PDF Oxu

Siyasət

  • 5 298

Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə öyüd və nəsihəti ŞƏRH

Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə öyüd və nəsihəti ŞƏRH

Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı hər zaman Azərbaycan gəncliyinin üzərində olub. Onları gələcəyimiz və fəxrimiz kimi qiymətləndirən ulu öndər Heydər Əliyev üzun illər əvvəl- 1971-ci ildə əsasını qoyduğu respublika hərbi təyinatlı orta internat məktəbi (indiki Cəmşid Naxçıvanski adına Hərbi litsey) yaradılmasında da gəncliyimizi, gələcəyimizi düşünməsinin əsas göstəricilərindən biri idi. O gənclərimizi güclü, qüdrətli, Azərbaycan ordusunun möhkəmlənməsində və inkişafında rolu olan vətəndaş, vətənpərvər görmək istəyirdi. O illərdə hərbi litsey yaratmaq elə də asan bir iş deyildi. Ulu Öndərin uzaqgörənliyi və gənclərimizin bir ordu ətrafında birləşdirilməsi ilk təməlini qoymaqla yanaşı Azərbaycanın gələcək bütöv və müstəqil ordusunun yaranması və yetişməsini təmin edirdi. Və uzun illər sonra birinci Qarabağ savaşında cəbhə bölgələrində vətəni müdafiə edən gənclərin çoxu Ulu Öndərin yaratdığı litseyin məzunları idi. Ulu Öndər xatirələrində döyüşçülərin Ulu Öndərə yaxınlaşaraq” Biz sizi hərbi litseydə görmüşük, biz sizin yaratdığınız hərbi litseyin məzunlarıyıq”- deyərək Ulu Öndərə böyük sevinc bəxş etmişlər. Ümumiyyətlə, gənclərimizlə Ulu Öndərin görüşü onlara qiymətli öyüd və nəsihətləri ilə yekulaşardı. Ulu Öndər gəncliyimizi millli dəyərlərimizi, milli ənənələrimzi yaxşı bilməyə və əməl etməyə səsləyirdi. “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhummdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”. Ulu Öndərin Azərbaycan gəncliyinə nəsihətləri, öyüdləri böyük bir məktəbdir. Onun gəncliyimiz barədə məruzə və çıxışları çox sayda kitablara sığar. Onun gənciliyimizə olan inamı sevgisi sonsuz idi. Gənclərlə söhbətlərində onları diqqətlə dinləyir və onları tanımaq istəyirdi. O gəncləri Azərbaycanın gələcəyi kimi görür və bunu çıxışlarında, gənclərlə birlikdə olanda dilə gətirirdi. Bunlar hamsı gənclərə güc,özgüvən veririrdi. Ulu Öndər gəncliyimzin yolunda yanan, işıq saçan bir şəxsiyyət idi. Onun son dəfə hərbi litseydə gənclərimiz qarşısında çıxışı, səhətində yaranan problemə baxmayaraq yenidən kürsüyə qayıdaraq gənclərə üz tutması özü elə gənclərə ən böyük, öyüdü və nəsihəti, sevgi və sayqısı idi. Ulu Öndər son anında da güclü və möhkəm olmağı Azərbaycan gəncliyinə əvəzsiz ərmağanı oldu. Ulu Öndər çıxışlarının birində demişdi:”Əziz gənclrər! Gənclik dövrünü səmərəli istifadə edin, yaxşı təhsil alın, özünüzü həyata yaxşı hazırlayın.

Gənclik illəri sonra ələ düşməyən illərdir. Yaş artdıqca insan bu illəri həmişə böyük həsrətlə xatırlayır. Siz gənclər bəlkə də bunu indi dərk edə bilmirsiniz, ancaq biz- yaşlı insanlar bunu çox yaxşı bilirik. Hər bir yaşlı insan öz gəncliyini daim böyük məhəbbətlə xatırlayır və eyni zamanda gəncliyi dövründə itirdiyi günlərə, səmərəsiz keçirdiyi günlərə görə özünü daim qınayır, heyfsilənir. Ona görə də gələcəkdə özünüzü qınamamaq üçün, gəncliyinizdə nəyisə etmədiyinizə görə heyfsilənməməyiniz üçün mən sizə məsləhət edirəm: Gənclik günlərindən, aylarından, gənclik illərindən səmərəli istifadə edin, boş yerə vaxt sərf etməyin, yaxşı oxuyun, yaxşı təhsil alın.özünüzü həyata, əmək fəaliyyətinə, gələcəyə yaxşı hazırlayın.” Ulu Öndər gücümüzün, qüdrətimizin gənclikdən və Azərbaybaycanın müstəqilliyindən və mükəmməl ordumuzdan keçdiyini hər zaman xatırladaraq deyirdi: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür.Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”.

Hər Azərbaycanlı Ulu Öndərin ruhunun bu gün şad və rahat olduğuna əminik. Biz bu gün azad və müstəqil dövlətin övladlarıyıq, biz Ulu Öndərimizin bizə öyrətdiyi kimi yaşadıq, mübarizə apardır və 44 günlük savaşla Qarabağımızı azad etdik!

Mərziyyə Nəcəfova

Yap Yasamal rayon AMEA Ədəbiyyat İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər