Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çətin və taleyüklü sınaqlarından çıxaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan dövləti günü-gündən daha da güclənərək, iqtisadi qüdrəti, dinamik inkişafı ilə seçilən dövlətlər sırasındadır. Azərbaycanda baş verən sıçrayışlardan, onun simasının gündən-günə dəyişməsindən, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanmasından danışarkən Heydər Əliyev Fondunun da fəaliyyətini vurğulamaq vacib məqamlardandır. Yarandığı zamandan Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrini reallaşdırır. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, respublikanın və xarici ölkələrin fondları ilə əməkdaşlıq edir. Qısa bir zamanda xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətini genişləndirdi. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək, Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi, mədəni həyatında gördüyü işlərə diqqət yetirsək nə qədər möhdtəşəm hadisələrin reallaşdığının bir daha şahidinə çevrilərik.
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən quruldu. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin hər bir yerində - Xaçmaz rayonunun Palıdlı kəndində, Şabran rayonunun Gilavar kəndində, Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Zaqatalada Ələddin Cavadov adına Bəhmətli kəndində və digər yerlərdə onlarla yeni məktəb binaları inşa edilib.
HEYDƏR ƏLİYEV FONDU TƏRƏFİNDƏN 17 ORTA MƏKTƏB VƏ 2 BAĞÇA ÜÇÜN YENİ BİNA İNŞA OLUNUB
Görülən işlərin davamı olaraq, yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi istifadəyə veriləcək. Belə ki, 15 Sentyabr - Bilik Günü ərəfəsində 19 məktəb və 3 məktəbəqədər müəssisə Bakıda və regionlarda müəllim və şagirdlərə hədiyyə edilmiş olacaq.
Bu təhsil ocaqlarının mövcud binaları istismara yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 17 orta məktəb və 2 bağça üçün yeni bina inşa olunub, eləcə də 3 məktəb və məktəbəqədər müəssisənin binası əsaslı təmir edilib.
Bununla da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini vermiş olur.. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.
Qeyd edək ki, poqram hazırlanarkən Azərbaycanın məktəblərinin maddi-texniki bazasının vəziyyəti ətraflı öyrənilmişdir. Çox yaxşı, nümunəvi məktəblərimizlə yanaşı, acınacaqlı vəziyyətdə olan məktəblər də aşkarlanmışdır. "YeniləşənAzərbaycana yeni məktəb" Proqramını həyata keçirərkən ölkə üzrə vəziyyəti çox ağır hesab olunan 132 məktəb müəyyən edilmişdir. Bu məktəblərin hər birində videoçəkiliş aparılmışdır. Problemin həllinin ən yaxşı variantı həmin məktəblərin binaları qarşıdan yenisinin tikilməsi olmuşdur. Bunların 100, 200 və 400 yerlik məktəblər olacağı təyin edilmişdir. Fond tərəfindən artıq bu binaların əksəriyyətinin layihələri reallaşmışdır.
“TƏHSİLƏ DƏSTƏK” - TƏDRİSİN KEYFİYYƏTİNİ YÜKSƏLTMƏK
Fondun “Təhsilə dəstək” proqramı çərçivəsində isə tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Təhsilə dəstək" layihəsi çərçivəsində Azərbaycandan kənarda belə, bu humanizm prinsiplərinə əsaslanan layihələr reallaşdırılır. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçası istifadəyə verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz istifadəyə verilib. ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilib. Bu yardım əsasında məktəblər üçün kompyuterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıq alınıb. Heydər Əliyev Fondu Fransanın Aşağı Normandiya regionun Orn departamentindəki Lüql musiqi məktəbinin bir zalının təmirinə yardım edib.
GƏNC NƏSLİN TƏLİM-TƏRBİYƏSİNDƏ TƏDRİS OCAQLARININ ROLU
Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanaraq, köməyə ehtiyacı olan şəxslərə yardım edərək onların müalicəsinin təmin olunmasına da xüsusi diqqət ayırıb. Belə ki, kimsəsiz və dəstəyə ehtiyacı olan insanlara ehtiramla yanaşaraq, neçə-neçə kimsəsiz və imkansız şəxslərə, ailələrə kömək əlini uzatmışdır. Valideyn himayəsindən məhrum olan uşaqların maddi-texniki bazasının yenidən qurulmasında gördüyü işləri xüsusi qeyd etməliyik. Həmin müəssisələr Avropa standartlarına uyğun bir şəkildə təşkil olunub. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi humanizmin ən yüksək nümunəsi olaraq qiymətləndirilir.
Bu yeniləşmə təhsil sistemində də özünü göstərir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnməli, dünya təhsil sisteminə inteqrasiya olunmağı bacarmalıdır. Hazırlanmış proqramda da əsas məqsəd ölkəmizin hər bir gəncini daha bilikli, bacarıqlı, geniş dünyagörüşlü görməkdir. Amma böyüyən nəslin qarşısında belə tələblər qoyarkən, münasib şərait də yaratmaq vacib məsələlərdən biridir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə istifadəyə verilən bu məktəblər gənc nəslin təlim-tərbiyəsində, yüksək elmi biliklər əldə etməsinə öz təsirini göstərməkdədir.
Zümrüd BAYRAMOVA