44 gün davam edən Vətən müharibəsində Azərbaycan dövlətinin və xalqının əldə olunmuş tarixi Qələbəsi, qazanılmış böyük uğurlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə həyata kecirdiyi müdrik siyasətin nəticəsidir. Ölkəmizin bu Zəfəri, düşmən üzərində qazandığı tarixi Qələbə nəticəsində beynəlxalq səviyyədə tanınan ərazilərimiz işğaldan azad olundu və bununla da suveren ərazi bütövlüyümüz bərpa olundu. Bu gün beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın regionun lider dövləti kimi bu ərazidə baş verən istənilən məsələlərdə ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı kimi çıxış edir. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Məlumdur ki, ölkəmiz sülhün və bölgədə təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Bu, Azərbaycan dövlətinin prioritet siyasəti olaraq daim diqqətdədir.Sülhün bərqərar olmasına şərait yaradan Azərbaycan separatçıların növbəti təxribatlarının qarşısını alır və Laçın sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan ərazisinə daxil olan ermənilərin, eləcə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, şübhəli bilinən yükləri yoxlayırlar. Əlbəttə ki, Laçın sərhəd-buraxılış məntəqəsi siyasi əhəmiyyət daşıyır və məntəqənin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biri kimi qiymətləndirilir. Belə ki, 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu və bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. "Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir"-deyə Prezident bildirib."Laçın" sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. Bu məntəqənin yaradılması separatçıların tərksilah olunması baxımından da böyük önəm daşıyır. Laçın sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər ölkənin ərazisinə daxil olan ermənilərin, istərsə də Azərbaycanda yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır. Azərbaycan hər zaman olduğu kimi, növbəti dəfə də beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olan addım atıb. Erməni separatizminə, Ermənistanın qanunsuz əməllərlə məşğul olmasına, artıq son qoyulur. Bu, Azərbaycanın sülhsevər siyasəti, diplomatik uğurlarıdır. Bugünki günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir ki, işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı həmin yerlərdən verdiyi mesajlar, açılışı olan obyektlər, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərdə tezliklə yeni həyat başlanacaq. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və uğurlu gələcəyimizin təmin olunmasına yönəlmiş layihə və islahatlar davamlı olaraq reallaşır.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkılatının sədri