Azərbaycan əsgəri İrəvanın və Qərbi Zəngəzurun qapısından daxil olacaq
1991-ci il sentyabrın 2-də separatçı rejim qondarma “DQR”in elan edilməsi ilə bağlı “bəyannamə” qəbul edib. Lakin dünyanın heç bir dövləti, erməni diasporunun və ermənipərəst siyasətçilərin bütün cəhdlərinə baxmayaraq, ötən illər ərzində Qarabağı müstəqil respublika kimi tanımayıb.
Nikol Bakı ilə sülh müqaviləsi imzalamağa özündə cəsarət tapmadı
Artıq danılmaz faktdır ki, 2020-ci ilin payızında Azərbaycan ordusu “Miatsum” çılğınlığına son qoyub. Bu gün bu reallıq özünü kifayət qədər təsdiq edir.
Lakin Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünü (86,6 min kvadrat kilometr) ictimai şəkildə tanısa da, məsələ quru sözdən o yana keçmədi. Nikol Bakı ilə sülh müqaviləsi imzalamağa özündə cəsarət tapmadı. Üstəlik, son aylar İrəvan tərəfindən sərhəd bölgəsində vəziyyətin gərginləşməsi müşahidə olunur. Azərbaycan ərazilərinin atəşə tutulması və təxribat cəhdləri artıq müntəzəm xarakter alıb. Bu isə o deməkdir ki, İrəvan əvvəlki razılaşmalardan geri çəkilmək kursunu götürüb. Biz bunu sentyabrın 2-də də gördük.
Paşinyan :“Dağlıq Qarabağ”dakı vəziyyət həmişə “Dağlıq Qarabağ hakimiyyəti”nin nəzarətində olub"
"Əgər Ermənistan və Azərbaycan Almatı bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasa, bu, heç vaxt sülhün olmayacağı anlamına gəlir". Məsələ ondadır ki, bu sözləri də Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
“Dağlıq Qarabağ”dakı vəziyyət həmişə “Dağlıq Qarabağ hakimiyyəti”nin nəzarətində olub. Ən azı 2018-ci ildən bəri belədir. Və bu gün də Dağlıq Qarabağdakı vəziyyətə “Dağlıq Qarabağ”dan seçilmiş nümayəndələr nəzarət edir, orada Rusiya sülhməramlıları da var.
Söhbət tamamilə fərqli bir şeydən gedir. Əgər Ermənistan və Azərbaycan Almatı bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımazsa, bu, heç vaxt sülhün olmayacağı anlamına gəlir”, - deyə Nikol Paşinyan sərsəmləyib. Bu isə onun 2020-ci ildə "Qarabağ Ermənistandır və nöqtə" sərsəmliyinin davamıdır, desək yanılmarıq.
Fransanın sifarişi...
Daha dəqiq desək, Azərbaycanın ərazi bütövlüyünü tanımasından bəhs edən Paşinyan “Dağlıq Qarabağ hakimiyyəti” sözləri ilə öz-özünü təkzib edir. Ermənistan çox yəqin ki, xarici havadarlarının, xüsusilə, Fransanın sifarişi ilə su bulandırmağa cəhd etsə də, əslində, özünün məhvi prosesini sürətləndirir. Bu, həm də intihar faktorunu gerçəkləşdirir. Azərbaycanın isə səbri tükəndi və necə deyərlər, Azərbaycan əsgəri çox yaxında İrəvanın və Qərbi Zəngəzurun qapısından içəri daxil olacaq.
Afət Tahirqızı