32 il öncə 30 avqust 1991-ci il tarixində ikinci dəfə Azərbaycan İstiqlal Bəyannaməsinin qəbul olunmuşdur. Məhz 32 il öncə bu tarixdə keçmiş Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edildi. Azərbaycan Ali Sovetində “Demokratik Azərbaycan” (Müstəqil Azərbaycan) Deputat Blokunun təkidi ilə 30 avqust 1991-ci il tarixində sənəd qəbul olunub. Bu Bəyannamə 18 oktyabr 1991-ci ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasında vacib tarixi sənəddir. Sənəddə deyilirdi: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir". 22 iyul 1990-cı il də Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi aləmində əsas hadisəyə çevrildi. Buradan milli dövlətçiliyin bərpası istiqamətində addımlar atıldı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabr ayında Naxçıvan Ali Məclisi üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi, həmçinin, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Bu gün gözəl bir tarixdir. Bu gün iki qardaş – Azərbaycan və Türkiyə dövlətlərinin tarixinə 30 avqust çox əlamətdar gün kimi yazılıb. Bu gün Türkiyə Cümhuriyyətində də 30 avqust Zəfər Bayramı kimi qeyd edilir. 28 May 1918-ci il tarixdə şərqdə ilk demokratik cümhuriyyətin, məhz Azərbaycanda elan edti. Müəyyən müddətdə itirilmiş müstəqilliyi 30 avqust 1991-ci il tarixdə bərpa etdi.
Şəhla Xəlilova
YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri