Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiyanı İrəvana qarşı külli miqdarda günah işlətməkdə ittiham edib. Xüsusən də o, bir daha KTMT-dən gileylənib, ona deyiblər ki, Ermənistan bu blokun üzvü kimi mövqeyindən istifadə edərək Azərbaycana qarşı çıxa bilməz. Paşinyan qeyd edib ki, Moskva Laçın yoluna nəzarət etmək istəmir, ümumiyyətlə, regional proseslərdə tam iştirak etmək istəmir.
Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, rusiyalı politoloq Darya Qrevtsova Paşinyanın açıqlamalarını “Caliber” analitik mərkəzinə şərh edərkən onun Rusiyaya qarşı təxribat xarakterli hücumunu əsassız və sağlam düşüncədən uzaq adlandırıb. Politoloqun şərhini oxucularımıza təqdim edirik.
“Nikol Paşinyanın İtaliya nəşrlərindən birinə verdiyi müsahibədə sərt və mənfi bəyanatları Moskvaya təsirsiz ötüşməyib və şübhəsiz ki, onu qıcıqlandırıb. Aydındır ki, Paşinyan qərbyönümlüdür və xaricdəki əlaqələri sayəsində hakimiyyəti ələ keçirib və indi o, Ermənistanın Rusiyadan aralanması siyasətini fəal şəkildə təbliğ edir. Baxmayaraq ki, çox güman ki, Ermənistanın baş naziri iki kresloda oturub həm Qərbə, həm də Rusiyaya xidmət etmək istərdi, amma gördüyümüz kimi, buna nail olmur.
Onun KTMT əleyhinə sərt bəyanatlar verməsinin səbəbi də budur. Açığı, rəsmi İrəvan KTMT-nin Ermənistanı müdafiə etməməsindən qıcıqlanıb. Lakin Ermənistanda heç də nəzərə almırlar ki, KTMT-nin dəstəyini əsaslı səbəbdən görməyiblər. Məlumdur ki, KTMT-yə üzv olan bütün ölkələr Qarabağın Azərbaycanın tərkib hissəsi olması prinsipinə sadiqdirlər, bu isə o deməkdir ki, İrəvanın hərbi blokun dəstəyinə ümid bəsləməsi sadəlövhlük idi. KTMT Ermənistana yardımı başqa dövlətin ərazisinə getdiyi şəraitdə deyil, öz ərazisinə real müdaxilə təhlükəsi ilə üzləşdiyi halda verə bilərdi.
Etiraf edirəm ki, Ermənistanın baş naziri çox istərdi ki, rus əsgərləri Ermənistanın maraqları üçün döyüşsün və o da bu zaman Qərblə əməkdaşlıq etsin. Amma bu baş vermir. Rusiya da öz növbəsində Ermənistandakı prosesləri diqqətlə izləyir və müvafiq nəticələr çıxarır, digər məsələlərlə yanaşı qeyd edir ki, Ermənistan liderinin Rusiya əleyhinə açıq bəyanatları hardasa kənarda deyil, birbaşa nüfuzlu xarici nəşrlər vasitəsilə səsləndirilir”- Qrevtsova qeyd edir.
Ona görə də Paşinyanın Rusiyanın Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasına heç bir şəkildə müdaxilə etməməsindən narazılığı, ekspertin fikrincə, tamamilə absurddur.
“Birincisi ona görə ki, Paşinyan özü şəxsən etiraf edib ki, Qarabağ Azərbaycanın ərazisidir. İkincisi, Azərbaycanın müvafiq olaraq heç kimdən- nə Rusiyadan, nə Ermənistandan, nə də başqa ölkələrdən icazə almadan öz ərazisində sərhəd keçid məntəqəsi yaratmaq hüququ var. Üçüncüsü, Azərbaycanın təbii sərvətləri qeyri-qanuni talan edildiyindən, onların qeyri-qanuni ixracı və Ermənistan hakimiyyəti tərəfindən zənginləşdirilməsi həyata keçirildiyi üçün sərhəd keçid məntəqəsinin yaradılması zəruri idi. Ermənistan üçün sərhəddə nəzarət-buraxılış məntəqəsinin quraşdırılması əsl sarsıntı idi və bu, əslində onu “blokada” və “ac ermənilər” haqqında uydurmaları şişirtməyə məcbur etdi, bu, əlbəttə ki, doğru deyil. Ermənistan da eyni məqsədlə Ağdam-Xankəndi yolunun açılmasına mane olur, çünki başa düşür ki, əgər bu marşrutun etibarlılığını tanıyacaqsa, o zaman Azərbaycanın bütün şərtləri ilə tam razılaşmalı olacaq.
Deməli, Paşinyan “blokada” mifini tətbiq etməklə həm də Rusiyanı fəaliyyətsizlikdə, Azərbaycana təsir etməməkdə ittiham etməyə çalışır. Baxmayaraq ki, Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Ermənistan özü Azərbaycanla danışıqlar aparmalı və sülh müqaviləsinin bağlanmasına doğru getməlidir. Paşinyan bildirir ki, Ermənistanı narahat edən Rusiya Qafqazdakı vəziyyətə nəzarət edə bilmir və ya idarə edə bilmir və dərhal bütün ümidin Qərbdə olduğuna eyham vurur, çünki Rusiya Federasiyası Qafqazda əsas oyunçu mövqeyini itirir.
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan lideri Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxarmağı gözləyən Avropa ölkələrini, əsasən də, Fransanı sevindirmək istəyir. Bu məqsədlə həm Fransa, həm də ABŞ axmaqcasına Ermənistandan və Paşinyanın özündən oyuncaq kimi istifadə edirlər. Amma Ermənistanın baş naziri bütün bu məqamları, eləcə də yatan və Qərbin onlara kömək edəcəyini görən erməni cəmiyyətini boş görmür. Bu arada Rusiya Cənubi Qafqazı tərk etmək niyyətində deyil və öz yerini Qərbə verməyəcək, xüsusən də, hələ də Aİİ və KTMT-nin bir hissəsi olan Ermənistanda”,- rusiyalı ekspert vurğulayır.
Eyni zamanda, Qrevtsovanın sözlərinə görə, bu gün Paşinyanın hakimiyyət dəyişikliyi ehtimalı da istisna edilmir, lakin o, Qərbin maraqlarını təmin edə bildiyi müddətcə hakimiyyəti saxlaya biləcək.
“Digər tərəfdən, Ermənistan müxalifəti kifayət qədər zəif və çox dağınıqdır, Paşinyanı devirmək üçün vahid mərkəzi nüvə, lazımi resurslar yoxdur. Deməli, nə Qarabağ, nə də başqa klan daxili proseslərə köklü təsir göstərmək iqtidarında deyil. Rusiya da indi Paşinyan hakimiyyətinin öhdəsindən gələ bilmir- o öz problemlərinin öhdəsindən gəlməli idi, amma Qərb, dediyim kimi, Paşinyanın siyasətindən tam razıdır.
Müvafiq olaraq, Ermənistanda hakimiyyət dəyişikliyi üçün heç bir ciddi ilkin şərt görmürəm. Qarabağ klanına gəlincə, o, əhali arasında populyar deyil və Ermənistanda da hökm sürən revanşist qüvvələr ölkədəki daxili siyasi vəziyyətə köklü təsir göstərmək iqtidarında deyil. Deməli, Paşinyanın Rusiyaya qarşı aqressiv ritorikası davam etdikcə, Rusiya Azərbaycanı daha çox dəstəkləyəcək.
Digər tərəfdən, Bakının İrəvandan fərqli olaraq, Rusiya Federasiyasının yaxın münasibətlərdə olduğu proqnozlaşdırıla bilən tərəfdaş olması vacibdir, ona görə də Rusiyanı daim tənqid edən Ermənistanla müqayisədə Azərbaycanla qarşılıqlı fəaliyyət üçün daha çox ilkin şərtlər var. Deyə bilərik ki, Ermənistan özü Rusiyanı Azərbaycanla daha güclü müttəfiqlik etməyə itələyir”,- deyən Qrevtsova bildirir ki, Ermənistana müharibə sərf etməz, çünki Azərbaycan dəfələrlə güclüdür.
Tərcümə - Elçin Bayramlı
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...