PDF Oxu

Siyasət

  • 3 115

Prezident İlham Əliyevin Laçın səfəri - siyasi və iqtisadi gücümüzün nümayişi ŞƏRH

Prezident İlham Əliyevin Laçın səfəri - siyasi və iqtisadi gücümüzün nümayişi ŞƏRH

Azad olunmuş digər ərazilərimiz kimi, bu gün Laçın da dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında məskunlaşacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı sübut etdi ki, bizim heç kimin torpağında gözümüz yoxdur, öz torpağımızı da biz heç kimə verən deyilik. Azad olunmuş ərazilərdə aparılan sürətli quruculuq işləri Azərbaycan xalqının qurub-yaradan olmasının göstəricisidir. Avqustun 26-da Laçın Şəhəri Günü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə keçirilən bayram tədbiri də böyük maraq doğurdu. Laçın şəhərinə həyatın qayıtmasını əks etdirən bu tədbir tariximizin ən qürurlu səhifələrindən biridir.

Böyük strateji əhəmiyyətə malik Laçının işğalının vaxtilə digər ərazilərimizin işğalına da zəmin hazırladığını qeyd edən S.Mikayılova işğal nəticəsində rayonun əhalisinin etnik təmizləməyə məruz qaldığını, 300-dən artıq hərbi və mülki şəxsin həlak olduğunu və itkin düşdüyünü bildirib. Diqqətə çatdırıb ki, işğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Cari il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaq.

Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük. Laçında təşkil olunan bayram tədbiri, atəşfəşanlıq, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın insanlarla səmimi söhbəti uzun müddət yaddaşlardan silinməyəcək. Keçmiş məcburi köçkünlərlə görüşdə dövlətimizin başçısının Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış etməsi Azərbaycan dövlətinin tarixinin ən böyük qürur salnamələrindəndir.

Prezidentin Laçına səfəri zamanı sakinlər qarşısında çıxışında, verdiyi siyasi mesajlarda müharibədən sonra Azərbaycanın güclənən mövqeyini bir daha ifadə etdi. Açıq şəkildə bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul edir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma dünya dövlətlərinin, beynəlxalq təşkilatların da diqqətindən yayınmır.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər