PDF Oxu

Siyasət

  • 5 892

Biləsuvarın İsmətli kəndində görüş keçirilib FOTOLAR

Biləsuvarın İsmətli kəndində görüş keçirilib FOTOLAR

Sentyabr ayının 1-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı rayonun İsmətli kəndində partiya fəalları ilə görüş keçirmişdir.Görüşdən əvvəl İsmətli kənd qəbristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.İsmətli kəndində açıq məkanda baş tutan görüşdə çıxış edən təşkilat sədri iştirakçıları salamladıqdan sonra ölkəmizdə və regionumuzda baş verən hadisə və proseslərdən, Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən, Respublikamızın Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətindən, Vətən müharibəsindəki tarixi qalibiyyətdən sonra yürüdülən siyasətdən, diplomatik qələbələrdən danışmışdır. Biləsuvar rayonunda və İsmətli kəndində mövcud ictimai-siyasi vəziyyət, görülmüş işlər, həlli vacib olan bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.Qarşılıqlı səmimi diskussiya şəraitində keçən tədbirdə kənd sakinləri öz fikir və mülahizələrini iştirakçıların diqqətinə çatdırmışlar. İştirakçılar arasındakı maraqlı diskussiyada bir sıra təkliflər səsləndirilmiş, mövcud olan bəzi çətinliklər barədə danışılmış, ölkəmizin inkişafı naminə həyata keçirilən daxili və xarici siyasətin dəstəklənməsinin hər bir kəsin vətəndaşlıq borcu olduğu vurğulanmışdır.Tədbirdə Partiya fəalları ilə keçirilən görüşlərin əhəmiyyəti vurğulanmış, gələcəkdə də bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Digər xəbərlər