PDF Oxu

Siyasət

  • 1 811

Əli Kərimli trolluq etməyi özünə peşə edib ANALİZ

Əli Kərimli trolluq etməyi özünə peşə edib ANALİZ

Müxalifətdaxili qarşıdurmalar fonunda, diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, "Milli Şura" deyilən qondarma qurum dağılmağa yaxın olduğu bir məqamda, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP daxilində yeni hadisələrin baş verməsidir. Xüsusilə də, AXCP Ali Məclisinin toplantısında qalmaqallı qərarların və Ə.Kərimli tərəfindən təyinatların aparılması partiyanın həlli mümkün olmayan problemlərlə üz-üzə qoyub. Artıq Yadigar Sadıqlı, Sahib Kərimli, Aydın Əliyev və bu kimi digər AXCP qurucuları ədalətin bərpası uğrunda savaşa başlayırlar. Sosial şəbəkələrdə paylaşılan etiraz statuslardan belə anlaşılır ki, yaxın vaxtlarda AXCP-də Ə.Kərimlinin sədrlikdən istefası tələbi ilə toplantılar keçirilə bilər.

Müxalifətin ittiham hədəfinə çevrilməsinin əsas günahkarı Əli Kərimlidir

Tam qətiyyətlə demək olar ki, müxaliflər arasında Ə.Kərimlinin fəaliyyəti daha çox ikrah doğurur və ittiham hədəfi yaradır. Ə.Kərimlinin özünəpərəstişlik üzərində qurduğu “siyasətinin” əsas qayəsi də budur ki, “lider”, yaxud “siyasi rəhbər” olaraq tükənmiş AXCP sədri, hətta neçə illər öncə, hər hansı bir məsələ üzərində oynadığı oyunbazlığını bir müddət sonra təkrarlayır. Misal üçün, bu günlərdə bəlli olub ki, sosial şəbəkələrdəki trolları elə özünün tapşırığı ilə onun bir neçə il əvvəl çıxış etdiyi videosunu paylaşıblar. Daha dəqiq desək, Rusiya telekanallarına istinadən yayılan həmin süjetdə aparıcı Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı sərt davranacağından söz açır. Qeyd olunur ki, ABŞ Konqresinin Helsinki Komissiyasının rəyi ilə rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək, yüksək ranqlı məmurların ölkəyə girişi qadağan olunacaq. Lakin aparılan araşdırma nəticəsində məlum olub ki, “Milli Şura” və AXCP üzvləri tərəfindən "böyük şövqlə" yayılan həmin video 3 il əvvəl efirə gedib və ötən müddətdə orada əks olunan iddialar özünü doğrultmayıb. Bu isə, sadəcə, gündəmdə qalmaq üçün növbəti manipulyasiyalardan biridir. Hələ də meydan təfəkküründə qalan Ə.Kərimli Azərbaycan dövlətinin yürütdüyü siyasətə qarşı ən murdar iftiralarını atır, bununla “mən də varam” deyib, siyasi arenada var-gəl edir. Özünü “birləşmiş müxalifətin lideri” kimi ictimai rəyə zorla sırımağa çalışan Ə.Kərimli elə sanır ki, o, həqiqətən də, düşərgədə “bir nömrə"dir. Ancaq reallıqda müxalifət düşərgəsində özünün qohum-əqrəbasından ibarət olan sıravi müxalifətçilərdən özgə onu qəbul edən və yuxarı başda oturmasını istəyən yoxdur. Bu isə, həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, Ə.Kərimli və başına topladığı bitmiş siyasətçilər cəmiyyət tərəfindən rədd edilirlər. Həm də maraqlı məqam ondan ibarətdir ki, zamanında Ə.Kərimlinin yanında olub, onunla eyni mövqedən çıxış edənlər və AXCP-nin maraqları üçün çalışanlar sonradan ondan yollarını ayırmalı oldular. Çünki aydın şəkildə dərk edib gördülər ki, Ə.Kərimli satqın və xəyanət yolu tutub.

Ə.Kərimli satqın və xəyanətkar əməllərini lideri, mərhum AXCP sədri Əbülfəz Elçibəyə qarşı da həyata keçirmişdi

Ə.Kərimli satqın və xəyanətkar əməllərini lideri, mərhum AXCP sədri Əbülfəz Elçibəyə qarşı da həyata keçirmişdi. Hətta deyilənlərə, daha doğrusu, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin dediyinə görə, Əbülfəz Elçibəyi Ə.Kərimli zəhərləyib. Bir sözlə, Ə.Kərimli zatıqırıq, dostluq etdiyi, eyni siyasi məfkurəni bölüşdüyü insanlara xəyanət edən şəxsdir. Məhz Ə.Kərimlinin satqın və xəyanətkar olması səbəbindən, Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-də böyük yarpaq tökümü, ardından da, ümumiyyətlə, ağlı başında olanların oradan uzaqlaşması prosesi başladı. Bu gün də AXCP-dən istefalar baş verməkdədir. Qısası, Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP bu gün suyu qurumuş dəyirman kimidir. Vəziyyətin bu cür davam edəcəyi təqdirdə, AXCP tamailə sıradan çıxmış olacaq. Çünki Ə.Kərimlinin yarıtmaz siyasi səhvlərini təkrarlaması bunu deməyə əsas verir.

İ.ƏLİYEV

Digər xəbərlər