PDF Oxu

Siyasət

  • 2 501

"Kreml desantı" Vardanyan dinc dayanmır... -ŞƏRH+AKTUAL

"Kreml desantı" Vardanyan dinc dayanmır... -ŞƏRH+AKTUAL

“Biz bu gün Qarabağın ermənilərin əlində qalması üçün mübarizə aparanların hamısını dəstəkləyirik”

Qeyd edək ki, erməni mediasının yazdığına görə, bu sözləri Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazisində qalan "Kremlin desantı" ayamalı Ruben Vardanyan deyib. Hazırda Rusiya ilə münasibətləri ən gərgin vəziyyətə çatan Vardanyanın Ermənistandakı iqtidara qarşı mübarizəyə başlaması da sirr deyil. Məhz bu mənada, Rusiyanın məlum dairələri tərəfindən aldığı sifarişləri əsasında Qarabağ kartını əsas "kozır" kimi istifadə edən separatçı milyarder paralel olaraq Qarabağda yaşayan və inteqrasiya olmağa razı olan erməni əsilli Azərbaycan vətəndaşlarını da hədəfə almağı unutmayıb.

Vardanyan: "O qüvvələr ki, başqa yol təklif edir..."

“Qarabağın Azərbaycanın bir hissəsi ola bilməyəcəyini qəbul edən bütün qüvvələr bizim üçün məqbuldur. Biz bu qüvvələri birləşdirib dünyanın hər yerindən ermənilərin dəstəyini qazanmaq məqsədi güdürük. Bunun üçün Ermənistanda da platforma yaradılıb, onlar başqa ölkələrdə də yaradılacaq", - deyən Vardanyan hərəsini bu cür ifadə edib: "O qüvvələr ki, başqa yol təklif edir, biz onlarla əməkdaşlıq edə bilmərik. Onlar təhlükəli rol oynayırlar”, - deyə Vardanyan bildirib. Beləliklə o, inteqrasiya marağında olan erməniləri cəzalandırmaqla hədələyib.

Paşinyan Ermənistana gor qazır

Lakin son günlər istər Qarabağda, istərsə də Ermənistanla şərti sərhəddə vəziyyətin gərginləşməsinə rəğmən, Nikol Paşinyanın da dinc dayanmadığının şahidləri olmaqdayıq. Hakimiyyətini Qarabağ klanından qorumaq üçün ölkəsini müharibə həddinə çatdıran erməni baş nazir sanki 2020-ci ilin sentyabr situasiyasını yenidən yaratmağa başlayıb. Bu məsələdə Fransanın və digər bir sıra Qərbi Avropa ölkələrinin, həmçinin, İranın da canfəşanlıq etdiyini deyə bilərik.

Avetik İşxanyan: "Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir"

"2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb".

Bunu isə erməni ekspert Avetik İşxanyan sərhəddə baş verən gərginlik və ABŞ-Ermənistan hərbi təlimləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında ikigünlük (13-14 sentyabr) müharibə anti-Rusiya mövqeyini gücləndirmək və KTMT-dən çıxmağa hesablanmışdı: “Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır. ABŞ-Ermənistan təlimləri də, məhz anti-Rusiya prosesinin tərkib hissəsidir”.

Erməni ekspert son günlər İrəvan-Moskva münasibətlərində baş verən gərginliyə diqqət çəkib. Qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir və bu ssenari Ermənistana yaxşı heç nə vəd etmir. Daha real ifadə etsək, Paşinyan Ermənistana gor qazır.

Ədalət Verdiyev: "Proses artan istiqamətdə hərbi və siyasi təxribatlarla müşayiət olunur"

Son zamanlar, xüsusilə, geridə qoyduğumuz son həftə boyunca Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi və orduya uzunmüddətli fortifikasiya qurğuların qurulması, səngərlərin qazılması ilə bağlı göstərişlər verilməsi də digər bir sıra məsələləri önə çıxarır.

Hərbi ekspert Ədalət Verdiyev mətbuata açıqlamasında bildirib ki, artıq geriyə yol yoxdur və Ermənistan çox ciddi cəza alacaq: “Eyni zamanda, qarşı tərəf ölkəmizin ərazi bütövlüyünü təhdid edərək humanitar yardım məzhəkəsini davam etdirir. Bununla yanaşı, Ermənistan Qarabağdakı separatçıların əli ilə radioelektron vasitələrdən istifadə yoluyla həm Azərbaycanın, həm də ölkəmizə gələn və hava sahəmizdən keçən xarici ölkələrin mülki aviasiya təyyarələrinə qarşı hücumlar edir. Rəsmi İrəvan son 30 ildə törətdiyi vəhşiliklərdən utanmaq yerinə, son günlərdə törətdiyi təxribatlarda da Bakını günahlandırmağa çalışır. Proses artan istiqamətdə hərbi və siyasi təxribatlarla müşayiət olunur. Azərbaycanın da səbrinin bir həddi var, o sonsuz deyil. Ermənistan isə dövlətimizin səbir kasasını daşırmaq üçün həddindən ziyadə çalışır və özü "Dəmir yumruğa" "gəl-gəl" deyir. Baş verənlər onu göstərir ki, artıq geriyə demək olar ki, yol qalmır. Əgər Ermənistan qısa müddət ərzində öz pozucu fəaliyyətində korrektələr etməsə, ölkəmizə qarşı gərginliyi artıran addımlara son qoymasa, çox ciddi şəkildə cəzalandırılacaq”.

Afət Tahirqızı

Digər xəbərlər