PDF Oxu

Siyasət

  • 1 487

“Demokratik” Fransada ikiüzlü təcrübə!

image

Makronun qərarından sonra polis məktəblərin qarşısında hicab ovuna çıxıb

Dünyaya tez-tez “demokratiya dərsi” verən Fransa ayrı-seçkilik siyasətini həyata keçirməkdən çəkinmir. Düşüncə azadlığını birtərəfli qaydada tətbiq etməyə üstünlük verən Fransa hökuməti bir müddət əvvəl məktəblərdə uzun paltarlara qadağa qoyduqdan sonra polisi hərəkətə keçirib. İslam əleyhinə tənqidlərə baxmayaraq geri çəkilməyən hökumət bu dəfə qadağanı polis gücü ilə həyata keçirməyə başlayıb.

Dünyaya insan haqlarının müdafiəçisi kimi təqdim olunan Fransa ikiüzlü siyasətini davam etdirir. Demokratik, inanc və ifadə azadlığına hörmətlə yanaşdığını bəyan edən Fransa hökuməti bütün bunlara baxmayaraq, xüsusilə İslam dünyasına qarşı ayrı-seçkilik siyasəti yürüdür. Bu yaxınlarda məktəblərdə qızlar üçün əba üslublu uzun paltarları qadağan edən, sonra isə oğlanlara xalat geyinməyi qadağan edən Fransa hökuməti inanılmaz bir təcrübə həyata keçirib.

Qadağanın tətbiqindən sonra açıqlama verən təhsil naziri Qabriel Attal əbaya və ya xalat geyinən şagirdlərin məktəbə qəbul ediləcəyini və onlara bu qadağanın nə demək olduğunu və bu paltarların niyə məktəbə buraxılmamasının izah ediləcəyini bildirib. Attal bəzi qız tələbələrin bu qaydaya əməl etmələrinin bir neçə gün çəkə biləcəyini, əba geyinən qız tələbələrin məktəbə daxil ola bildiklərini, lakin dərslərə gedə bilməyəcəklərini bildirib.

Qadağalardan sonra etiraz aksiyaları keçirilərkən, Fransa polisi məktəblərin qarşısında “paltar monitorinqi” həyata keçirməyə başlayıb. Polis əba qadağasını tətbiq etmək üçün Avinyon şəhərindəki orta məktəbin girişində olub. Uzun paltarların "dünyəviliyə zidd" olduğu əsası ilə qadağan olunduqdan sonra polisin məktəb girişlərində paltarları yoxlamağa başlaması böyük reaksiyaya səbəb olub.

VƏLİ

Digər xəbərlər