nailiyyətimiz müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmək oldu. Konstitusiya referendum vasitəsilə, ümumxalq səsverməsi vasitəsilə qəbul olundu. Hesab edirəm ki, bu uzun ömürlü Konstitusiya olacaqdır və Azərbaycanın dövlət müstəqilliyini təmin etmək üçün, Azərbaycan xalqının gələcək rifahını təmin etmək üçün çox gözəl yollar açır və açacaqdır”.

Gənclər həyat yollarında mətin və cəsarətli olmalıdırıar və bu yolların açarı isə elm və təhsildir. Gənclərimizin müstəqil həyata aparan ali və orta ixtisas məktəblərindən keçir. Odur ki, ali və orta ixtisas məktəblərinə xüsusi diqqət yetirilir.

Gənclərin dünyagörüşü fərqlidir, sənaye inqilabı ilə bağlı olan yeniliklər Azərbaycanda gənclər tərəfindən mənimsəməsi icra olunur. Heydər Əliyev Fondu Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir; gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir; xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.

Ulu öndər Heydər Əliyev: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Əsası Ulu öndər Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulan dövlət siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarə etmə bacarığı ilə seçilən intelektual, dünyagörüşlü yeni nəsl yetişir. Müasir Azərbaycan gəncliyi ümumilider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyası iqtisadı yüksəlişini, gənclərə olan diqqətini və qayğısını dərin etiram hissi ilə xatırlayır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial –iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür.

Azərbaycan gəncliyin inkişafına təkan verən cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətidir. Gənclərimiz dövlətçiliklə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşması bu siyasətin nəticəsidir. Cənab prezident İlham Əliyev hər zaman gənclərə dəstək olub. “Gənclər üçün Prezident mükafatı”nın təsis edilməsi bu diqqətin nümunəsidir.

Gənclik bir millətin yaşamasında, inkişaf etməsində böyük rol oynayır. Demək olar ki, gənclik hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsində bir təməl daşıdır. Odur ki, yüksək intellektual səviyyəli potensial kadrların yetişdirilməsi və gənclərin aparıcı qüvvəyə çevrilməsi vacib məsələlərdən sayılır. Azərbaycan gəncliyi ana dilimizi, gözəl adət-ənənələrimizi qoruyub saxlayır və yaşadır.

Bu gün gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda Vətəninə, öz xalqına maksimum xeyir vermək üçün fəal olmalıdır. Vətən uğrunda, torpaq uğrunda Qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarıxı görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticəsi necə ola bilərdi. Əlbəttəki gənclərimizi irəliyə aparan milli ruh, milli ləyaqət və vətənpərvərlik hissi idi. Qələbənin təməlində sözsüz ki, Heydər Əliyev siyasəti, uzaqgörənliyi, düzgün mövqe tutmuş, vətənpərvərlik ruhda inkişaf edən gənclik və Heydər Əliyev məktəbin davamçısı Ali baş komandan İlham Əliyev durur.

Yaşlı nəsil estafedi orta nəsilə verdyi kimi, indi də orta nəsil öz estafedini gənclərə verir. Verir ki, Azərbaycanı elm sahəsində bütün dünyaya tanıtsınlar.Bu gün biz qalib ölkənin vətəndaşıyıq. Artıq bütün dünyada qalib bir ölkəni təmsil edirik, qürurla təmsil edirik, istər elm sahəsi olsun, istər idman, istər incəsənət. Zəfərimizlə biz sübut etdik ki, haqq-ədalət gec –tez öz yerini tutur, və Vətəndən, torpaqdan pay olmur.Hər birimizdə vətənpərvərlik hissi yüksək olmalıdır. Məhz bu vətənpərlərlik hissi, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız var, amma Qələbənin əsas şərti döyüşcülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bunu da gənclərimiz Vətən müharibəsində göstərdi, sübut etdi. Bəli, Qələbəni qazandıq, ancaq bununla kifayyətlənmək olmaz. Bizi indi ən çətin lakin şərəfli yol gözləyir: Müstəqillimiyizi qoruyub saxlamaq, bir daha xarici düşmənlərə torpaqlarımızı işğal etməyə imkan verməmək!Bunun üçün biz hörmətli prezidentimizin İlham Əliyevin ətrafında daha da sıx birləşməli, hakim partiyanın apardığı siyasətə qoşulmalıyıq. Məhz birlik Azərbaycan dövlətimizin müstəqilliyini qoruyub saxlayacaq. Məhz birlik heç bir qüvvəyə bu müstəqilliyi məhf etməyə imkan verməyəcək.Ölkəmizin gələcəyi, uğuru, gənclərin bilikli, bacarıqlı, əzmkarlığı deməkdir. Ali baş komandan, cənab prezidentimiz İlham Heydər oğlu Əliyevin göstərişlərini sözsüz icra etmək hamımızın borcudur.

Şəhla Xəlilova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər