PDF Oxu

Siyasət

  • 4 664

YAP Quba rayon təşkilatı tərəfindən səyyar görüş keçirilib FOTOLAR

YAP Quba rayon təşkilatı tərəfindən səyyar görüş keçirilib FOTOLAR

05 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən yerlərdə - Ərazi Partiya Təşkilatlarında görüşlərin keçirilməsi üçün tərtib edilmiş qrafikə uyğun olaraq ilk səyyar görüş keçirilmişdir. Rustov kənd İƏD üzrə Rustov və Qam-Qam ərazi partiya təşkilatlarının partiya fəalları ilə keçirilən görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, Şəhid ailə üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri və ətraf kəndlərin sakinləri iştirak etmişlər. Görüş iştirakçıları əvvəlcə Qəhrəman şəhidlərin adına tikilmiş xatirə-bulaq komplekslərini ziyarət etmiş, gül dəstələri düzmüşlər. Daha sonra tədbir Rustov kənd mədəniyyət evində davam etdirildi. Əvvəlcə görüş iştirakçıları Ulu öndər Heydər Əliyevin və torpaqlarımız azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova görüş iştirakçılarını salamlayaraq öz çıxışında 2023- cü ilin Ulu öndər “Heydər Əliyev ili“ olduğunu görüş iştirakçılarının nəzərinə bir daha çatdırdıraraq, Ümummilli Liderin fəaliyyətindən, ölkəmiz üçün gördüyü əvəzsiz işlərdən ətraflı şəkildə məlumat verdi. Sədr Fidan xanım Hüseynova Heydər Əliyev İli ilə əlaqədar Quba rayon ərazisində keçirilən silsilə tədbirlərdən danışaraq, həmçinin Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin son 20 ildə gördüyü işlərdən, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi Zəfərimizdən danışıb, müharibədən sonra aparılan məqsədyönlü siyasət, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri barədə ətraflı məlumat vermişdir.Sədr onu da, qeyd etdi ki, YAP Quba rayon təşkilatı Ümummilli Lider Heydər Əliyev idealarına daim sadiq olmaqla fəaliyyəti dövründə öz işini partiyanın qəbul edilmiş Nizamnamə və Proqramına uyğun qurmaqla Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP –ın VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün öz səylərini nümayiş etdirir. Görüş iştirakçılarından Şəhid atası Söhrab Niftəliyev,Vahid Fətəliyev, Şahlar Əliyev, Salman Mustafayev, Etibar Hüseynov, Məcnun Kərimov çıxış edərək qəsəbənin mövcud problemləri ilə bağlı müraciətlərini gündəmə gətiriblər. YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova görüş iştirakçılarını dinləyərək problemlərin aradan qaldırılması ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib. Görüş iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər