29.08.2023-cü il tarixdə YAP Gədəbəy rayon təşkilatında Ərazi Partiya təşkilatları ilə növbəti tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası sosial şəbəkə hesablarında görülən işlər, YAP üzvlük haqlarının ödənilməsi və cari məsələlər müzakirə edildi. Təşkilat sədri Rüstəm Nağıyev ƏPT sədrlərinə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın qarşıya qoyduğu müvafiq tapşırıq və tövsiyələrini verdi.