PDF Oxu

Siyasət

  • 2 267

“Ermənistan uzun illər ölkəmizə qarşı informasiya müharibəsi aparıb“ - SİYASİ EKSPERT DANIŞDI

“Ermənistan uzun illər ölkəmizə qarşı informasiya müharibəsi aparıb“ - SİYASİ EKSPERT DANIŞDI

“Bu gün hər bir Azərbaycan vətəndaşı dövlət sirri və hərbi sirrlərin qorunması istiqamətində öz məsuliyyətini anlamalı, ölkəmizin milli maraqlarına zidd olan hərəkətlərə yol verməməlidir. Əlbəttə ki, bu mənada ən böyük məsuliyyət medianın üzərinə düşür. Müəyyən çatışmazlıqları nəzərə almasaq əminliklə demək olar ki, Azərbaycan mətbuatı istər 44 günlük Vətən Müharibəsi zamanı, istərsə də qələbədən sonrakı dövrdə öz işinin öhdəsindən layiqincə gəlib və dövlət maraqlarına tam cavab verib”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.Onun sözlərinə görə, burada əsas məqamlardan biri də düşmənin informasiya təxribatlarının qarşısını almaqdan ibarətdir:“Məlumdur ki, Ermənistan və ona havadarlıq edən qüvvələr uzun illərdir ki, ölkəmizə qarşı informasiya müharibəsi aparıb. Bu təxribatlar hazırda da davam edir. Bütün bunların qarşısının alınması, xüsusilə də milli maraqlarımıza zərbə vuracaq feyk xəbərlərin yayılmasını əngəlləmək, bunlara tutarlı cavab vermək üçün Azərbaycan mediası hər an ayıq-sayıqlıq göstərməlidir.
Vətəndaşlara gəldikdə isə hazırda sosial şəbəkələrdə aktivlik göstərən insanların da üzərinə məsuliyyət düşür. Düşmən sosial şəbəklər vasitəsilə ölkəmizə qarşı kampaniya aparır, təxribatlar törədir. Hər birimiz bu reallıqları yaxşı anlamalı, düşmənin təxribatlarına uymamalıyıq. Hərbi sirr daşıyan məlumatların və videoların yayılması, ordumuzun dislokasiyası, yerdəyişmələr, manevrlər və digər bu kimi hallarla bağlı xəbərlərin yayılması yolverilməzdir”.
Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər