PDF Oxu

Siyasət

  • 3 976

Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları ilə inkişaf edir ŞƏRH

Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları ilə inkişaf edir ŞƏRH

Avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənədin qəbulunun 30 ili tamam olur. 30 avqust 1991-ci ildə Azərbaycan parlamentinin – Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Parlament, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul edib.Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici olaylar 1990-1991-ci illərdə cərəyan etdi. 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmışdı. O, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilmişdi.Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul edildi və analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı.1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. Azərbaycanın dövlət müstəqilliyi yolunda konstitusion müstəvidə ilk taleyüklü sınağı 1991-ci il martın 17-də keçirilən və SSRİ-nin saxlanmasına münasibəti öyrənən referendum ola bilərdi. Prezident Ayaz Mütəllibovun komandası isə “bəlkə də qaytardılar” arzusu ilə hələ də sovet rejimində yaşamaq yolunu tutmuşdu.

Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə etirazını bildirdi və 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk edərək Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı. Ulu öndər Heydər Əliyevin parlaq ideyaları Azərbaycanın mayakı olub və xalqımızın, dövlətimizin yolunu işıqlandırıb. Bəhs olunan dövrdə ümummilli lider Heydər Əliyevin yolu ilə gedən respublikamız böyük uğurlara imza atıb, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. Bu illər ərzində dünyanın müxtəlif bölgələrində, o cümlədən də bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verib: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb. Ölkəmizdə dövlət başçısının qətiyyəti sayəsində daxili risklərin hamısı aradan qaldırılıb, eyni zamanda, Azərbaycan xarici risklərdən də özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Məhz ərazi bütövlüyümüz bərpa olub. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Bu gün mübaliğəsiz demək olar ki, Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycanı qoruyub yaşatmaq isə hər bir Azərbaycan vətəndaşının borcudur. Göründüyü kimi, Heydər Əliyev ideyaları daim yaşayır və müstəqil Azərbaycan dövləti, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt gələcəyə doğru inamla gedir.

Nicat İsmayılov

YAP Yasamal rayon Akim Abbasov 73 E ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər