Azərbaycanın ermənilərə barmaq silkələməsi və hər an “Dəmir yumruğ”un işə düşə biləcəyini bəyan etməsi erməniləri və xarici qüvvələri ciddi narahat edib. Ermənistan hakimiyyəti və xaricdəki erməni lobbisi qorxu və vahimə içində nəzərlərini hərbi, siyasi dəstək aldıqları böyük güclərə dikiblər. Böyük güclər isə ermənilərə kömək etməkdə acizdirlər. Çünki beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Bu baxımdan susur, sadəcə, pərdəarxası ermənilərə hərbi, siyasi dəstək verməklə işlərini bitmiş hesab edirlər. Bu isə Paşinyan rejimini qane etmir. Ona görə də, Paşinyanın bir gün də 5 ölkənin siyasi rəhbərinə zəng edərək, onlardan açıq dəstək istəyib. Erməni lobbisindən maddi dəstək alan sapı özümüzdən olan baltalar da narahatdırlar. Bu isə onu bir daha təsdiq edir ki, "Xalq”, “Vətən” milləti sadəcə Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Sevinc Osmanqızı, İlqar Məmmədov və digərləri üçün, sadəcə, siyasi alver üçün lazımdr. Əgər belə olmasa idi bir dəfə ağızlarını açıb Azərbaycanın haqq işini müdafiə edərdilər. Lakin ortada belə fakt mövcud deyil. Əksinə, dolayısı ilə Ermənistanın vəkili rolunda çıxış edirlər.
Sevinc Osmanqızının ermənilərə dəstək verməsinin səbəbi bəlli oldu
Sevinc Osmaqızı erməni lobbisinin sifarişinə əsasən, hər məqamda Ermənistan hakimiyyətinin mövqeyinin “əsaslı” olduğunu bəyan edir, hətta utanıb-çəkinmədən “Paşinyan demokratik baş nazirdir və xalqının maraqlarına dəyər və hörmət göstən şəxsdir”, - deyə bildirir. Özünün TV-sində isə Azərbaycanın prinsipial mövqeyini müdafiə etməyi “lüzum bilməyən” Sevinc Osmanqızı Ermənistanın və separatçıların “arqument”lərini sadalayır. Azərbaycana qarşı çirkin kampaniyaya dəstək verən S.Osmanqızı ölkəmizin haqlı və ədalətli olduğunu, Ermənistanın separatizmə dəstək verdiyini ifadə edə bilmir: “Tərəflər bir-birini ittiham etməkdədir. Ermənistan lideri Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycan həm Ermənistanla sərhəddə, həm də Qarabağla təmas xəttində qoşunlar toplamaqdadır”.
Bütün bunlar onu təsdiq edir ki, S.Osmanqızı Qarabağdakı separatçılara dəstək verməyi və Ermənistanın təbliğatçısı rolunu üzərinə bir missiya olaraq götürdüyünü gizlətmir. Hətta dolayısı ilə bununla fəxr etdiyinə eyham vurur. Niyə, səbəb nədir? Cavabı qısı və aydındı: Maliyyə asılığı. Əgər tələblər və sifarişlər yerinə yetirilməsə, S.Osmanqızı aylıq qazancdan, yüksək şəraitli yaşamdan məhrum olunar. Ən pisi isə ABŞ-dan deportasiya oluna bilər. Çünki ABŞ qanunvericiliyinə görə, bir şəxs altı ay ölkədə qala bilər. S.Osmanqızı isə uzun illərdir ki, ABŞ-da yaşayır və heç kim ona gözün üstə qaşın var demir. Əksinə, mükafatlar verilir, şəninə təriflər yağdırılır. Lakin günün birində S.Osmanqızı ovucunda olanlardan məhrum oluna bilər, təbii ki, tapşırıqları yerinə yetirməsə. Ona görə də, S.Osmanqızı erməni lobbisinə “dayı” deyir, Paşinyanın tör-töküntüsünə isə Makronsayağı “bacı” söyləyir. Sabah o Ermənistana getsə, təəccüblənməyə dəyməz. Çünki erməni təbliğatçısı olanların yolu əksər hallarda İrəvandan keçir. Bir də ki, erməni lobbisi və ABŞ -dakı qaranlıq dairələr S.Osmanqızının qarşısında İrəvana getmək tələbini qoysalar, çətin ki, o, göstərişdən imtina etsin.
İ.ƏLİYEV