“Mən artıq dörd aydır ki, Azərbaycanda səfir olaraq fəaliyyət göstərirəm”. SİA xəbər verir ki, bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırki vəziyyətinə dair dəyirmi masada Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel bildirib.Səfir sözlərinə belə davam edib: “Qardaş ölkə olan Azərbaycanda diplomat olaraq fəaliyyət göstərməkdən məmnunam. Bildirmək istəyirəm ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər yüksək səviyyədə davam edir. Azərbaycanın Mərkəzi Asiya, xüsusilə də Qazaxıstanla münasibətləri günü-gündən daha da möhkəmlənir. Qazaxıstan Prezidenti cənab Tokayevin Azərbaycana səfəri də bunu göstərir”.
Ayşən Vəli