PDF Oxu

Siyasət

  • 2 241

Türkün çörəyini yeyib, türkə təpik atan hay! ŞƏRH

Türkün çörəyini yeyib, türkə təpik atan hay! ŞƏRH

Son vaxtlar hayların bir çümləsi gündəm olub və olmaqda davam edir. Ac qaldıqlarını, yeməyə çörəkləri olmadığını, “humanitar fəlakət” yaşadıqlarını dünyaya bağıran bu soysuz, köksüz tayfanın Azərbaycanın göndərdiyi humanitar yardımdan imtina edərək “ölərik, türk çörəyi yemərik” cümləsi dünya mediasının manşetinə yol tapıb. Həm də hayların boğazdan yuxarı, sadəcə, özlərini “yazıq” görkəmində dünyaya sırımaq məqsədilə işlətdikləri bu kəlmənin dünyaya yayılmasında ən böyük rol alanlar arasında bizim öz içimizdəki zatı bilinməyənlərdən də var. “Zatı bilinməyən” də deyirik, əslində, elə ermənilər də zatı bilinməyən zina tör-töküntülərindən formalaşmış tayfadır. Deməli, içimizdə “zatı bilinməyən” dediyimiz o kəslər də elə ermənidir və erməni məkrinin birbaşa, ya dolayısı yolla ayaq açıb yeriməsində onlara dəstək verirlər. Zatən “erməniçilik” adlanan siyasi xərçəng xəstəliyi dünyaya məhz belə səpələnib. Nə isə, məqsədim “erməniçilik xəstəliyi”nin tarixindən danışıb oxucuya üfunətli sözlərlə başağrısı vermək deyil. Bu haqda Azərbaycan oxucusu zatən yetərincə məlumatlıdır. Əsas məqsədim hayların bu manşetlərə yansıyan kəlməsinə bir köşə yazarı olaraq öz münasibətimi bildirməkdir.

Yaxın illərin söhbətidir. Ermənilərin dünyaya özlərini qədim xalq(?) kimi, hətta meymundan əmələ gələn ilk insanların da onların əcdadı olması kimi sırımaq istəklərindən təngə gələn bir alman tarixçi-filosofu efirdən dedi: “Kim mənə 1918-ci ilə kimi tarixdə bir erməni dövlətinin mövcud olduğuna dair fakt göstərə bilsə, bütün elmi titullarımı da, mal-mülkümü də onun adına keçirməyə hazıram!” Bizim üçün yeni olmayan bu fikrin məhz alman filosofu tərəfindən deyilməsi, hesab edirəm ki, çox əhəmiyyətli məqamdır və bu deyimə tez-tez müraciət etməyə dəyər. Tarixin heç bir dönəmində özünün idarəetmə qurumu, yəni dövləti olmayan bir tayfanın tarix boyu kimlərinsə idarəçiliyində yaşaması və onu idarə edənlərin çörəklərinə möhtac qalması, məntiqlə danılmazdır. Çox keçmişlərə getmək istəmirəm. Elə sonuncu minilliyin əvvəlindən dünyanın hər yerindən qovulub Bizansa pənah gətirən, Bizansın da türklər qarşısında zəiflədiyini görüb yunanlara, rumlulara xəyanət edib, onları, xristian qardaşlarını türklərə, müsəlmanlara satan ermənilər elə həmin dövrdən türk çörəyi yemirlərmi? Min ildi türkün çörəyini yeyən, xainlik etalonu olan bir tayfa bu gün hansı mənəvi haqla “biz ölərik, türk çörəyi yemərik” deyib də hayqıra bilirlər? Bilirik ki, onlar özləri hayqırmırlar, onları hayqırdanlar var. Şimaldan, cənubdan, qərbdən içində türk qorxusu yaşadanların niqablanıb da hayları maşa kimi önə verib, odu qarışdırmaları məlum həqiqətlərdir. Amma millət olsaydılar heysiyyatları, milli qürurları olardı və ona-buna maşa olmaqdan qurtulub da, adam kimi türklərin himayəsində başlarını salamat, qarınlarını da doyumlu saxlaya bilərdilər. Min ilin doqquz əsrini türklərə sığınıb, türklərin çörəyini yeyib, türklərin bayrağını öpən bir tayfanın bu qədər nankor olacağını, bəlkə də yüz il əvvəl kimsə ağlına gətirməzdi. Amma hər şeyin bir həddi, anadolular demiş, siniri olsa da, hay nankorluğunun həddi və siniri olmazmış.
Səlcuqlardan başlamış Osmanlı sultanı Əbdülhəmidə qədər türklərin gündəyməzindən öpə-öpə başlarını saxlayan, qarınlarını doyuran soysuz bir tayfadan bundan artığını gözləməyinə də dəyməz. Təsəvvür edirsinizmi, bir imkanlı, güclü ailə yazıq, başıqapazlı kiçik bir ailəni yanına gətirir, onu düşmənlərindən qoruyur, ona yatmağa yer, becərməyə torpaq, yeməyə çörək verir, sonra bir başqasının fitvası ilə həmin “yazıq” ailə güclü ailəyə xəyanət edir, onu düşmənlərinə satır, axırda da deyir ki, sənin torpağında yaçayıram, heç yerə getmirəm, sənə də xəyanət etməkdə davam edəcəm və lap axırda da bağırır ki, “ölərəm, sənin çörəyini yemərəm!”. Dövlət deyil adi bir insan olaraq bu yerdə güclü ailənin başbilənləri nə deməlidir? Yaxud nə etməlidir? Türkün çörəyini yemək istəmirsən, cəhənnəm ol türkün toraqlarında yaşamaqdan da imtina et. Etsin görüm edə bilir? Elə bu xislətlərinə görə hind torpaqlarında qovulub avropaya, avropadan qovulub Osmanlıya sığınıblar. Osmanlıya da xəyanətlərindən sonra ordan qaçıb səpələniblər dünyaya. Bütün yer üzündə sayı on milyon da olmayan bir tayfanın səpələnmədiyi bir qitə, bir ölkə yoxdu. Yəni, dünyaya səpələnib bu gün də onun-bunun qapısında sülənən bir tayfa çıxıb da “qürur” nümayiş etdirmək istəyir. Və nə qədər bu tayfadan maşa kimi istifadə edib də, gücündən ehtiyatlandıqları türkün üstünə fısqırdacaqlar, o qədər də yurdsuz, yuvasız, vətənsiz olacaqlar. Belədə, tarixdə ilk dəfə (belə getsə bunu da itirəcəkləri şəksizdi...-T.N.) türkün torpaqları hesabına özünə bəzi maraqlı qüvvələrin sayəsində layihə-dövlət quran bu soysuz tayfanın özgələrin fitvası ilə türkə düşmənçilik etmək fikrinə düşmələri, qiymətli bir el misalını xatırladır: “Yetimə deyərlər, əlinə imkan düşsə ilk kimi öldürərsən, deyir mənə çörək verəni!..” Acından öləndə verdiyimiz çörəyi yeyib, ölməkdən xilas olan, sonra başqalarının fitvası ilə bizə təpik atan tayfaya, zatən çörək vermək də günahdır...

Təhmasib Novruzov

Digər xəbərlər