PDF Oxu

Siyasət

  • 12 121

“Ermənilərin yaşadığı ərazidə tərbiyəvi xarakterli addımlara ehtiyac var” MÜNASİBƏT

“Ermənilərin yaşadığı ərazidə tərbiyəvi xarakterli addımlara ehtiyac var” MÜNASİBƏT

“Rusiya Quru qoşunları komandanının keçmiş müavini general-polkovnik Aleksandr Lentsovun Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlılarının komandanı vəzifəsindən uzaqlaşdırılacağı və onun yerinə general-mayor Kirill Kulakovun gətiriləcəyi barədə erməni KİV-də dərc olunan məlumatlar çox güman ki, yaxın günlərdə reallaşacaq. Cəmi 4 ay bu vəzifəni tutan döyüş generalının elə bir ciddi keçmişə malik olmayan hərbçi ilə əvəzlənməsinin əsas səbəbi nə ola bilər?”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, general Lentsov bu vəzifəyə Laçın sərhəd buraxılış məntəqəsinin yaradılmasından bir neçə gün sonra təyin olunmuşdu/ “Bu təyinat Rusiyanın sərhəd-buraxılış məntəqəsini bağlayacağına ermənilərdə müəyyən ümidlər yaratmışdı və onlar kifayət qədər “şanlı” keçmişi olan generalın təyinatını bu amillə əlaqələndirmişdilər. Ermənilərin bu ümidlərini doğrultmaq üçün dərhal fəaliyyətə başlayan rus generalı Azərbaycan hakimiyyəti tərəfindən kəskin cavab aldıqdan sonra bu istiqamətdə fəallığını dayandırmış və sonrakı dövrdə ermənilərin digər ümidlərini də doğrultmaq üçün heç bir addım ata bilməmişdi. Nəticədə, Qarabağ erməniləri rus sülhməramlılarına qarşı etiraz tədbirlərinə başlamışdılar. General Lentsovun Kulakovla əvəz olunması “əməliyyatının” bir səbəbinin bu amil olması tamamilə mümkündür. Ancaq çox güman ki, əsas səbəb Ukrayna müharibəsində rusların düşdüyü ağır vəziyyət və son günlər bir neçə generalın öldürülməsi və vəzifədən uzaqlaşdırılmasıdır. Bu vəziyyətdə təcrübəli döyüş generalının Qarabağda rus sülhməramlılarının komandanı vəzifəsində saxlamaq və ondan ermənilərin etiraz tədbirlərinin qarşısının alınmasında istifadə etmək şübhəsiz ki, ağılsızlıqdır. Görünür məhz bu səbəbdən belə bir dəyişilkliyə getmək, general Lentsovu öz keçmiş vəzifəsinə, yaxud, daha məsul bir vəzifəyə qaytarmaq, onun yerinə isə hərbi məktəb rəisini təyin etmək qərara alınmışdır. Çünki bu gün Qarabağda, ermənilərin yaşadığı ərazidə hərbi məktəbdə olduğu kimi daha çox tərbiyəvi xarakterli addımlara ehtiyac var”.

GÜLYANƏ

Digər xəbərlər