PDF Oxu

Siyasət

  • 3 611

Regional təhlükəsizlik üçün mühüm atribut ŞƏRH

Regional təhlükəsizlik üçün mühüm atribut ŞƏRH

Müasir dünyada, qloballaşmanın müasir beynəlxalq münasibətlər sisteminin inkişafı üçün katalizator rolunu oynamasına baxmayaraq, beynəlxalq münasibətlər sahəsində regional və qlobal təhlükəsizlikdən daha aktual və bəşəriyyətin taleyi üçün daha əhəmiyyətli problem tapmaq hələ də çətindinlik təşkil edir. Beynəlxalq və regional təhlükəsizlik anlayışlarının müəyyənləşdirilməsi, bu iki kateqoriya arasında qarşılıqlı asılılığın və qarşılıqlı əlaqənin qurulması üçün əsas əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif regionlarında yerləşən həm ayrı-ayrı dövlətlərin, həm də ittifaqların təhlükəsizliyi, qlobal miqyasda təhlükəsizliyin təmin olunmasından asılıdır. Digər tərəfdən, regionlarda, xüsusilə dövlətlərarası münasibətlərdə sülhə təhlükə yaradan problemlərin mövcud olduğu regionlarda, təhlükəsizliyin gücləndirilməsi bütün dünyada təhlükəsizliyin təmin olunmasına birbaşa təsir göstərir. Bu baxımdan Cənubi Qafqazın geosiyasi baxımdan danılmaz əhəmiyyəti var. Bu region, uzun müddət mühüm qlobal strateji maraqların cəmləşdiyi və toqquşduğu həssas regionlardan sayılır və özünəməxsusluğu ilə digər regionlardan seçilir. Müasir reallıqları, o cümlədən qlobal miqyaslı problemləri nəzərə alaraq, regionun heç də hər bir ölkəsi xarici siyasət fəaliyyətində çevik, beynəlxalq əməkdaşlıq üçün aydın prioritetlərə malik ola bilmir, xüsusilə də regionda sülhün təmin edilməsində təşəbbüskarlıq göstərmək qabiliyyətindən məhrumdur. Azərbaycan regional güc kimi, əsas geosiyasi əhəmiyyətə malik olaraq, regionda müxtəlif xarakterli məsələlərin həllində, xüsusilə sülh və təhlükəsizlik məsələlərində əhəmiyyətli, o cümlədən başlıca yer tutur. Bu fikiri rəhbər tutaraq, vurğulamaq lazımdır ki, 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin Azərbaycan-Ermənistan sərhədində qurulması, suveren ərazi bütövlüyümüz bərpa edilməsində tarixi hadisə oldu, qlobal əhəmiyyət baxımından isə, regional təhlükəsizlik üçün mühüm atributa çevrildi.

Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsindən sonra, iki ölkə arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması və regional kommunikasiyaların açılması gündəmdə olan əsas mövzular oldu. Buna baxmayaraq, bu sahələrdə hələ də real nəticə əldə olunmayıb. Qeyd edək ki, müharibədən sonrakı dövrdə, 10 noyabr tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq, Azərbaycan tərəfi Qarabağda yaşayan mülki erməni əhalisinin Ermənistanla əlaqəsini təmin edən Laçın yolu ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib, o cümlədən onların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinə şərait yaradıb. Bununla belə, Ermənistan tərəfi isə, bu bəyanatın Azərbaycanın qərb rayonları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsini nəzərdə tutan 9-cu bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi hələ də yerinə yetirməyib. Bu azmış kimi, Laçın yolundan qeyri-qanunu istifadə edərək, Ermənistandan Qarabağda yaşayan separat qüvvələrə müxtəlif silah-sursat keçirtmək, müxtəlif dərəcəli təxribatlara əl ətırdılar. Bu gün də bu təxribatlar davam etməkdədir. Belə görünür ki, Ermənistan 44 günlük ikinci Qarabağ müharibəsində məğlubiyyətinin reallığı ilə hələ də barışa bilməyib və onun hökuməti və “nüfuzlu diasporu”nun yaxın keçmişindən dərs götürməməsi göz qabağındadır. Digər təxribat, Ermənistanın Azərbaycanla şərti sərhədlərində demarkasiya olunmamış ərazilərin kütləvi şəkildə minalanması, regionda təhlükəsizliyi pozan amil olaraq qalır. Azərbaycanın regionda sülh və təhlükəsizliyə sadiq olmasına baxmayaraq, Ermənistan tərəfi regionda təxribat və sabitliyi pozmaq mövqeyindən çıxış edir. Buna misal olaraq, Azərbaycanın Qarabağ regionunda separatçıların mövqelərinə silah, sursat, yanacaq daşıyan ermənilərin fəal addımlarını göstərmək olar. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələri üçün Ermənistandan canlı qüvvə, sursat, mina və digər hərbi texnikanın daşınması açıq şəkildə beynəlxalq hüquqa ziddir, eyni zamanda sülh sazişinin imzalanması prosesinə xələl gətirir. Bu amillərin təsiri olmaqla, Azərbaycan öz suveren və qanuni hüququndan çıxış edərək, aprelin 23-də separatçılara silah-sursat verilməsini dayandırmaq və ümumilikdə ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin tələbini də nəzərə alaraq, “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradıb. Buna baxmayaraq, ermənilər növbəti təxribatlar üçün Qarabağda başqa yollardan, təchizat marşrutlarından istifadə etməyə çalışırlar.

Sülh danışıqları prosesini hər cür ləngitməyə çalışan Ermənistan, ağalarının və havadarlarının fikrinə sadiq qalaraq, eyni zamanda, öz xalqını heç nəzərə almadan eskalasiya yoluna üstünlük verir. Öz fikrinin siyasi ruhundan məhrum olan Ermənistan, qeyri-adekvat üsullarla regionda sülhü pozmaq üçün addımlar atır. Açıq şəkildə söz deməyə cəsarətləri çatmayıb, diplomatik trekdə bir söz deyirlər, sonra da başqa cür davranırlar, bununla da özlərini aciz və gülünc olduqlarını göstərirlər. Məsələn, Moskva danışıqlarından sonra Fərrux əməliyyatı, Brüssel danışıqlarından sonra sentyabr döyüşləri, oktyabrda Praqa razılaşmasının kağız üzərində qalması və payızda Brüssel prosesinin dayandırılması, ardınca Laçın yolunda aksiyalar və s. hadisələr Ermənistanı Regionun ümümi təhlükəsizliyinə əsas səbəb kimi vurğulamağa əsas verir.Əbətdə ki, Azərbaycan kimi ölkənin qonşuluğunda bu cür mənfurların olması təəssüf hissi doğurur. Yuxarıda qeyd olunanlar, Ermənistanın etdiklərinin yalnız bir hissəsidir, və bunların regionda və ümimilikdə dünyada sülhə qarşı hərəkətlərin sayı hesabı yoxdur.Buna baxmayaraq, mövcud beynəlxalq gündəmin formalaşmasına mühüm təsir göstərən Azərbaycan Respublikası, özünü regionun xəritəsində sabit və ciddi aktor kimi təsdiq etmişdir. Bu gün ölkəmiz, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, öz müstəqilliyini qətiyyətlə möhkəmləndirərək və demokratik prinsiplərə əsaslanaraq, Ümummilli lider Heydər Əliyevin sivil, hüquqi dövlət quruculuğu yoluna sadiqliyini sübuta yetirir, bununla da dövlətçilik ənənələrini daha da inkişaf etdirərək, Azərbaycan xalqına etibarlı gələcək, dövlətimizin əbədi varlığı üçün isə, sarsılmaz zəmin yaradır.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər