PDF Oxu

Siyasət

  • 2 496

Trol dəstəsi yeni imtiyazlar qazanmağa can atır ANALIZ

Trol dəstəsi yeni imtiyazlar qazanmağa can atır ANALIZ

Dünyanın siması dəyib, müasir yeniliklərə qovuşa da Azərbaycanın dağıdıcı müxalifəti köhnə təfəkküründə və düşüncəsində qalmaqdadır. Yəni müxalifət hələ də müasir dövrün yenilikləri, qlobal dəyişiklikləri ilə ayaqlaşa bilmirlər. Hələ də meydan təfəkkürü ilə yaşamaqda və fəaliyyət göstərməkdədirlər. Bu da, təbii olaraq, müxalifətin siyasi proseslərdə uğursuzluğa düçar olmasını şərtləndirən əsas amillərdəndir. SSR-nin dağılmasını şərtləndirən kodekslə məsələni qeyd etsək, fikrimizin əsaslı ola biləcəyini düşünmək olar: Yuxarılar aşağıların, aşağılar isə yuxarıların təkliflərini, istək və tələblərini qəbul edə bilmədiklərindən, SSRİ dağıldı. Eyni ilə, Azərbaycan müxalifətində də yuxarılarla aşağılar arasında ciddi qarşıdurmalar mövcuddur. Bu baxımdan, aşağılardan başlayan istefalar yuxarılara doğru adlanmaqdadır. Qarşıdurmalar fonunda bəzi partiya sədrləri az itkilərlə siyasətdə qalmağa can atırlar. Ona görə də, ardıcıl olaraq məsuliyyətsiz, əxlaqi dəyələrdən uzaq olan, milli və dövlətçilik maraqlarına zərbə vurmağa hesablanan açıqlamalar verir, addımlar atırlar.

Yolunu dəyişən dağıdıcı müxalifət gərəksiz əşyaya çevrilər

Düşünmürlər ki, insanlar onlara nə deyə bilər və yaxud hansı ittihamları irəli sürə bilərlər. Əsas odur ki, gündəmin quru müqəvvası da olsa siyasətdə qalsınlar. Fikir verin, uzun illərdir ki, siyasi proseslərdə görünməyən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, şuranın üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, İlqar Məmmədov və digərləri indi meydana çıxıb, ağıllarına deyil, ağızlarına gələnləri danışırlar. Əminəm ki, elə hallar olur ki, danışdıqları cəfəng fikirlərə özləri də inanmırlar. Dərk edirlər ki, Qubad İbadoğlu cinayət törədib, kimlərinsə təkliflərinə şirnikərək saxta pul kəsib, varlanmağa cəhd edib. Onu da anlayırlar ki, Qubad İbadoğlunu mənasız yerə müdafiə edirlər. Lakin həqiqəti etiraf etmək cəsarətinə malik deyilllər. Bu halda gərəksiz əşyaya çevrilərək, zibil qutusuna atılarlar. Digər tərəfdən xarici ağalarının maddi və mənəvi dəstəyindən məhrum olunarlar. Deməli, həqiqətin gözünə qara eynəkdə baxmaqla həm müxalifətçilik statusunu qoruyub saxlayaraq gündəmdə qalırlar, həm də xarici ağalarının maliyyə yardımlarından bəhrələnməkdə davam edirlər.

Əli Kərimli müxalifətin üz qarasına çevrilib

Son vaxtlar müxalifətin üz qarası hesab olunan AXCP sədri Əli Kərimli xarici ağalarının gözündə yüksəlib, mənsəb sahibi olmaq üçün dəridən- qabıqdan çıxır. Ağına-bozuna baxmadan, yaxınları arasında belə necə reaksiya doğura biləcəyinə əhəmiyyət vermədən ittiham xarakterli elementlərindən geninə- boluna istifadə edir. Hətta ara- sıra doğulub, boya- başa çatdığı Azərbaycanımızı ABŞ-la, Avropa qurumları ilə hədələyir, senatorlarla jantaj etməyə çalışır. Xüsusilə də hüquqa əsaslanmaqla həbs edilən Q.İbadoğlu olayından daha çox siyasi divident qazanmağa çalışır. Hər statusunda, paylaşımında Q.İbadoğlunun həbsindən bəhs edib, filan senator, filan demokrat bununla bağlı belə dedi, etirazlar səsləndirdi kimi sayıqlamalar ifadə edir. Əgər əvvəllər Ə.Kərimli, Cəmil Həsənli və onların troll dəstəsinin fəal üzvləri olan T.Yaqublu, G.Hacıbəyli, F.Qəhrəmanlı, S.Həzi, İ.Hüseynli, İ.Məmmədov ABŞ –ın ermənipərəst senatorları olan Marko Rubio və Kris Smitin tezislərinə əsaslanırdılarsa, hazırda yeni oyunçuların sayıqlamalarına da istinad edirlər. Məlumdur ki, erməni lobbisinin ayırdığı pullardan bəhrələnən və Azərbaycana qarşı jantaj siyasəti aparan Chris Van Hollen, Ben Kardin kimi Marko Rubio və Kris Smit də ANCA-nın fəallarındandır. Yəni, bu senatorların hər biri karyeraları boyunca qondarma "erməni soyqırımı", qondarma "Artsax", Türkiyə və Azərbaycan əleyhinə kampaniyalar təşkil ediblər, erməni lobbisinin sifarişlərini yerinə yetiriblər.

Erməni lobbisi daha bir senatoru da dövriyyə buraxıb. Bu, ABŞ senatoru Dik Durbindir

İndi isə bəlli olur ki, erməni lobbisi daha bir senatoru da dövriyyə buraxıb. Bu, ABŞ senatoru Dik Durbindir. Ə.Kərimli elektron poçtuna göndərilən sifarişə istinad edərək, ermənipərəst senator Dik Durbinin Q.İbadoğlu haqqında yazdıqlarını sosial şəbəkədə paylaşıb: “ABŞ-ın ən nüfuzlu senatorlarından olan Dik Durbin yazıb ki, Qubad İbadoğlu və Bəxtiyar Hacıyev dərhal azad edilməlidir. Dik Durbin ABŞ senatında demokratlar partiyasının 2 ən nüfuzlu senatorundan biridir və o Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb. Senator Durbin Azərbaycan hakimiyyətini siyasi məhbusları azad edib demokratik dövlətlərin sırasına qoşulmağa çağırıb. Azərbaycan hakimiyyətinin beynəlxalq birliyin bu çağırışlarını qulaqardına vurub, ölkəmizi beynəlxalq təcridə sürükləməyə haqqı yoxdur. Qubad bəy başda olmaqla bütün siyasi məhbuslar azad edilməlidir”. Eyni tezisi əlinə alan T.Yaqublu təbii ki, öpüb gözlərinə basdıqdan sonra, sevinə-sevinə sosial şəbəkə hesabında yazıb ki, bəs, növbəti etiraz və tələb nüfuzlu senator Dik Durbindən gəldi. O, Qubad İbadoğlunun və Bəxtiyar Hacıyevin dərhal azad edilməsini tələb edib.

Bu yerdə yazmamaq mümkün deyil, qırılmışın arasında bir ağıllısı, bir sağlam fikir söyləyəni yoxdur. Sanki hamısı xəstədir. Deyən, başa salan lazımdır ki, ay bədbəxt, ermənipərəst senator kimdir axı, dünya hərb tarixinə adını qızıl hərflərlə yazdıran qüdrətli Azərbaycana hansısa məsləhəti versin, yol göstərsin, ağıl öyrətsin? Belə haqq, ədalət çarçısıdır, erməni əmiuşaqlarına başa salsınlar ki, Xankəndi Azərbaycanın suveren ərazisidir, imkan verin qanuni hakimiyyət yerlərdə bərpa olunsun. Digər tərəfdən ermənilərə anlatsınlar ki, əgər acından ölürsünüzsə, buyurun, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə sizlərə humanitar yardım göstərilir alın və hay-küy qaldırmaqdan əl çəkin. Əgər bu kimi reallıqları dilə gətirmirlərsə və Ə.Kərimli kimilər də susurlarsa, deməli, onlar eyni mərkəzdən idarə olunurlar. Son olaraq da onu qeyd etmək istərdim ki, kimin nə deməsindən və sayıqlamasından asılı olmayaq Azərbaycan hüququ, demokratik yolundan dönməyəcək. Danışılanlar isə boş qazanı danqıldatmalarından başqa bir şey deyil. Atalar misalında deyildiyi kimi, “İt hürər karvan keçər”.

İ.ƏLİYEV

Digər xəbərlər