PDF Oxu

Siyasət

  • 1 797

"Ermənilər Azərbaycanı nə qədər təhrik etsə də..." - SƏDR MÜNASİBƏT BİLDİRDİ

"Ermənilər Azərbaycanı nə qədər təhrik etsə də..." - SƏDR MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanla Ermənistan arasında şərti sərhəddə və Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində gərginlik davam edir. Son zamanlar bu gərginlik ciddi narahatlıq doğurur. Üçüncü Qarabağ savaşının başlanacağını söyləyənlər də var. Amma düşünürəm ki, erməni tərəfi böyük savaşa hazır deyil". Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Sədr xatırladıb ki, 44 günlük müharibədə Ermənistan ordusu darmadağın olub: "Erməni ordusu psixoloji cəhətdən çöküb. Erməni cəmiyyəti müharibə istəmir. Amma Ermənistanda revanşist qüvvələr var. Onlar siyasi hakimiyyəti təzyiq altında saxlayırlar. Xarici himayədarları Nikol Paşinyan iqtidarını və Xankəndidəki separatçı rejimi qalıcı sülhü imzalamaqdan və Azərbaycan qanunlarına tabe olmaqdan çəkindirir. Separatçı qüvvələrin təmas xəttində səngər qazma çabaları da bunun nəticəsidir. Onlar Azərbaycanı nə qədər təhrik etsələr də böyük savaş olmayacaq. Amma antiterror əməliyyatı mümkündür"."Son hadisələr göstərir ki, hətta labüddür. Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Sadəcə məğlub erməni ordusunun Qarabağdakı tör-töküntüləri qalıb. Azərbaycan daha 30 il ərazisində hansısa "boz zona"nın qalmasına imkan verməyəcək. Yəqin ki, yaxın vaxtlarda Xankəndindəki separatçı icmanın ölkə qanunlarına tabe etdirilməsi üçün gərəkən addımlar atılacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər