PDF Oxu

Siyasət

  • 2 097

Bəşəriyyət erməni vəhşiliyindən qurtulmaq üçün yollar arayır TƏHLİL

Bəşəriyyət erməni vəhşiliyindən qurtulmaq üçün yollar arayır TƏHLİL

Tarixşünaslıqda Xanlıq XVIII əsrin əvvəllərində indiki Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərə verilən addır. XIX əsrin əvvəllərində bu xanlıqlar mərhələ-mərhələ indiki fars – molla rejimi və Rusiya İmperiyası tərəfindən işğal edilib. Bakı xanlığı, Cavad xanlığı, Dərbənd xanlığı, Gəncə xanlığı, İrəvan xanlığı, Talış xanlığı, Naxçıvan xanlığı, Qarabağ xanlığı, Quba xanlığı, Şamaxı xanlığı, Şəki xanlığı, Şirvan xanlığı rus imperiyası tərəfindən işğal edilmişdir. Bu ərazilər işğal edildiyi zaman demək olar ki, bütün tarixi memarlıq nümunələri dağıdılmış, yaşayış binaları yağmalanmış, əhali kütləvi şəkildə soyqırıma məruz qalmışdır. Azərbaycanın dilbər guşələrindən olan Qarabağ dağıntılara məruz qalan bölgələrdən olmuşdur. Erməni daşnakları rus şovinistlərlə birləşərək ərazini yeraltı yerüstü sərvətlərini məhv etmiş, insanları canlarından etmişlər. O zaman Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi - Aslanlı, Künara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara Dizax, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd, Dizax və Açantürk. Bu ərazilərdə yaşayan əhalinin bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət olub. 1923- cü ilə qədər, Dizax, Vərəndə, Çiləbird, Xaçın, Talış məlikliyi Xəmsə adlanırdı. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və suvarma mədəniyyəti yaranmışdı.

Ermənilərin kəlmə olduğunu erməni başbilənləri də etiraf edirlər

Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə, hətta bütün Şərqdə məşhur idi. Pənahəli xanm Qarabağın paytaxtı olaraq tikdirdiyi (1750-1757) Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur. XVIII yüzilin sonları - XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. İbrahim xan Rusiya qoşunlarının komandanı R.D. Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən, bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir. 1846-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe oldu. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda, Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək, burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi sədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sisternində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı. 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında S.Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya ölkə Komitəsi Dağlıq Qarabağa muxtariyyət verilməsinə dair 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi. Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi. 1923-cü ilin iyulunda Dağfıq Qarabağa muxtar vilayət statusu verilir. Azərbaycan Sovet Sosialist Respublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretdə DQMV-nin yaradılması belə əsaslandırılır: "Keçmiş Rusiya imperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta, azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi. 1922- ci il SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya ölkə Komitəsinin tələbləri daha sərt şəkil aidı.

Tarixi yanlışlıq xalqımıza acı nəticələr verdi

1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşevkilər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu. Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişlər. Bu statusa yalnız 2020-ci il sentyabrın 27-də başlayan və 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə ilə son qoyuldu. Artıq işğaldan azad edilən ərazilərdə geniş quruculuq abadlıq işləri həyata keçirilir, insanlar öz doğma yurdlarına qayıdıb, yarımçıq qalan işlərini davam etdirirlər. Əminliklə demək olar torpaqlarını işğaldan azad edən Azərbaycan çox yaxın zamanlarda tarixi torpaqları olan İrəvana, Gorusa, Qafana və digər ərazilərdə də üçrəngli bayrağını qaldıracaq. Bu, bir faktdır ki, Azərbaycanın qədim şəhəri olan İrəvan zamanın keşməkeşli dövrlərini yaşamışdır. Elə İrəvan xanlığının əsasını 1746-cı ildə qoyan Mir Mehdi xanın hakimiyyəti heç də sakit keçməyib. Ağı vadisinin və Göycə gölünün ətrafında qurulan İrəvan xanlığı, çox keçmir ki, bölgənin böyük iqtisadi və siyasi qüdrətə malik xanlığına çevrilir. Məhz bu da Gürcüstan, Rusiya və erməni məliklərinin ciddi narahatlığına səbəb olurdu. Narahatlıq keçirən bu qüvvələr İrəvan xanlığını zəiflətmək üçün hər cür təxribatlardan, eləcə də yeri gələndə, xanlığı işğal etmək arzusu ilə bölgəyə hücumlar etməkdən çəkinmirdilər. Amma bütün hallarda Mir Mehdi xan qətiyyət göstərir və birləşmiş düşmən qüvvələrini yerlərində oturmağa müvəffəq olurdu. Yüksək hərbi, siyasi təcrübəyə malik Mir Mehdi xan İrəvanı möhkəmləndirmək üçün geniş məhəllələr yaratmış, keçilməz qalalar tikdirmişdir. O dövrün məlumatlarına görə, xan İrəvanda 20-yə yaxın məhəllə yaratmışdır. Bu məhəllələri isə naiblər idarə edirdilər. Onlar məhəllələrin inkişafına, əhalinin yaşayışlarının təminatına xüsusi diqqət yetirirdilər. İrəvan xanlığının mərkəzi hərtərəfli sıldırım qayalarla əhatə olunmasına və bununla paralel olaraq Azərbaycan xanlıqları ilə, xüsusi ilə də Şəki, Quba xanlıqları ilə dostluq əlaqələri qurmuş düşmənə qarşı birgə müharibə aparmaq haqqında birgə hərbi razılaşma əldə etmişdir. Sonradan İrəvan xanı olan Huseynəli xan Osman sultanı ilə əlaqələr quraraq İrəvan xanlığı ilə Osmanlı imperiyasının şəhərləri arasında iqtisadi-ticarət əlaqələrinin qurulmasına nail olmuşdur. Təəssüf ki, xanlıqda baş qaldıran daxili çəkişmələr Hüseynəli Xanın Xanlıqla bağlı geniş planlarının həyata keçirilməsinə problemlər yaratmışdır. Daxili çəkişmələrdən yararlanan erməni məlikləri də xanlıq üçün təhlükə mənbəyi olan hücumlar təşkil etmişlər. Xüsusilə də, ermənilər gürcülərdən İrəvan xanlığına qarşı birgə mübarizədə istifadə etməyə çalışmışlar. İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri - Eçmiədzin monastırı (Üçkilsə) yerləşmişdir. Eçmiədzin kilsəsi İrəvan xanlığında çox pozucu rol oynamışdır. Regionda bu kilsə azərbaycanlılara qarşı düşmən mövqe tutmuş “beşinci kolonna” rolunu oynamışdır. XVII əsrin 60-cı illərindən başlayaraq Eçmiədzin kilsəsinin katolikosları daim Rusiya imperiyasına müraciət edərək Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına yardım etməyi xahiş edirdilər. Erməni katolikosları özlərini humanist mövqeli tərəf kimi göstərərək vaxtaşırı İrəvan xanlığına hücumlar təşkil edib, qarətlər, yanğınlar törədən Kartli Kaxetiya çarlığı ilə İrəvan xanlığı arasında vasitəçilik etməyə çalışıblar.

Erməni məkri dayanmaq bilmir

Məkrli məqsədləri elə hər iki tərəfdə ermənilərin sakit yaşayışını və xarici ölkələrdən köçürülməsini təmin etməkdən ibarət olub. Müəyyən hallarda çarlığa təlimatlar və satqınlıqları hesabına Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsinə nail olmuşlar. Məhz 1780-ci ildə Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsində erməni kilsəsinin xüsusi rolu olmuşdur. Nəticədə, İrəvanın məhv edilməsinin qarşısını almaq üçün xanlığın Karte-Kaxetiyada siyasi asılılıqda olmasına razılıq verməklə yanaşı, hər il çarlığa vergi verməyə vəd verilmlşdir. Yalnız Osmanlı imperiyasının yardımından sonra düşmənə çevrilən qonşular İrəvan üzərində iddialarından əl çəkmişlər. Bundan sonra Irəvan xanlığı əvvəlki iqtisadi qüdrətini bərpa edə bilmişdir. İrəvan xanlığında yaranan sakitlik bir qədər sonra İran şahlarının xanlığa olan hücumları ilə pozulmuşdur. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığına hücum edərək Mirmehdi xanın nəvəsi Məhəmməd xanı hakimiyyətdən devirərək onun yerinə Əliqulu xanı İrəvan xanı təyin etmişdir. Amma Əliqulu xanın da hakimiyyəti uzun çəkməmişdir. 1979-cu ildə Ağa Məhəmməd xan Qacarın öldürülməsindən sonra Məhəmməd xan Əliqulu xanı devirərək İrəvanda hakimiyyəti ələ almışdır.O dövrün tarixi sənədiərinə əsasən, demək olar ki, İrəvan xanlığında yaşayan əhalinin 90 faizi azərbaycanlılar,10 faizini isə erməni, gürcü və digər xalqların nümayəndələri təşkil etmişlər. 1897-ci ildə Rusiya imperiyasının Qafqazda, eləcə də, İrəvanda əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlarda Qarabağda əsasən azərbaycanlıların yaşadıqları təsdiq olunub. Belə ki, siyahıya alınmaya görə, xanlıqda 313 min 178 azərbaycanlı 11 min 317 nəfəri ermənilər yaşamışdı. 1817-ci və 1819-cu illərdə İrəvanda olmuş ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazırdı ki, İrəvan xanlığinın uzunluğu 200 mil, eni isə 100 mildir.

Şərqi Zəngəzura qayıtmaq üçün hazırlıqlar görülür

Müasir erməni tarixçisi T.Akopyan da İrəvan xanlığının əhalisinin əsasən azərbaycanlılardan ibarət olduğunu və ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması sübuta yetirilmiş faktdır. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsirıin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi. Müsəlman dedikdə S.Şopen azərbaycanlıları və müsəlman kürdləri nəzərdə tutur.

İ.ƏLİYEV

Digər xəbərlər