PDF Oxu

Siyasət

  • 2 885

Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsinin nəticəsi - TƏHLİL

Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsinin nəticəsi - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "İlin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir"

11 İyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib ki, «ilin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir".

Dövlət başçısı açıqlayıb ki, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək.
Göründüyü kimi…

BU GÖSTƏRİCİLƏR, İLK NÖVBƏDƏ, AZƏRBAYCAN PREZİDENTİNİN QƏTİYYƏTLİ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR

Göründüyü kimi, iqtisadi müstəqilliyimizin dayanıqlığına dəlalət edən bu uğurların arxasında təkcə ölkəmizin resursları və onlardan səmərəli istifadə amili dayanmır. Bu göstəricilər, ilk növbədə, Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsinin nəticəsi, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.

Azərbaycan Prezidenti İlham Əliyev bütün müsahibələrində, çıxışlarında da qürurla verilən vədin qətiyyətlə gercəkləşdirildiyini aydın şəkildə təqdim edir. Cari ilin əvvəlində dövlət başçımızın yerli televiziyi kanallarına verdiyi müsahibəsində bildirmişdir ki, "Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə - müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq. Yaxud da ki, sentyabra qayıdaq. Kimin ağlına gələ bilərdi ki, bu gün Ermənistan haqsız olaraq bizi işğalda ittiham edəcək. İki il, üç il bundan əvvəl əgər kiməsə bunu desəydin, deyərdi ki, deyəsən sənin başın xarab olub, belə sadə dillə desək. Amma mümkün olmayan heç nə yoxdur, bizim əlimizdədir. Amma biz ədaləti istəyirik, ancaq ədaləti. Pozulmuş ədaləti bərpa edirik, hələ tam bərpa etməmişik, amma bərpa edəcəyik, mənim şübhəm yoxdur və əminəm ki, Azərbaycan xalqı da bu nikbinliyi bölüşür".
Bəli, artıq...

BU GÜN - 33 İLDƏN SONRA İSƏ DÖVLƏTİMİZ VƏ XALQIMIZ ƏN ŞƏRƏFLİ GÜNLƏRİNİ YAŞAYIR, TARİXİMİZİN QÜRUR DOĞURAN SƏHİFƏLƏRİ YAZILIR

Bu gün 33 ildən sonra Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Və bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

Artıq bu gün azad, abad Laçınımızda "Laçın Şəhər Günü" keçirilir. Və bu gün Azərbaycan xalqı Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının qətiyyətinə və prinsipiallığına inamının nəticəsi idi ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımızda bu gün toy-bayram edilir. Və bu gün dövlət başçımızın söylədiyi kimi…

"DİRÇƏLƏN LAÇIN, DİRÇƏLƏN QARABAĞ, DİRÇƏLƏN ŞƏRQİ ZƏNGƏZUR BİZİM GÜCÜMÜZÜ GÖSTƏRİR"

"Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq"- deyən Prezident İlham Əliyev onu da bildirib ki, bu torpaqların sahibləri bizik – qurub- yaradan Azərbaycan xalqıdır. Görülən işlər də göz qabağındadır…
Bəli, görülən işlər göz qabağındadır. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi, ümumiyyətlə işğaldan azad olunan torpaqlarımızda quruculuq və bərpa işlərinin aparılması dövlət başçımızın rəhbərliyi və qətiyyəti ilə Qarabağımız cənnətə çevirilməkdədir. Bütün bunlar isə…

QÜDRƏTLİ DÖVLƏTİN UĞURLU SOSİAL-İQTİSADİ VƏ SİYASİ NAİLİYYƏTLƏRİDİR

Dövlətimizin başçısı müşavirədə qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində işlər uğurla davam etdirildiyini öildirərək ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar.

Elə avqustun 26-da Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib ki, ilin sonuna qədər Laçında bir neçə min sakin yaşayacaq: "Mayın 28-dən Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq".

Bəli, bu gün Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerləyeksan edilən hər bir yaşayış məntəqəmizdə hazırda abadlıq-quruculuq işləri sürətlə davam edir. Bütün bunlar isə güclü iqtisadiiyatın nəticəsində əldə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan iqtisadi və siyasi müstəqillik qazanmış azsaylı ölkələrdəndir. Məhz bunun nəticəsidir ki, ilin altı ayının sosial iqtisadi göstəricilərinin ildən-ilə artaraq tərəqqi doğru aparır.

"Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir", deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır.

"Bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik", deyən Prezident İlham Əliyev bildirib ki, biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidi: "Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik".

Bir sözlə, bütün bu uğurlu göstəricilər bir daha sübut edir ki, sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək. Daha güclü Azərbaycan naminə! Dövlətimizin başçısının vurğuladığı kimi, "biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, bütün sahələrdə onu yerinə yetirmişik, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın!".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər