PDF Oxu

Siyasət

  • 3 036

Gürcüstan prezidenti impiçmentlə üz-üzə

Gürcüstan prezidenti impiçmentlə üz-üzə

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezident Salome Zurabişviliyə qarşı Avropaya səfər planlarına görə impiçment proseduruna başlayıb. "Səs" qəzeti xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze məlumat yayıb.

Eyni zamanda o qeyd edib ki, Partiyanın siyasi şurasının iclasında biz prezidentə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik. Bu prosedur üçün müxalifətin səsi də daxil olmaqla 100 deputatın dəstəyi lazımdır.

Avqustun 30-da Zurabişvilinin administrasiyası onun Avropanı gəzməsi və Avropa liderləri ilə görüşməsi üçün plan açıqlayıb. Prezident administrasiyasında qeyd olunduğu kimi, görüşlər Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu ilə bağlıdır. Buna cavab olaraq Gürcüstan hökuməti prezidentin Avropaya səfərindən imtina etdiyini bildirib. “Gürcü arzusu”nun katibi Mamuka Mdinaradze qeyd edib ki, Gürcüstanın xarici siyasətini məhz hökumət müəyyən edir.

Bundan əvvəl Gürcüstan prezidenti təhlükəni ölkəyə gələn ruslarda görüb.

Digər xəbərlər