44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizə qələbələr qazandırmaqda davam edir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi zəfərini diplomatiya meydanında təkrarlayır. Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında qeyd edir ki, ədaləti bərpa etdik, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik: ««Qarabağ Ermənistandır və nöqtə» deyən düşmən bu gün «Qarabağ Azərbaycandır!» deyir. Nəyin hesabına? Danışıqlar hesabına, yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq».
Bəli, bu gün qalib lider Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Bəli, üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, «status-kvo», “Dağlıq Qarabağ” adlı ərazi vahidi ləğv edildi. Və beləliklə, bu qələbənin nümayişi 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında bir daha dünyaya göstərildi. Bu Paradla «Qarabağ Azərbaycandır!» nidasının təntənəsi, "Dağlıq Qarabağın" statusunun olmayacağının Azadlıq meydanında nümayişi, işğalçı Ermənistanın yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkməsinin nümayişi idi. Çünki bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir «status»dan söhbət gedə bilməz! Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Və «Nə qədər mən Prezidentəm, heç bir statusdan söhbət gedə bilməz!»,-deyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Və «Ermənistanın hünəri varsa, tanısın «Dağlıq Qarabağ respublikası»nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!» – bu Azərbaycan Prezidentinin sözü, tələbidir! Və 2016-cı ildən bu yana Azərbaycanı işğalla barışdırmağın qeyri-mümkünlüyünü idrak etməyiblərsə, onlar fil qulağında yatıb. Və Qalib Liderimiz, Prezident İlham Əliyevin növbəti mesajı avqustun 26-da «Laçın Şəhəri Günü» ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı işğalçı ölkəyə ünvanladı….
BÜTÜN DÜNYAYA SÜBUT ETMİŞİK Kİ, HEÇ KİM BİZİM İRADƏMİZƏ TƏSİR EDƏ BİLMƏZ
Dövlətimizin başçısı mərasimdə çıxışı zamanı Azərbaycana qarşı fitnə və təxribatlarını davam etdirən Fransa kimi ölkələrə bir daha açıq və net mesajlarını çatdırdı: «Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik»,-deyən Qalib Liderimiz onu da vurğuladı kt, bizə qarşı aparılan kampaniyanın, çirkin təbliğatın iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməyəcəklərini bir daha xatırlatdı: «Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik».
Göründüyü kimi, kifayət qədər qətiyyətli, özgüvənli və cəsarətli bəyanatdır və bu bəyanatın ünvanı isə son günlər yenə də azğınlaşan Fransadır. Fransa özünün siyasi riyakarlığı, ikiüzlülüyü və beynəlxalq hüquqa hörmətsizliyi ilə artıq başı «Dəmir Yumruq»dan əzilmiş Ermənistanı da geridə qoyub. Və Ali Baş Komandanımızın Laçında «Biz heç nədən qorxmuruq və heç bir şey bizi yolumuzdan döndərə bilməz» mesajı isə o deməkdir ki, Fransa və Ermənistan cütlüyünün ölkəmizin suverenliyinə və bütövlüyünə qarşı atacağı istənilən addımına bundan sonra da ən sərt şəkildə cavab veriləcək!
Beləliklə də, Azərbaycan gündən-günə inkişaf edən güclü Qalib dövlətdir və Fransa kimi ikili siyasət yeridən bir dövlətin bizim işlərimizə qarışmağa heç bir haqqı çatmır. Və Azərbaycanın qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasında bu ölkənin vasitəçiliyinə ehtiyacı yoxdur və vasitəçilik etmək həvəsinə bir daha düşənlər unutmamalıdırlar ki, 30 il ərzində ən qüdrətli dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların tənzimləyə bilmədikləri Ermənistan-Azərbaycan münaqişəsini Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində həll etdi. Ona görə də makronkimilərin vasitəçiliyinə ehtiyacımız yoxdur Çünki Fransa Ermənistanın mövqeyini müdafiə etdiyinə görə vasitəçilik şansını çoxdan itirib. Və olan halda Fransa parlamentinin mütəmadi olaraq hazırladıqları qətnamələri də Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Və bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər də anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən Qalib ölkənin Qalib Lideri Prezident İlham Əliyevdir və Onun dediyi söz imzası qədər keçərli və güclüdür! Bir sözlə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Və Makron və onun kimi ikili standartlardan çıxış edən qərəzli Qərb liderləri anlamırlar ki, nə qədər yarıtmaz mövqey nümayiş etdirsələr də Azərbaycanı haqq işindən yayındıra bilməyəcək. Və buna əmin ola bilərsiniz ki, «Dəmir Yumruq» yerindədir!!
Bir sözlə, bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü