PDF Oxu

Siyasət

  • 1 792

Nəqliyyat infrastrukturunun inkişafına mühüm töhfə TƏHLİL

Nəqliyyat infrastrukturunun inkişafına mühüm töhfə TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmirinə 7,0 (yeddi) milyon manat ayrılıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən uğurlu iqtisadi, sosial və siyasi islahatların nəticəsi olaraq Azərbaycan quruculuq, inkişaf və yüksəliş baxımından müasir, nüfuzlu dövlətə çevrilib. Dövlət başçısı verdiyi bütün vədlərə əməl etməklə xalqın alternativsiz liderinə çevrilib və Azərbaycanı, məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi dövlət səviyyəsinə yüksəldib. Qloballaşma dövründə zamanın çağırışlarına dəstək verən Azərbaycan beynəlxalq aləmdə güclü və nüfuzlu dövlət və davamlı inkişafın təmin olunduğu ölkə kimi yüksək imicə sahib olaraq, dünya birliyinin ayrılmaz parçasına çevirib. Ölkəmizdə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını yüksək səviyyədə təmin edib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf əldə olunan nailiyyətlərdir. 2003-cü ildən bugünümüzə qədər olan dövrdə Cənab Prezident İlham Əliyevin Prezidentlik dövründə gördüyü irimiqyaslı işlərin ölkənin iqtisadi qüdrətinin və onun beynəlxalq nüfuzunun artırılmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına səbəb olub. Xalq və dövlət naminə bütün istiqamətlərdə möhtəşəm uğurlara imza atılıb.

Dövlət başçısının vurğuladığı kimi, "Güclü olmaq, dünyada söz sahibi olmaq üçün iqtisadiyyatımız güclü olmalıdır". Əlbəttə ki, ölkə iqtisadiyyatını xarakterizə edən əsas amil dayanıqlıqdır. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir.

Azərbaycan 44 gün davam edən Vətən müharibəsində qələbə çaldı, milyonlarla insan qələbə sevincini yaşadı. Azərbaycan Prezidenti İlham Əliyev siyasi iradəsi, müdrikliyi xalqımızın tarixinə Qalib Xalq ifadəsini yazdırdı. Dövlət başçısı çıxışlarının birində bildirmişdi ki, bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir.

Bu gün Qarabağımız, Şərqi Zəngəzur yenidən qurulur. 44 günlük tarixi Zəfərimizin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafı ilə məhdudlaşmır. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb.

BEYNƏLXALQ TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ QURULAN YOLLAR

Bütün sahələrlə yanaşı, Azərbaycanda yol infrastrukturuna ayrılan diqqət ölkəmizə müasir görkəm verməklə yanaşı, üzləşdiyimiz nəqliyyat axınında sıxlığın azaldılmasında da mühüm rol oynayır. Beynəlxalq tələblər səviyyəsində qurulan yollar, inşa olunan yeni körpülər, tunellər əlbəttə ki, piyadaların və sürücülərin rahat hərəkətində önəmli faktordur. Bu gün avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması prioritet vəzifələrdəndir. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.

“Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı görülən işlərin davamıdır. Sərəncama əsasən, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılıb.

Bu günlərdə dövlət başcısının Sərəncamı ilə, Yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20,0 (iyirmi) milyon manat ayrılıb

Əhalinin ən çox sıxlaşdığı yerlərdə yol çəkilişləri geniş vüsət alır. Bu layihələrin icrası insanların rifahının yaxşılaşdarılması məqsədilə həyata keçirilir. Kəndlərarası yolların çəkilişi geniş vüsət alıb. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir.

2020-ci il ikinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkilir. Son vaxtlar aparılan yol-tikinti, təmir və yenidənqurma işlərinin sürəti, yüksək keyfiyyət göstəricisi respublikada avtomobil yolları şəbəkəsinin Avropa standartları səviyyəsinə qalxmasına güclü təkan vermişdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər