PDF Oxu

Siyasət

  • 2 030

Tehranda üsyan gözlənilir TƏHLİL

Tehranda üsyan gözlənilir TƏHLİL

Yaxın vaxtlarda yüz minlərlə güneyli soydaşlarımız, əsasən də, tələbə-gənclər meydanlara axışaraq fars-molla rejiminin sonunu gətirməyə çalışacaqlar

Acı və ağır təəssüf hissi ilə bildirmək olar ki, bəşər tarixinin ən qüdrətli dövlətlərini qurmağı və yaşatmağı bacaran Azərbaycan xalqı müxtəlif dövrlərdə üzləşdiyi fəlakətlər nəticəsində dövlətçiliklərini itirməli olublar. Lakin əzmli, iradəli, mübariz xalq olduğundan xalqımız daha güclü yeni dövlət qurub. Bu bölgədə yırtıcı xislətli, vəhşi xarakterli dövlətlərin meydana gəlməsi, xüsusilə də, 1801-ci ildən Azərbaycanın müsibətləri və faciələri başladı. Fars-molla rejimi, Rusiya imperialistləri ilə birləşərək Azərbaycanın varlığına son qoymağa çalışdı. Buna qismən də olsa nail oldular. Azərbaycan xalqı növbəti dəfə dövlətçiliyindən məhrum olundu. Bu acılı yol 1991-ci ilə qədər davam etdi. Azərbaycan xalqı yalnız 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini qazanmağa müvəffəq oldu. Bu zaman narahat olan xarici güclər erməni vəhşi toplumuna hərbi siyasi dəstək verməklə torpaqlarımızın işğalını həyata keçirdilər. İşağal prosesində Rusiya, Fransa daha çox canfəşanlıq göstərdisə, özünü müsəlman hesab edən fars-molla rejiminin də ermənilərə dəstəyi az olmamışdır. Molla rejimi bu iyrənc fəaliyyətlərini 44 günlük Vətən Müharibəsi dönəmində də davam etdirdi.

Molla rejimi 30 illik işğal dövründə ermənilərlə iş birliyinə gedərək ərazilərin dağıdılmasında, qarət və talan edilməsində yaxından iştirak etmişdilər

Vətən müharibəsi zamanı fars-molla rejimi Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi anormal açıqlamalarla çıxış etdi. Xatırlamaq lazımdır ki, güneyli soydaşlarımız müharibənin gedişində Ermənistana silah daşıyan molla rejiminin hərbi xuntasına məxsus 8 avtomobilin qarşısını kəsib, onları yandırmağa nail olmuşdular. Zəngilan rayonun Soltanlı kəndi istiqamətində ordumuzun qalibiyyət yürüşünün qarşısını molla rejiminin əmmaməli mollalardan fərqlənməyən sərbazları kəsərək, ordumuzun irəliləməsinin qarşısını almağa çalışmışdılar. Təbii ki, ordumuz molla rejiminin sərbazlarını bir anın içində əzib keçməyə qadir idilər. Sadəcə, böyük humanistlik göstərərək, onları həyatdan məhrum etmədilər. Sonrakı gün yanlışlıqlarını başa düşərək, ərazidən rədd olub getmişdilər. Ermənilərə hərbi, siyasi dəstəklərini isə davam etdirmişdilər. Yalnız müharibənin taleyinin həll edildiyini anladıqları zaman molla rejiminin başbilənləri Azərbaycana dəstəkdən danışmağa başlamışdılar. Bu isə daldan atılan daşa bənzəyir. Molla rejimi 30 illik işğal dövründə ermənilərlə iş birliyinə gedərək ərazilərin dağıdılmasında, qarət və talan edilməsində yaxından iştirak etmişdilər. Fars molla rejimi İrəvanda, Qafanda, Şuşada Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən məscidləri, mədəniyyət abidələrini təmir etməklə ermənilərin “humanist” toplum olduqlarını göstərməyə çalışıblar.

Təbrizdə, Tehranda əhali “Fars molla rejiminə ölüm” şüarı səsləndirir

44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu hərb tarixinə qızıl hərflərlə şanlı salnamə yazdı. Xarici güclərin hərbi, siyasi dəstəyinə, yardımına baxmayaraq Ermənistanın bütün ordu birləşmələrini məhv edərək sıradan çıxartdı. Üçrəngli bayrağımızın 30 il girovluqda olan torpaqlarımızda dalğalandırılması təmin edildi. Qələbədən sonra da ermənilər və onların havadarları, o cümlədən, terroru dövlət siyasəti hesab edən fars-molla rejimi sakitləşməyib. Hər cür vasitə və üsullardan istifadə etməklə regionda gərginlik yaratmağa çalışırlar. Bu gün də eyni iyrənc fəaliyyətini davam etdirən molla rejimi dayanmadan erməni qardaşlarına hərbi yardımlar göstərir. Azərbaycan dövlətinin Şərqi Zəngəzurda quruculuq-abadlıq işlərini genişləndirdiyi zaman mollaların ən ağıllısı hesab olunan Xomneyni Ermənistanın ərazi bütövlüyünün onlar üçün “qırmızı xətt” olduğunu iddia etdi. Ardınca isə Qafan şəhərində konsulluq açılmasını həyata keçirdi. Bu, azmış kimi Araz çayının cənub sahillərində hərbi təlim keçirərək Azərbaycana öz ağılları ilə “əzələ” nümayiş etdirdilər. Lakin böyük Turan ordusunun əsas qüvvələrindən olan Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirməklə fars-molla rejiminin əmmaməli mollalarına sərt barmaq silkələmiş oldu. Məhz bundan sonra molla rejimi geri çəkilib bütün gücünü güneyli soydaşlarımızdan qisas almağa səfərbər edib. Tehran, Xoya, Təbriz, Urmiyə və şəhərdə təqib və təzyiqlər daha çox olmuşdur. Xomneynin əmri ilə Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyəti dayandırılıb və Mərkəzin fəalları həbs olunmuşlar. Xüsusilə, Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəallarından olan Hadi Heydəri Azad və İbrahim Əhmədpura qarşı amansız davranış nümayiş etdirilib. Molla rejiminin hərbi qüvvələri gecə ilə hər iki tələbə hərəkatının mənzillərinə daxil olaraq onları həbs etmiş, ailə üzvlərinə qarşı təhqiredici ifadələr səsləndirmişlər. Təbrizli tələbələr isə ruhdan düşməyib, “fars molla rejiminə ölüm şüarı” ilə sosial mediada çıxışlar edir, statuslar paylaşırlar. Paylaşımlarda daha çox diqqəti cəlb edən status “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir” deyə qeyd edilməsidir. Bu isə tələbə- gənclərin geniş fəaliyyət başladığından xəbər verir. Həm də onu təsdiq edir ki, yaxın vaxtlarda yüz minlərlə güneyli soydaşlarımız, əsasən də tələbə - gənclər meydanlara axışaraq fars-molla rejiminin sonunu gətirməyə çalışacaqlar. Deyilənlərə və yazılanlara görə, bəzi din xadimləri də tələbə hərəkatına qoşulmağa hazır olduqlarını bəyan ediblər. Deməli, yaxın vaxtlarda Tehranda və Təbrizdə üsyan gözlənilir. Bu üsyanın milli azadlıq hərəkatına çevrilərək, bütün tarixi Azərbaycan ərazilərinə yayılması qaçılmazdır.

İ.ƏLİYEV

Digər xəbərlər